Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-884/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azəriqaz» İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2115 (iki min bir yüz on beş manat) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsilə ilə istifadə) üzrə 606,86 ( altı yüz altı manat 86 qəpik) manat və 47,22 (qırx yeddi manat 22 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2769,08 (iki min yeddi yüz altmış doqquz manat 08 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Pərviz Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2022-ci il tarixində AKX-03841xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin ( qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyinin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanunişəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 234 manat; - xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 396 manat; - xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* saylıakt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; Cəmi 2115 (iki min bir yüz on beş) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci ilin avqustdekabr ayları üzrə 150,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 626,30 manat sərfiyyat borcu və limitdən əlavə 35,70 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-fevralayları üzrə 131,76 manat sərfiyyat borcu, cəmi 944,46 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin avqust ayından 2024-cü ilin mart ayına qədər cavabdeh 337,60 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 606,86 (altı yüz altı manat 86 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 2721,86 (iki min yeddi yüz iyirmi bir manat 86 qəpik) manat təşkil etməkdədir.Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. X4 Cavabdeh adına heç bir əsas olmadan keçmişdir. X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-cü il tarixində AKX-03841xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmışdır. Müqavilənin 2.3.2-ci yarımbəndinə əsasən, Müqavilənin və “X3”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsi kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni birləşmə ilə qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 07/183 saylı istehlakçının Poladov Əlibarat olduğu aktin surətindən görünür ki, “sayğacsız qeyri-qanuni birləşmə ləğv olundu” barədə qeyd edilmiş, istehlakçı aktı imzalamağdan imtina etmiş və Bakı Regional Qazın Satışı Deparmentinin nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 1422 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacdan kənar xətt qeyri-qanuni birləşmə ilə və sayğacsız qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli 07/990 saylı istehlakçının Poladov Əlibarat olduğu aktin surətindən görünür ki, “sayğacdan kənar xətt ləğv olundu” barədə qeyd edilmiş, istehlakçı aktı imzalamağdan imtina etmiş və Bakı Regional Qazın Satışı Deparmentinin nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2020-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2020-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni birləşmə ilə qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 07/385 saylı istehlakçının Poladov Əlibarat olduğu aktin surətindən görünür ki, “sayğacsız qeyri-qanuni birləşmə ləğv olundu” barədə qeyd edilmiş, istehlakçı aktı imzalamağdan imtina etmiş və Bakı Regional Qazın Satışı Deparmentinin nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 3960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacdan kənar qeyri-qanuni xətt birləşmə ilə qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli 07/548 saylı istehlakçının Poladov Əlibarat olduğu aktin surətindən görünür ki, “sayğacdan kənar qeyri-qanuni xətt birləşmə ləğv olundu” barədə qeyd edilmiş, istehlakçı aktı imzalamağdan imtina etmiş və Bakı Regional Qazın Satışı Deparmentinin nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2020-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2020-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli 07/881 saylı istehlakçının Poladov Əlibarat olduğu aktin surətindən görünür ki, “sayğacsız qeyri-qanuni birləşmə ləğv olundu” barədə qeyd edilmiş, istehlakçı aktı imzalamağdan imtina etmiş və Bakı Regional Qazın Satışı Deparmentinin nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2020-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2020-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli 07/1299 saylı istehlakçının Poladov Əlibarat olduğu aktin surətindən görünür ki, “sayğacsız qeyri-qanuni təbii qazdan istifadəsi ləğv olundu” barədə qeyd edilmiş, istehlakçı aktı imzalamağdan imtina etmiş və Bakı Regional Qazın Satışı Deparmentinin nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2020-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2020-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 2340 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent qeyri-qanuni təbii qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edir” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı Poladov Əlibarata məxsus abonent koduna (**********00014) xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, Cavabdeh Tahir oğluna məxsus **********00040 saylı abonent hesabına “Ödəniş” qrafasıdan 01/2024-cü il tarixi üzrə -2736,56 manat borc göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Gasrep sənədindən görünür ki, Sulutəpə kəndi, Hacı Həsən bina 0010, mənzil 0530 üzrə abonent Cavabdehdır, həmin ünvan üzrə abonent kodu **********00040-dır, 12/2014 – 01/2024-cü illər üzrə ödəniş 1227,5 manat, sərfiyyat 9661,3 kub/metr olmuş, borca görə tutulma 59,1 olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********18 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 47,22 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00040 abonent kodlu qaz sayğacı Cavabdeh adınadır, o, həmin ünvanda yaşamaqla təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin sayğac əvvəl Əlibarat Poladova məxsus olmuş, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca iddiaçının əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi əsasları ilə aktlar tərtib olunmuşdur, bundan başqa abonentin - cavabdehin **********00040 saylı abonent hesabına “Ödəniş” qrafasıda 01/2024-cü il tarixi üzrə -2736,56 manat borc yazılmışdır, hazırda həmin məbləğdən 2721,86 manat cavabdehdən tələb edilir. Bununla belə, məhkəmə qeyd edir ki, “Ödəniş” qrafasıda 01/2024-cü il tarixi üzrə - 2736,56 manat borc məbləği ilə bağlı cavabdeh tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı cavabdehin təqsirini sübut edən hallar, həmçinin Əlibarat Poladova məxsus hesablaşmaların cavabdehin hesabına yazılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə Cavabdeh təqsiri müəyyən edilmədiyindən, iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2115 (iki min bir yüz on beş) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 606,86 (altı yüz altı manat 86 qəpik) manat və 47,22 (qırx yeddi manat 22 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2769,08 ( iki min yeddi yüz altmış doqquz manat 08 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilmisi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı İB-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəBakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-884/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-884/2025
08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver