Məhkəmə qərarları › İş №e-2(011)-8581/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8581/2025

14.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8581/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 19 saylı Notariat ofisinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 19 saylı Notariat ofisinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 27, ev 40B, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 163,20 kv.m olan qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 19 saylı notariat ofisində cavabdehlər Cavabdeh4 ilə X1 aralarında 4ə-1075 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehlər Cavabdeh4 və X2 qarşı iddia tələbi irəli sürərək, onlar arasında bağlanmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş məlumatlardan görünür ki, Cavabdeh4 Astara rayonu, Şahağac kəndində, digər cavabdeh X3 isə ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı Cavabdeh5 yaşayış yerinin Bakı şəhəri Xətai rayonu ərazisində olduğuna əsasən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddia ərizəsindən da görünür ki, İddiaçı Cavabdeh5 cavabdehlər sırasında qeyd etsə də, ona qarşı iddia tələbi irəli sürməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsində hansı sənədlərin yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər hesab olunduğu dəqiq şəkildə qeyd edilmişdir. İş materiallarından göründüyü kimi, iddia tələbi yönəlmiş cavabdehlərin Bakı şəhərinin Xətai rayonunda rəsmi qeydə alındığını təsdiq edən qanunvericilikdə göstərilən sənədlərdən heç biri məhkəməyə təqdim edilməmişdir. Ona görə iddia ərizəsinin mümkünlüyü məsələsi yoxlanılarkən iddia tələbi yönəlmiş cavabdehlərin rəsmi qeydə alındığı yer üzrə aidiyyət qaydalarına uyğun gəlmədiyindən iddia ərizəsinin icraatı mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərazi aidiyyəti normalarına riayət edilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edilən zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********68) dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Məhkəmə qeyd edir edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 114.1.3, 149.2.3, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 19 saylı Notariat ofisinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul dövlət büdcəsindən ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar