Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8268/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X1, Cavabdeh1 ilə birgə nikahından olan 12 yanvar 2023-cü il təvəllüdlü X3 və 15 aprel 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün, iddiaçıdan hazırda tutulan aliment məbləğini azaldaraq, hər ay hər üç uşağa görə qazancımın (başqa gəlirlərin) yarısı məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-6392/2017 saylı məhkəmə əmri ilə tuutlan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh2 ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək İddiaçı qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5005/2024 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh1 ilə birgə nikahımızdan olan 12 yanvar 2023-cü il təvəllüdlü X3 və 15 aprel 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək İddiaçı qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında alimentin iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 1598 nömrəliakt qeydi ilə qeydə alınmış nikah pozulmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-14/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2arasında 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 1598 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması və birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 anası Cavabdeh2 yanında saxlanılması qət edilmişdir. Bundan öncə tələbkar Cavabdeh2 borclu İddiaçı qarşı aliment tutulması ilə bağlı məhkəmə əmrinin çıxarılması ilə bağlı məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək borclunun hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6392/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.2016-ci il tarixdə Bakı şəhərində doğulmuş X5inyetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş "Azərbaycan Hava Yollari” QSC-da "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin A319/320 hava gəmisinin ikinci pilotu vəzifəsində işləyən İddiaçı hər ay 1 uşağa görə - qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilməsi əmr edilmişdir. İddiaçı (ikinci həyat yoldaşı) Cavabdeh1 cavabdeh İddiaçı qarşı “aliment” tutulması tələbinə dair məhkəməyə müraciət edərək, 12 yanvar 2023-cü il təvəllüdlü X3 və 15 aprel 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh İddiaçı 12 yanvar 2023-cü il təvəllüdlü X3 və 15 aprel 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir hissəsi) miqdarında aliment tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi, alimentin tutulması 13 may 2024-cü il tarixdən hesablanması qət edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Ailə və həyat şəraitinin dəyişdiyindən fərqli nikahlardan anadan olan xx.xx.2016–cı il təvəllüdlü X4, 12 yanvar 2023-cü il təvəllüdlü X6 və 15 aprel 2024-cü il təvəllüdlü X10 görə tutulmalı olan aliment məbləğinin miqdarının artıq (70%-dən çox) hesablanması tam əsassızdır, hazırda məbləğin dəqiqləşdirilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada tutulması barədə tələbi qanunidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 araasında olan 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixdə 1598 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 nikah pozulduqdan sonra anası yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-6392/2017 saylı məhkəmə əmrindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 1 uşağa görə - qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. 8.7-ci bəndində əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh2 izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 rəsmi olaraq nikaha daxil olmuş, onunların bu nikahından X8 anadan olmuşdur. Hazırda onlar arasında nikah pozulmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6392/2017 saylı xx.xx.2017-ci il tarixli əmri ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 1 uşağa görə - qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qərara alınmışdır. İddiaçı sonradan Cavabdeh1 ilə rəsmi olaraq nikaha girmiş və onların bu nikahlarından X9 və X11 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı X3 və X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı fərqli nikahlardan olan uşaqların saxlanılması üçün ayrı-ayrılıqda tutulan alimentin məbləğinin onun gəlirlərinin ½ hissəsindən çox olduğunu iddia edərək, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 76.1-ci maddəsi uşaqların sayından asılı olaraq onlar üçün valideynlərdən məhkəmə qaydasında hər ay tutulan alimentin miqdarını (qazancın və (və ya) başqa gəlirlərin hissəsi kimi) müəyyən edir. Həmin Məcəllənin 76.2-ci maddəsi nəzərdə tutur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İstinad olunan maddənin məzmununda xeyrinə aliment tutulan uşaqların bir nikahdan doğulmuş olması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Odur ki, uşaqların fərqli nikahlardan olması hazırkı mübahisəyə Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tətbiq edilməsinə heç bir maneə deyildir. Göründüyü kimi Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment təyin edildikdə, yaxud həmin maddəyə əsasən təyin edilmiş alimentin miqdarının Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən dəyişdirilməsi barədə məsələlərə baxıldıqda işin digər diqqətəlayiq halları ilə yanaşı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi kimi məsələlər də məhkəmə tərəfindən nəzərə alınmalı olan hallar sırasındadır. Hazırda iddiaçının yenidən nikaha girməsi və həmin nikahdan olan uşaqların saxlanmasına görə qətnamə ilə alimentin tutulması məhkəmə tərəfindən diqqətə alınır. Qanunvericilikdə 3 uşağın saxlanması üçün tərəfin qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsi miqdarında alimentin tutulması qeyd edilmişdir. Belə olduğu təqdirdə iddiaçının qazancının ½ hissəsi aliment öhdəliyi, qalan ½ hissəsi isə iddiaçının özünün gəliri hesab olunmalıdır. İddiaçının uşaqlarının sayı 3 olduğuna görə aliment məbləği, yəni iddiaçının qazancın ½ hissəsi də Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən 3 uşaq arasında bölünməlidir. Belə olduğu təqdirdə, yəni iddiaçının qazancının ½ hissəsini 3-ə böldükdə bir uşağın saxlanması üçün iddiaçının qazancının 1/6 hissəsi miqdarında alimentin tutulmalıdır. Odur ki, iddiaçının birinci nikahından bir uşağının olduğu nəzərə alındıqda, onun (bir uşağın) saxlanması üçün iddiaçının qazancının 1/6 hissəsi miqdarında aliment tutulmalıdır. İddiaçının ikinci nikahından isə iki uşağının olduğu nəzərə alındıqda isə hər iki uşağın saxlanması üçün iddiaçının qazancının 2/6 hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin hazırkı qaydada tutulması Ailə Məcəlləsinin 76-cı maddəsinin göstərişlərinə uyğundur. Qeyd edilənlərə əsasən iddia təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-6392/2017 saylı məhkəmə əmri ilə tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh2 ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək İddiaçı qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5005/2024 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh1 ilə birgə nikahımızdan olan 12 yanvar 2023-cü il təvəllüdlü X3 və 15 aprel 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək İddiaçı qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında aliment tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-6392/2017 saylı məhkəmə əmri ilə tuutlan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh2 ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək İddiaçı qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5005/2024 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh1 ilə birgə nikahından olan 12 yanvar 2023-cü il təvəllüdlü X2 və 15 aprel 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək İddiaçı qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında aliment tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-8268/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8268/2024
17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver