Məhkəmə qərarları › İş №e-2(011)-8212/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8212/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8212/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Şəhəri Baş Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra edilməməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. xx.xx.2025-ci il tarixdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Şəhəri Baş Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra edilməməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə Qərarının icra edilməməsi və cinayət təqibi üzrə icraatın faktiki dayandırılması ilə bağlı Şikayət olunan Bakı şəhəri Xətai Rayonu Polis İdarəsinin hərəkətsizliyi qanunsuz hesab edilməsi, şikayət olunan Bakı şəhəri Xətai Rayonu Polis İdarəsinə cinayət təqibi üzrə icraatın və zəruri araşdırmanın dərhal bərpa edilməsi və görülən tədbirlər barədə Şikayətçiyə yazılı məlumat verilməsi barədə göstəriş verilməsi, məhkəmə qərarının icra edilməməsinə, habelə Şikayətçi olan İddiaçı dövlət orqanlarına müraciət etmək hüququnun pozuntusuna görə məsul şəxslər barədə müvafiq tədbirlərin görülməsi təmin edilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.

4. Belə ki, xx.xx.2025-ci il tarixdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Şəhəri Baş Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra edilməməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(011)-8212/2025 nömrəli qərardadına əsasən, iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.

5. Belə ki, iddia ərizəsinə və əlavə edilmiş sənədlərə əsasən, müəyyən edilmişdir ki, mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(001)-164/2024 nömrəli qərarı əsasında Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçısı Asiman İmaməli tərəfindən qəbul edilmiş 16 sentyabr 2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərarını qanunsuz hesab edilməsi, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçısı Asiman İmaməli tərəfindən qəbul edilmiş 16 sentyabr 2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərarın ləğv edilməsi və qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla araşdırılma aparılması qərara alınmışdır.

6. İş materiallarına əlavə edilmiş sənədlərdən və iddia tələbindən də göründüyü kimi iddiaçının xahişi mülki işlə bağlı olmayıb cinayət mühakimə icraatında qəbul edilmiş qərarın ləğvi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, bu kateqoriya işlərin üçün qanunvericilikdə məhkəməyə müarciət qaydası mülki qaydada deyil fərqli qaydada müəyyən edilmişdir.

7. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddianın qəbul edilməsindən imtina edilməli və iddiaçıya qətnamənin icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə qətnamənin icrası qaydasında ərizə vermək hüququ izah edilməlidir.

9. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263- 264, 267-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Şəhəri Baş Polis İdarəsinə qarşı “cinayət təqibi üzrə icraatın və zəruri araşdrımanın davam etdirilməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sairə bağlı” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar