Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9054/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Şəki şəhəri, X.D.S icraiyə komitəsinin xx.xx.1980-cı il tarixli qərarı ilə 138 B kvartalında verilmiş 600 kv.m torpaq sahəsi üzrə X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Şəki şəhəri, X.D.S icraiyə komitəsinin xx.xx.1980-cı il tarixli qərarı ilə 138 B kvartalında verilmiş 600 kv.m torpaq sahəsi üzrə Sadıqov Qinyaz (Knyaz) Şirəli oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. Qeyd olunan torpaq sahəsi əvvəllər X6 məxsus olmuşdur. 2004-cü il tarixdə X9 qeyd olunan torpaq sahəsini faktiki olaraq İddiaçı satmışdır. Bu səbəblə xx.xx.2004-cü il tarixdə X7 ərizə ilə Şəki şəhər Bələdiyysinə müraciət edərək Şəki şəhəri, X.D.S icraiyə komitəsinin xx.xx.1980-cı il tarixli qərarı ilə ona 138 B kvartalında verilmiş 600 kv.m torpaq sahəsinin İddiaçı verilməsinə köməklik edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı da ərizə ilə Şəki şəhər Bələdiyyəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin ona verilməsini xahiş etmişdir. Həmin ərizələrə əsasən Şəki şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Şəki şəhəri, X.D.S icraiyə komitəsinin xx.xx.1980-cı il tarixli qərarı ilə ona 138 B kvartalında verilmiş 600 kv.m torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmiş və yaşayış evi tikilməsi üçün ona icazə verilmişdir. İddiaçı da öz növbəsində qeyd olunan qərara əsasən həmin torpaq sahəsində ev tikmişdir. Hazırda həm qeyd olunan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış verilməsi zərurətilə Daşınmaz Əmlakın Dövlət X12 Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin qurum imtina verərək bildirmişdir ki, Şəki şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün əsas deyildir. Bu səbəbdən İddiaçı ilə X9 arasında xx.xx.2004-cü il tarixdə faktiki olaraq bağlanmış alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qeyd olunan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, Şəki şəhəri, X.D.S icraiyə komitəsinin xx.xx.1980-cı il tarixli qərarı ilə 138 B kvartalında verilmiş 600 kv.m torpaq sahəsi üzrə Sadıqov Qinyaz (Knyaz) Şirəli oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Şəki rayon Məhkəməsinin e-2(075)-2252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatından olan 2 (075)-2252/2025 saylı mülki iş üzrə ilk cavabdeh Sadıqov Qinyaz (Knyaz) Şirəli oğlu əsl Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır. Şəki rayon Məhkəməsinin e-2(075)-2252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(075)- 2252/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı və X8 arasında əlyazma şəkildə tərtib edilmiş xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 ona Şəki şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli qərarı ilə Şəki kolxozlararası yemçilik birliyinin xx.xx.1979-cu il tarixli qərarı ilə şəhərin 138 b kvartalında ayrılan 600 m2 torpaq sahəsini İddiaçı 1800 ABŞ dolları qiymətə satmış və ondan həmin torpqa sahəsinə görə 1800 ABŞ dollar məbləği qəbul etmişdir, İddiaçı Şəki şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli qərarı ilə X4 ayrılan 600 m2 torpaq sahəsini ona 1800 ABŞ dollar ödəyərək xx.xx.2004-cü il tarixdə almışdır, müqavilə hər iki tərəfin əl yazması ilə yazılmış, hər iki şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müaciət edərkən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Şəki şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 2№li iclas protokolundan çıxarışın surətindən görünür ki, şəhərin 21-ci rayon, Lenin küçəsi, 20 nömrəli evdə yaşayan X2 Şəki kolxozlar arası yemçilik birliyinin xx.xx.1979-cu il tarixli 5№li qərarı ilə şəhərin 138 “b” kvartalında ayırdığı 600 m2 torpaq sahəsi istifadəsinə verilməsi və vətəndaşa həmin torpaq sahəsində 2 otaq yaşayış sahəsi 45 m2 qeyriyaşayış sahəsi olan ev tikməyə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışa əlavə edilmiş şəhərdə fərdi yaşayış evləri, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikintilərin inşası və digər tikintilər üçün. torpaq sahəsi ayrılması və tikintilərin rəsmiləşdirilməsi haqqında,32 nömrəli qərardan görünür ki, Şəki şəhəri, 2İ-ci rayon, S.Ə.Şirvani küçəsi, 23 saylı evdə yaşayan İddiaçı ərizəsi, M.Ə,Rəsulzadə köçəsi, 120 saylı evdə yaşayan “X3 notarial qaydada təsdiq edilmiş razılıq Ərizəsi nəzərə alınaraq Şəki şəhər XDS icraiyyə Komitəsinin 29.01,80-ci il tarixli, 2 saylı iclasının qərarı X1 fərdi yaşayış evi tikintisi üçün şəhərin 138 “b” kvartalında ayrılmış 600 kv.metr torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməsi və yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan 063532 nömrəli əhalidən vergilərin qəbulu üçün qəbzdən görünür ki, İddiaçı tərəfindən vergi ödənişi xx.xx.2006-cı ildə olmuşdur. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəki Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışda qeyd olunmuşdur ki, Şəki şəhəri, 21-ci rayon.S.Ə.Şirvani küçəsi, 23 saylı evdə yaşayan İddiaçı ərizəsi,M.Ə.Rəsulzadə küçəsi, 120 saylı evdə yaşayan X3 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi nəzərə alınaraq Şəki Şəhər XDS İcraiyyə Komitəsinin 29.01.80-cı il tarixli,2 saylı iclasının qərarı X1 fərdi yaşayış evi tikintisi üçün şəhərin 138b-ci kvartalından ayrılmış 600 kv.metr torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməsi və yaşayış evi tikintisinə icazə verilməsi, Şəhərin Baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanmasına icazə verilməsi, Vətəndaşa tapşırılsın ki,torpağın icarə haqqını (dəyərini) bələdiyyənin Beynəlxalq Bankdakı 336503 AZM 3308-01 № li xüsusi hesabına ödənilməsi, Torpağın icarə haqqı (dəyəri) ödənildikdən sonra torpaqların icarəyə verilməsinə dair müqavilənin ( alqı-satqısına dair tərtib edilmiş aktın ) qeydiyyata alınması və torpaq sahəsinə dair müvafiq hüquqi sənəd hazırlanıb vətəndaşa verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli İddiaçı tərəfindən Şəki şəhər bələdiyyəsinə ünvanlanmış məktubdan görünür ki, X5 şəhərin 138 “b” kvartalında ayrılmış 600 kv.metr torpaq sahəsində yaşayış evi tikilməsinə icazə verilmişdir, lakin X3 maddi imkanı olmadığından həmin evi tikməmiş və indidən sonra da tikmək məqsədi yoxdur, ona görə həmin sahənin İddiaçı verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli X7 tərəfindən Şəki şəhər bələdiyyəsinə ünvanlanmış məktubdan görünür ki, ona şəhərin 138 “b” kvartalında ayrılmış 600 kv.metr torpaq sahəsində yaşayış evi tikilməsinə icazə verilmişdir, lakin imkanı olmadığından həmin evi tikməmiş və indidən sonra da tikmək məqsədi yoxdur, ona görə həmin sahənin qohumu olan İddiaçı verilməsini xahiş etmişdir. İş materiallarında olan 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubda İddiaçı nümayəndəsi və vəkilinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Müraciətə əlavə edilən Şəki bələdiyyəsinin 24 iyul 2004-cü il tarixli 09 saylı qərarı daşınmaz əmlakın özgəninkiləşdirilmesi üçün əsas olmadığından sözügedən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması mümkün olmamışdır. Daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 (daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr) və 10-cu (hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq ətdə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin təqdim edilən ərizəsi əsasında aparılır, ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı ve ölçüsü sənədi əlavə edilməlidir) maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu ödənilərək müraciət edilərsə, müayinə ölçü işlərinin aparılması təmin edildikdən sonra hüquqların dövlət qeydiyyatının aparılmasına qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır. Həmçinin tərəfimizdən hazırlanacaq sənədlərə görə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 3A iyul 2023-cü il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsi zəruridir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Cavabdeh xx.xx.1972-ci il tarixdə 200 nömrəli akt qeydi ilə Şəki şəhər VVAQ bürosunda nikaha daxil olmuşlar. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını, tərəflərin izahatlarını və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsi 24 iyun 2005-ci il dəyişikliklərinə qədər redaksiyada olan 335.1-ci maddəsinə əsasən əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsi 24 iyun 2005-ci il dəyişikliklərinə qədər redaksiyada olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Göründüyü kimi tərəflər arasında sadə yazılı şəkildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin 2004-cü ildə mərhum X9 tərəfindən edilmiş müvafiq hərəkətlərdən də görünür ki, onun torpaq sahəsinin alqı-satqı etmək barədə niyyəti mövcud olmuşdur. Belə ki, xx.xx.2004-cü il tarixli X7 tərəfindən Şəki şəhər bələdiyyəsinə ünvanlanmış məktubdan görünür ki, ona şəhərin 138 “b” kvartalında ayrılmış 600 kv.metr torpaq sahəsində yaşayış evi tikilməsinə icazə verilmişdir, lakin imkanı olmadığından həmin evi tikməmiş və indidən sonra da tikmək məqsədi yoxdur, ona görə həmin sahənin qohumu olan İddiaçı verilməsini xahiş etmişdir. Şəki Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışa əlavə edilmiş şəhərdə fərdi yaşayış evləri, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikintilərin inşası və digər tikintilər üçün. torpaq sahəsi ayrılması və tikintilərin rəsmiləşdirilməsi haqqında,32 nömrəli qərardan görünür ki, Şəki şəhəri, 2İ-ci rayon, S.Ə.Şirvani küçəsi, 23 saylı evdə yaşayan İddiaçı ərizəsi, M.Ə,Rəsulzadə köçəsi, 120 saylı evdə yaşayan “X3 notarial qaydada təsdiq edilmiş razılıq Ərizəsi nəzərə alınaraq Şəki şəhər XDS icraiyyə Komitəsinin 29.01,80-ci il tarixli, 2 saylı iclasının qərarı X1 fərdi yaşayış evi tikintisi üçün şəhərin 138 “b” kvartalında ayrılmış 600 kv.metr torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməsi və yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Bundan başqa hazırda da cavabdeh tərəf müqavilənin bağlanmasını inkar etmir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh müqavilənin bağlanmasını təsdiqləmiş və iddia tələbinə heç bir etirazının olmadığını bildirmişdir. Odur ki, məhkəmə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X9 ilə İddiaçı arasında Şəki şəhəri X.D.S icraiyyə komitəsinin xx.xx.1980-cı il tarixli qərarı ilə 138 B kvartalında verilmiş 600 kv.m torpaq sahəsinin alqısatqısına dair xx.xx.2004-cü il tarixli müqavilə bağlanmış hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X9 ilə İddiaçı arasında Şəki şəhəri X.D.S icraiyə komitəsinin xx.xx.1980-cı il tarixli qərarı ilə 138 B kvartalında verilmiş 600 kv.m torpaq sahəsinin alqı satqısına dair xx.xx.2004-cü il tarixli müqavilə bağlanmış hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-9054/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9054/2025
25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver