Məhkəmə qərarları › İş №e-2(011)-9187/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9187/2025

11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9187/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Cüdo Federasiyası İctimai Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Cüdo Federasiyası X1-İntizam Komitəsinin iclasının 12 saylı protokoluna əsasən xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə, qərarın hüquqi nəticələrinin qüvvədən düşmüş hesab edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə iddianın qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Cüdo Federasiyası X1naməsinin 33-cü maddəsində qeyd olunmuşdur ki, ACF orqanlarının qəbul etdiyi idman xarakterli qərarlar haqqında adi məhkəmələrə müraciət etmək istisna edilir. Bu kimi məsələlərə baxmaq ACF tərəfindən yaradılmış müvafiq tənzimlənmə orqanının səlahiyyət dairəsindədir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.2.3-cü maddəsinə əsasən, məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. Göründüyü kimi mübahisəli məsələyə adi məhkəmə qaydasında baxılmalı olmadığından, iddia tələbi icraata qəbul edilmədən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Cüdo Federasiyası İctimai Birliyinə qarşı “Azərbaycan Cüdo Federasiyası X1-İntizam Komitəsinin iclasının 12 saylı protokoluna əsasən xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə, qərarın hüquqi nəticələrinin qüvvədən düşmüş hesab edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə” iddia ərizəsi yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********03) özünə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-9187/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:00-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 09:15-də qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar