Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-822/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, **- NE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi “Hyundai Getz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrəli və “Hyundai Tucson” markalı, **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələri toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Hyundai Getz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrəli və “Hyundai Tucson” markalı, **-MB-*** dövlət qeydiyyat nömrəli nişanlı nəqliyyat vasitələrinə zərər dəymişdir.
2. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitələrinin yol nəqliyyat nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabaından görünür ki, “Hyundai Getz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 525 (beş yüz iyirmi beş) manat və Müstəqil ekspert X1 ekspert rəyinə əsasən “Hyundai Tucson” markalı, **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 2350 (iki min üçyüz əlli) manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Getz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 525 (beş yüz iyirmi beş) manat və “Hyundai Tucson” markalı, **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 2350 (iki min üç yüz əlli) manat məbləğində sığorta ödənişləri həyata keçirmişdir.
3. ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə “Hyundai Sonata” markalı, **-NE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmasına görə AR İXM-nin 327.6-cımaddəsi ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçıSığorta Şirkəti ASC tərəfindən ödənilmiş 2875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
İddiaçının tələbi:
4. “Hyundai Getz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 525 manat və “Hyundai Tucson” markalı, **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2350 manat məbləğində sığorta ödənişləri, 48,75 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və digər sənədlər təqdim edilməmişdir.
Tərəflərin izahatı:
6. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixində məhkəmyə ərizə ilə müraciət edərək mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. xx.xx.2025-ci il tarixində məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bidlirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə bağlı yazılmış protokol əsasında verilmiş qərardan xəbər tutan kimi məhkəməyə müraciət etmişdir. Həmin qərar Xətai Rayon Məhkəməsinin qərarı əsasında ləğv edilmişdir. Həmçinin qəza törədilən vaxt alkotestdən də keçmiş, sərxoş vəziyyədə olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-731/2025 №-li, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında TP6251449 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
9. xx.xx.2023-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokola əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.
10. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun barəsində 40 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokola əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.
12. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli Qərara əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.
13. Bakı Şəhər BPİ DYPİ tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə qərarın ləğv olunaraq icraata xitam verilməsi barədə qərara əsasən, Cavabdeh barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
14. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş zədələnmiş obyektin bərpa dəyərinin təsnifatına dair akta əsasən, “Hundai Tucson” minik markalı, 99-MB-74 dövlət qeydiyyat nömrəli avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 2355 manat dəyərində zərər dəymişdir.
15. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Hundai Getz” minik markalı, **-TY-*** dövlət qeydiyyat nömrəli avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 525 manat dəyərində zərər dəymişdir.
16. xx.xx.2024-cü il tarixli, 128342 №-li Sığorta aktına əsasən, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 525 manat məbləğindədir.
17. xx.xx.2024-cü il tarixli, ********* №-li ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 525 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
18. xx.xx.2024-cü il tarixli, 128441 №-li Sığorta aktına əsasən, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1350 manat məbləğindədir.
19. xx.xx.2024-cü il tarixli, 15028 №-li ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X5 2350 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
20. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, xx.xx.2023-cü il tarixində saat 00:13-də yol-nəqliyyat hadisəsi baş vermişdir.
21. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli pretenziya (xx.xx.2024-cü il tarixli poçt qəbzi) məktubuna əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş 2875 manat məbləğində sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. Qeyd olunan tarixədək həmin vəsaitin ödənilməyəcəyi təqdirdə məhkəmə qaydasında tələb irəli sürüləcəyi və bu zaman müvafiq məhkəmə xərclərinin də əlavə olaraq tələb olunacağı bildirilmişdir.
22. Digər sənədlər.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
24. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 22.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. 63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM): 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə... 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə...
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə mülki iş üzrə tərəfin izahını, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinin mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və zərərvrunın təqsirli olması əsas şərtdir.
31. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, **-NE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi “Hyundai Getz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrəli və “Hyundai Tucson” markalı, **-MB- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələri toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Hyundai Getz” markalı, **-TY-*** dövlət qeydiyyat nömrəli və “Hyundai Tucson” markalı, **-MB-*** dövlət qeydiyyat nömrəli nişanlı nəqliyyat vasitələrinə zərər dəymişdir. (§20) “Hundai Tucson” minik markalı, 99-MB-74 dövlət qeydiyyat nömrəli avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 2355 manat, “Hundai Getz” minik markalı, **-TY-*** dövlət qeydiyyat nömrəli avtomobilə isə 525 manat dəyərində zərər dəymişdir. (§14,15)
32. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində subroqasiya hüququnun yaranma əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsaslanaraq, iş materiallarına TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı əlavə etmişdir. (§12) “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. (§25)
33. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-731/2025 №-li, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında TP6251449 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. (§8) MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
34. Məhkəmə hesab edir ki, iddiaçınını istinad etdiyi hal üzrə artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan və həmin qərarla “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə nəzərdə tutulan subroqasiya hüququnun yaranma halı aradan qalxdığından iddia təmin edilə bilməz.
34. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilməsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova