Məhkəmə qərarları › İş №e-2(011)-925/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-925/2025

21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-925/2025 21.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və Nümayəndə1 vəkili və nümayəndəsi Vəkil, İddiaçı və digər İddiaçı2 nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “avtomobil və pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə1 cavabdehlər X19, X29, Cavabdeh1, Cavabdeh2, X30, Cavabdeh3, X9, X33, Cavabdeh4, X34, X39, Cavabdeh5 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı, “KİA K5” minik markalı **-ME- *** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı **-KR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı **-MC-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX470” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Grandeur” minik markalı **- SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə görə 83.500 manat məbləğində pul vəsaitinin cavabdehlər - Cavabdeh2, X19, X39, X33, X30, X10, Cavabdeh1, X29, Cavabdeh3, X34 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, 421 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 960 manat pul məbləği olmaqla, cəmi 1.381 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçılara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə1 mülkiyyət hüququ ilə məxsus olan “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı, “Kia K5” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı **-KR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı **- MC-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX470” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Grandeur” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri cavabdehlər - Cavabdeh2, X19, X39, X33, X30, X10, Cavabdeh1, X29, Cavabdeh3, X34 və Cavabdeh4 etibarnamələr əsasında və ya alqı-satqı yolu ilə satılmış, lakin cavabdehlər indiyədək sözügedən nəqliyyat vasitələrinin qiymətini iddiaçılara tam şəkildə ödəməmişlər. Cavabdehlər bu gün də müxtəlif bəhanələrlə sözügedən nəqliyyat vasitələrinin qiymətinin qalıq hissəsini ödəməkdən qərəzli olaraq boyun qaçırırlar. Bu da iddiaçılara zərər vurulmasına səbəb olmuşdur. Bu səbəbdən sözügedən nəqliyyat vasitələrinin qiymətinin qalıq hissəsi məhkəmə qaydasında cavabdehlərdən alınıb iddiaçılara ödənilməlidir. İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus olan “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı və “Kia K5” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini satmaq məqsədi ilə əri Nümayəndə1 vasitəsilə Bakı şəhəri Xətai rayonu ərazisində avtomobil alqı-satqısı ilə məşğul olan Cavabdeh2 müraciət etmiş və Cavabdeh2 qısa müddətdə nəqliyyat vasitələrini satacağını bildirmişdir. Eyni zamanda iddiaçı Nümayəndə1 öz mülkiyyətində olan “Hyundai Grandeur” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, anası İddiaçı2 mülkiyyətində olan **-KR-*** və **-MC-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” minik markalı 2 avtomobilin və qayınatası İddiaçı3 mülkiyyətində olan “Lexus LX470” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması işini də Cavabdeh2 həvalə etmişdir. Daha sonra Cavabdeh2 müxtəlif vaxtlarda iddiaçıların nümayəndəsi Nümayəndə1 telefonla zəng vuraraq avtomobillərin satılması barədə müştərilərlə razılığa gəldiyini və bu məqsədlə müəyyən şəxslərə etibarnamələr verilməsinin tələb edildiyini bildirmişdir. Nümayəndə1 və iddiaçılar Cavabdeh2 sözlərinə inanaraq mülkiyyətlərində olan “Kia K5” minik markalı **- ME-*** d.q.n-li avtomobil barədə - X11 (xx.xx.2024-cü il tarixdə); “Kia Sorento” minik markalı **-DF-*** d.q.n-li avtomobil barədə - X11 (xx.xx.2024-cü il tarixdə) və X20 (xx.xx.2024-cü il tarixdə); “Kia Sorento” minik markalı **-MC-*** d.q.n-li avtomobil barədə - X11 (xx.xx.2024-cü il tarixdə); “Kia Sorento” minik markalı **-KR-*** d.q.n-li avtomobil barədə - Cavabdeh3 Məmməd oğluna (xx.xx.2024-cü il tarixdə); “Hyundai Grandeur” minik markalı **-SB-*** d.q.n-li avtomobil barədə - Cavabdeh4 (xx.xx.2024cü il) sərəncam vermək səlahiyyətini də ehtiva edən baş etibarnamələr vermişlər. Daha sonra X19 ona verilmiş baş etibarnamələr əsasında “Kia K5” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə X21 və “Kia Sorento” minik markalı **- DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə X31 etibarnamələr vermişdir. X33 da öz növbəsində ona ötürülmüş səlahiyyətlər əsasında “Kia K5” minik markalı **- ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə X16 (sürücülük vəsiqəsi: BC859456) və X4 (sürücülük vəsiqəsi: AE969908) nəqliyyat vasitəsini idarə etmə barədə etibarnamələr vermişdir. İddiaçı3 mülkiyyətində olan “Lexus LX470” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. İddiaçı Nümayəndə1 Cavabdeh2 və müştərilərlə sözügedən nəqliyyat vasitələrinin satılmasına dair aşağıdakı cədvəldə göstərilən qiymətlər (yəni “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 30.000 manat, “Kia Sorento” minik markalı **-KR-*** d.q.n-li üçün 38.000 manat, “Kia Sorento” minik markalı **-MC-*** d.q.n-li üçün 40.000 manat, “Kia K5” minik markalı **- ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 26.500 manat, “Lexus LX470” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 24.000 manat və “Hyundai Grandeur” minik markalı **-SB-*** d.q.n-li üçün 30.500 manat, cəmi 189.000 manat) barədə razılığa gəlmiş, ardınca həmin nəqliyyat vasitələrini müştərilərə təhvil vermiş, lakin nəqliyyat vasitələrinin qiyməti tam şəkildə deyil, aşağıdakı cədvəldə göstərilən qismi (“Kia Sorento” minik markalı **-KR-*** d.q.n-li üçün 28.000 manat və “Hyundai Grandeur” minik markalı **-SB-*** d.q.n-li üçün 7.500 manat ödənilib. Qalan nəqliyyat vasitələri üçün ödənişlər həyata keçirilməyib) Nümayəndə1 ödənilmişdir. 6 avtomobilə görə ödənilməli olan 189.000 manat (bir yüz səksən doqquz min manat) məbləğindən 35.500 manat (otuz beş min beş yüz manat) ödənilmiş və 153.500 manat (yüz əlli üç min beş yüz manat) qalmışdır. Daha sonra Cavabdeh2 qalıq məbləğin bir hissəsinə qarşılıq olaraq Göyçay rayonu Şıxəmir kəndində kənd təsərrüfatı təyinatlı 2.12 ha torpaq sahəsini iddiaçı Nümayəndə1 70.000 manat (yetmiş min manat) məbləğinə təklif etmiş və tərəflər bu barədə razılaşdıqdan sonra sözügedən torpaq sahəsi Nümayəndə1 adına rəsmiləşdirilmişdir. Beləliklə də, cavabdehlər tərəfindən ödənilməli olan qalıq pul məbləği 83.500 manat təşkil etmişdir. Qalıq 83.500 manat məbləğinin ödənilməsi barədə dəfələrlə Cavabdeh2 müraciət edilsə də, nəticə olmamışdır. Cavabdeh2 və digər cavabdehlər müxtəlif bəhanələrlə qalıq məbləği ödəməkdən qərəzli olaraq boyun qaçırırlar. Nəticədə iddiaçılar sözügedən nəqliyyat vasitələri özgəninkiləşdirilərkən (realizə edilərkən) ümid etməyə haqqı çatanlardan məhrum olmuş, müəyyən zərərə düşmüşlər. Həmin zərərin məbləği cavabdehlərdən müştərək qaydada tutulub iddiaçılara ödənilməlidir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, cavabdehlərin siyahısını Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ibarət şəxslərdən qeyd etməklə, “Kia Sorento” minik markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi, “Kia Sorento” minik markalı **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 11.750 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, X19 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi, “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 11.750 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, X19, X39, Cavabdeh1 və X12 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, “Lexus LX470” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 11.750 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və X7 müştərək qaydada tutularaq İddiaçı3 ödənilməsi, “Hyundai Grandeur” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 11.750 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı Nümayəndə1 ödənilməsi, “Kia K5” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehlər Cavabdeh2, X19, Cavabdeh1, X33, X30 və X2 qanunsuz sahibliyindən geri alınaraq qiymətinin hər hansı səbəbdən azalmasına yol vermədən təhvil alındığı şəkildə İddiaçı1 qaytarılması və ya bu mümkün olmazsa, həmin nəqliyyat vasitəsinin əvəzi olaraq 26.736 manat məbləğində pul vəsaitinin həmin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, əldən çıxmış faydaya görə “Kia K5” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün illik 10.695 manat gəlir əsas götürülməklə avtomobillin qaytarıldığı və ya avtomobilin əvəzinin ödənildiyi günə qədər pul vəsaitinin cavabdehlər Cavabdeh2, X19, Cavabdeh1, X33, X30 və X1 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, həmçinin məhkəmə xərclərinə görə, o cümlədən dövlət rüsumuna görə 421 manat, ixtisaslı hüquqi yardıma görə 960 manat, qiymətləndirmə aktlarının hazırlanmasına görə 1.155 manat, cəmi 2.536 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçılara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər İddiaçı2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, onun Cavabdeh2 ilə mal-qara təsərrüfatının aparılmasına dair iş birliyi olmamışdır. Belə ki, onların razılığı ondan ibarət olmuşdur ki, iddiaçı Nümayəndə1 özü və ailə üzvlərinə məxsus avtomobilləri Cavabdeh2 vasitəsilə üçüncü şəxslərə özgəninkiləşdirilməli idi. Cavabdeh2 alqı-satqıdan öz xeyiri də olacaqdır. Razılaşma ondan ibarət idi ki, Cavabdeh2 iddiaçıların avtomobillərini satıb satış məbləğini iddiaçılara ödəməli idi. Cavabdeh2 özünün mal-qara təsərrüfatı var idi, ona görə də o maşınları Qabil adlı şəxsin mal-qarasına dəyişirdi. Cavabdeh2 ona vəd etmişdir ki, mal-qaradan əldə etdiyi gəlir hesabına onun maşınlarının pulunu qaytaracaq. Lakin, sonralar Cavabdeh2 malqaranın xəstəlik ucbatından tələf olduğunu, ziyana düşdüyünü bildirərək, ödənişləri etməmişdir. Onun Cavabdeh2la razılaşmalarına görə: 1) **-KR-*** nömrəli, “Kia Sorento” markalı avtomobil 2024-cü ilin mart ayında Cavabdeh2 vasitəsilə satılmalı idi. Satış qiyməti 38.000 manat idi. Cavabdeh2 28.000 manat pulu ödəsə də, 10.000 manat borclu qalmışdır. 2) Daha sonra **-MC-*** nömrəli, “Kia Sorento” markalı avtomobil 2024-cü ilin mart ayında Cavabdeh2 vasitəsilə satılmalı idi. Satış qiyməti 40.000 manat idi. Cavabdeh2 maşını satmışdır amma maşına görə pulu ödəməmişdir. 3) **-DF-*** nömrəli, “Kia Sorento” markalı avtomobil 2024-cü ilin aprel ayında Cavabdeh2 vasitəsilə satılmalı idi. Satış qiyməti 40.000 manat idi. Cavabdeh2 maşını satmışdır amma maşına görə pulu ödəməmişdir. 4) **-MA-*** nömrəli, “Lexus LX 470” markalı avtomobil Cavabdeh2 vasitəsilə 2024-cü ilin aprel ayında satılmalı idi. Satış qiyməti 24.000 manat idi. Cavabdeh2 maşını satmışdır amma maşına görə pulu ödəməmişdir. 5) **-ME-*** nömrəli, “Kia K5” markalı avtomobil Cavabdeh2 vasitəsilə 2024-cü ilin may ayında satılmalı idi. Satış qiyməti 26.500 manat idi. Bu avtomobil etibarnamə əsasında özgəninkiləşdirildiyinə görə mülkiyyətçi İddiaçı1 adında qalmışdır. Avtomobil iddiaçıların sahibliyində olmasa da, etibarnaməsi ləğv edilmişdir. 6) **-SB-*** nömrəli, “Hyundai Grandeur” markalı avtomobil Cavabdeh2 vasitəsilə 2024-cü ilin iyul ayında satılmalı idi. Satış qiyməti 30.500 manat idi. Bu puldan 7.500 ödənilib. Cavabdeh2 23.000 manat borcu qalıb. O bildirmişdir ki, Cavabdeh2 maşınların pulunu vermədiyinə görə 3-cü maşından sonra Cavabdeh2 borcu 90.000 manata çatanda onlar öz aralarında razılaşdılar ki, Cavabdeh2 Məğrur adlı tanışı öz torpaq sahəsini Nümayəndə1 adına keçirəcəkdir. Torpağın qiymətini 70.000 manat kimi razılaşdırdılar. Bununla da həmin dövrdə borcun 70.000 hissəsi silindi. O qeyd etmişdir ki, Cavabdeh2 pulu ödəməkdən imtina etdikdə o, **-DF-*** nömrəli, “Kia Sorento” markalı və **-ME-*** nömrəli, “Kia K5” markalı avtomobillər üçün verilən etibarnamələri ləğv etdirmişdir. Daha sonra **-DF-*** nömrəli, “Kia Sorento” markalı avtomobil üçün Cavabdeh1 ona 10.000 pul ödədiyindən etibarnaməni bərpa etmişdir. İddiaçılar İddiaçı1 və Nümayəndə1 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, iddiaçı Nümayəndə1 izahatının məzmununa uyğun izahatlar verərək bildirmişdir ki, **-KR-*** nömrəli, “Kia Sorento” markalı avtomobilə görə Cavabdeh2 borcu 10.000 manatdır, **- MC-*** nömrəli, “Kia Sorento” markalı avtomobilə görə - 40.000, **-DF-*** nömrəli, “Kia Sorento” markalı avtomobilə görə - 40.000. Lakin, sonuncu qeyd edilmiş **-DF-*** nömrəli, “Kia Sorento” markalı avtomobilə görə Nümayəndə1 verilmiş etibarnamənin qüvvəsini xətm etdiyinə görə, cavabdehlərdən Cavabdeh1 etibarnamənin bərpası üçün Nümayəndə1 10.000 manat pul ödəmişdir. Buna görə də birinci adı çəkilmiş avtomobilə görə borc 10.000 manat, ikinci və üçüncü avtomobilə görə (hər birinin satış qiyməti 40.000) isə 70.000 manat təşkil edir. (80.000-10.000). Cavabdeh2la Nümayəndə1 70.000 manat borcun əvəzində torpaq sahəsinin Nümayəndə1 verilməsini razılaşdırdıqlarına görə iddiaçıların tələbi 1-ci maşına görə 10.000 manat təşkil edir. İkinci və üçüncü satılmış maşınların (**-MC-*** nömrəli, “Kia Sorento” markalı və **-DF- *** nömrəli, “Kia Sorento” markalı) dəyəri torpaqla əvəzləşdirildiyindən, həmin avtomobillərə dair tələblər iddia tələblərində qeyd edilməmişdir. İddia tərəfi 4cü avtomobil (**-MA-*** nömrəli, “Lexus LX 470” markalı) üçün 24.000 manat məbləğinin, beşinci avtomobilin naturada və ya dəyərinin (26.736 manat); altıncı avtomobilə görə 23.000 manat ödəlməsini tələb edirlər. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələblərinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçı Nümayəndə1la Cavabdeh2 birgə təsərrüfat işində şərik olublar. Avtomobillər də satılaraq, dəyəri təsərrüfatın genişləndirilməsinə yönəlib. Təsərrüfat işləri alınmadığından və təsərrüfatda olan diri heyvanlar tələf olduğundan, bir qismi isə adını bilmədikləri vəzifəli şəxs tərəfindən Cavabdeh2la aralarında mübahisəyə görə götürüldüyündən, şərikli işləri gəlirli olmamışdır. Tərəflər şərik olduğundan avtomobillərin pulunun tutulması barədə iddia təmin edilməməlidir. Məhkəmənin əvvəlki iclasına video zəng vasitəsilə qoşulmuş Cavabdeh2 öz izahatında bildirmidir ki, onun iddiaçı Nümayəndə1la şərikli təsərrüfatı olmuşdur. Belə ki, Nümayəndə1 maşınları olduğundan, sonuncu həmin maşınları heyvanlara dəyişib təsərrüfatı genişləndirirdi. İlk dəfə Nümayəndə1 satmağa köməklik etdiyi avtomobil Kia Sorento markalı ağ rəngli avtomobil idi. Bu avtomobil heyvanlara dəyişməli deyildi. Avtomobili 40.000 manta satıb. 2.000 öz haqqı, 38.000 manatı isə Nümayəndə1 ödəmişdir. Daha sonra Nümayəndə1la avtomobilləri satıb, heyvanlara dəyişməklə şərik kimi ümumi təsərrüfatı genişləndirirdilər. İkinci satdıqları avtomobil boz rəngli Kia Sorento idi. Qiyməti 40.500 manat idi. Üçüncü avtomobil qara rəngli Kia Sorento markalı avtomobil idi. Onu 24.000-24.500 manata satdılar, yəni heyvanlara dəyişdilər. Daha sonra Lexus markalı avtomobili hardasa 40 heyvana dəyişdilər. Emili təmin etmək üçün 150.000 manat dəyəri olan 2,12 ha torpaq sahəsi Emilin adına keçirildi. Daha sonra Kia K5 markalı avtomobili 26.000-26.500 manata satdılar, yəni hardasa 60-61 heyvana dəyişdilər. Sonuncu avtomobil Hyundai Grandeur markalı avtomobil idi ki, onu pula satdılar. Həmin avtomobili 30.500 satdılar. Emil də öz pulunu aldı. Bu pula 69 baş əlavə heyvan alındı. Heyvanlar çiçək xəstəliyinə tutulduğundan, tələf oldular. Təsərrüfata və ona böyük ziyan dəymişdir. Onlar Emillə şərik olublar, buna görə də onun Emilə maşınlara görə borcu yoxdur. Qalıq borcdan 7.500 manatı Məğrur Emilə paypoint vasitəsilə ödəmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 ümumilikdə 3 ədəd avtomobil alıb (**-MC-*** nömrəli, “Kia Sorento” markalı; **-DF-*** nömrəli, “Kia Sorento” markalı; **-ME-*** nömrəli, “Kia K5” markalı). O, **-MC- *** nömrəli Kia Sorento markalı avtomobili – 41.500 manata etibarnamə ilə almışdır. Etibarnamə ləğv edildiyindən, bərpası üçün məcbur olub əlavə 10.000 manat pulu Emilə ödəyib. O, **-DF-*** markalı avtomobili də Ceyhunla Emildən alıb. Avtomobillərin ikisini sonra satıb. Etibarnamələr ləğv olunanda bilib ki, Emillə Ceyhunun arasında problemlər var. O, Kia K5 markalı avtomobili 25.000 manata alıb, daha sonra Eldar adlı şəxsə 23.000 manata satmışdır. Avtomobilləri alanda pulla deyil, heyvanlara dəyişdirmişdir. Onun özünün fermer təsərrüfatı var. Daha sonra etibarnamələr ləğv olunduğundan, Eldar Kia K5 markalı avtomobili gətirib onun özünə qaytarmışdır. Kia K5 markalı avtomobil indi onun sahibliyindədir. O, hesab edir ki, avtomobilin dəyərini ödəyib aldığından, ona ziyan dəymişdir, o zərərçəkmiş şəxsdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X22 bildirmişdir ki, iddiaçı Emili Cavabdeh2 vasitəsilə tanımışdır. Onun Ceyhunla şərikli fermer tədərrüfatı olmuşdur. Emil də Ceyhunun fermer təsərrüfatında şərik idi. Emil öz maşınlarını satıb fermer təsərrüfatına şərik olmuşdur. Emilin maşınlarının nömrələrini tam xatırlamır, amma onun 40.000 manata, yəni 135 heyvana 1 ədəd qara rəngli Kia Sorento maşının, 100 heyvana - 1 ədəd Kia Sorento markalı maşını, 60 baş heyvana Lexus markalı maşını, 60 baş heyvana Kia K5 markalı avtomobilin dəyişdirilməsini xatırlayır. Özü yalnız keyfiyyətli heyvanların seçilməsinə cavabdeh idi, avtomobil alqı-satqısı aparmırdı. Təsərrüfat ümumilikdə Ceyhuna məxsus idi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, 1) **-DF-*** nömrəli, “Kia Sorento” markalı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X23 adına qeydiyyata alınmışdır. 2) **-MA-*** nömrəli, “Lexus LX 470” markalı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh5 adına qeydiyyata alınmışdır. 3) **-MC-*** nömrəli, “Kia Sorento” markalı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X17 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə qeydiyyat nömrəsi 90GK017 dəyişməklə X5 adına qeydiyyata alınmışdır. 4) **-ME-*** nömrəli, “Kia K5” markalı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. Hazırda onun adına qeydiyyatdadır. 5) **-KR-*** nömrəli, “Kia Sorento” markalı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında nömrəsi **-BK-*** dəyişdirilməklə X3 adına qeydiyyata alınmışdır. 6) **-SB-*** nömrəli, “Hyundai Grandeur” markalı avtomobil xx.xx.2024-cü il tarixdə Nümayəndə1 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında nömrə **-YJ-*** dəyişməklə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı1 (“Satıcı”) ilə X39 (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus olan “Kia Sorento” minik markalı 77DF335 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18.000 manatla satıb və bu məbləği “Alıcı”dan alıb. İş materiallarında olan İddiaçı3 (“Satıcı”) ilə Cavabdeh5 (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus olan “Lexus LX470” minik markalı 77MA335 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 30.000 manatla satıb və bu məbləği “Alıcı”dan alıb. İş materiallarında olan İddiaçı2 (“Satıcı”) ilə X34 (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus olan “Kia Sorento” minik markalı 77MC735 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 30.000 manatla satıb və bu məbləği “Alıcı”dan alıb. İş materiallarında olan X34 (“Satıcı”) ilə X18 (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus olan “Kia Sorento” minik markalı 77MC735 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 36.700 manatla satıb və bu məbləği “Alıcı”dan alıb. İş materiallarında olan İddiaçı2 oğlu (“Satıcı”) ilə X13 (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus olan “Kia Sorento” minik markalı 77KR190 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 40.000 manatla satıb və bu məbləği “Alıcı”dan alıb. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 12 mart 2024-cü il tarixli elektron etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı2 Cavabdeh3 “Kia Sorento” minik markalı **-KR-*** d.q.n-li nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, sərəncam vermək və digər səlahiyyətləri vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 01 may 2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçisi İddiaçı1 X11 “Kia K5” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, bağışlamaq, sərəncam vermək və digər səlahiyyətləri vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 24 iyun 2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Nümayəndə1 Cavabdeh4 “Hyundai Grandeur” minik markalı **-SB-*** nömrəli nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 18 mart 2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı2 X11 “Kia Sorento” minik markalı **-MC-*** nömrəli nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, bağışlamaq, sərəncam vermək və digər səlahiyyətləri vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 22 mart 2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçisi İddiaçı1 X11 “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, sərəncam vermək və digər səlahiyyətləri vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 17 oktyabr 2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçisi İddiaçı1 X20 “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, sərəncam vermək və digər səlahiyyətləri vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınar əmlakın qiymətlədirilmə aktından görünür ki, “Kia Sorento” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2 oktyabr 2024-cü il tarixə bazar dəyəri - 40.400 manat, itirilmiş mənfəət - 8.080 manat və avtomobilə dəymiş zərəri - 2.570 manat dəyərində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınar əmlakın qiymətlədirilmə aktından görünür ki, “Kia K5” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2 oktyabr 2024-cü il tarixə bazar dəyəri - 26.736 manat və itilmiş mənfəət - 4.456 manat dəyərində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınar əmlakın qiymətlədirilmə aktından görünür ki, “Lexus LX470” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 5 oktyabr 2024-cü il tarixə bazar dəyəri - 28.433 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınar əmlakın qiymətlədirilmə aktından görünür ki, “Kia Sorento” minik markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12 dekabr 2024-cü il tarixə bazar dəyəri 38.800 manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınar əmlakın qiymətlədirilmə aktından görünür ki, “Kia Sorento” minik markalı **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12 dekabr 2024-cü il tarixə bazar dəyəri 40.530 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli daşınar əmlakın qiymətlədirilmə aktından görünür ki, Nümayəndə1 məxsus ünvan 1i ünvanında yerləşən daşınmaz əmlakın 12 dekabr 2024-cü il tarixə bazar dəyəri - 60.850 manat dəyərində müəyyən olunmuşdur. İş materiallarında olan X35 (“Satıcı”) ilə Nümayəndə1 (“Alıcı”) arasında 04 aprel 2024-cü il tarixdə bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2,12 ha olan torpaq sahəsini 10.000 manat müqabilində “Alıcı”nın mülkiyyətinə vermişdir. İş materiallarında olan Nümayəndə1 (“Satıcı”) ilə "xxxx" MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus olan “Hyundai Grandeur” markalı 77SB276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31.500 manatla satıb və bu məbləği “Alıcı”dan alıb. İş materiallarında olan "xxxx" MMC (“Lizinq alan”) ilə X24 (“Lizinq alan”) arasında bağlanmış 01LİZ047124 saylı xx.xx.2024-cü il tarixli lizinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən lizinq verən əlavə 1-də göstərilmiş avtomobili müqavilə müddətinin sonunda mülkiyyət hüququnun keçirilməsi öhdəliyi ilə lizinq alanın istifadəsinə verməyi öz üzərinə götürür, lizinq alan isə bunun qarşılığında lizinq verənə lizinq ödənişləri ödəyir. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 2.12 ha olan obyektin bazar dəyəri 85.000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsində verilmiş izahatdan görünür ki, o, heç bir yerdə işləmir. X32 2024cü ilin mart ayından tanıyır. O, onunla bir dəfə görüşmüşdür, onunla normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. X14 2024-cü ilin əvvəllərindən tanışı İsmayıl vasitəsi ilə tanımışdır. Onun Eminlə normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, o avtomobillərin alqı-satqısı ilə məşğul olur. Emin İsmayıl ilə birlikdə Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən avtoyuma məntəqəsinə gələrək onda üç ədəd “Kia Sorento” markalı və bir ədəd “Kia K5” markalı avtomobilin olduğunu, həmin avtomobilləri satmaqda köməklik etməyini dedi. Emin ona həmin avtomobilləri gətirib ona verməyini desə də o Eminə avtomobillərin onda qalmasını, müştəri çıxan zaman ona yönəldəcəyini bildirdi. Bundan bir müddət sonra o Eminə məxsus “Kia Sorento” markalı avtomobilə müştəri tapdı və Eminə bildirdikdə o, avtomobili 38.000 manata satdığını dedi. O da həmin avtomobili 40.000 manata sataraq 38.000 manat pulu Eminə vurdu. Bundan bir müddət sonra o digər “Kia Sorento” markalı avtomobilə müştəri tapib. Lakin həmin şəxs avtomobilin əvəzinə qoyunlar verəcəkdi. Onun qohumu X22 ilə birlikdə fermer təsərrüfatı var. O bu barədə Eminə bildirdikdə Emin avtomobili qoyunlarla dəyişməyə razı oldu və həmin qoyunlardan əldə olunacaq qazanca da ortaq oldu. Bundan sonra onlar Ağcabədi rayon sakini Qabil ilə “Kia Sorento” markalı avtomobili 41.500 manata razılaşdılar və Məğrur avtomobili götürərək 17 mart 2024-cü il tarixində Ağcabədi rayonuna getdi. Onun əvəzində 130 baş qoyun aldı və həmin qoyunları Şəmkir rayonunda yerləşən fermer təsərrüfatına apardı. Emin və onun atası da fermer təsərrüfatına gedərək qoyunlara baxmışlar. Daha sonra Qabil atasının da avtomobili almaq istədiyini dedi. O Eminə bu barədə bildirdikdə onun “Lexus 470” markalı avtomobili olduğunu və satmaq istədiyini dedi. O, Emindən Ağcabədi rayonuna getmək üçün etibarnamə istəsə də Emin avtomobili qaynatasının adına olduğunu, avtomobildə saxla olduğunu və buna görə də etibarnamə verə bilməyəcəyini dedi. O, Məğrurla birlikdə 22 mart 2024-cü il tarixdə Ağcabədi rayonuna getdi. Bu barədə Eminə də bildirdilər bə o da Ağcabədi rayonuna gəldi. O, 22 mart 2024-cü il tarixdə Ağcabədi rayonu Xocavənd kəndinin ərazisində yerləşən “Elnur” adlı kafedə Qabil, Ramil, Tacirlə birlikdə görüşdülər. Elnur də dostu ilə birlikdə ora gəldi. Bir qədər sonra Qabilin atası Alim da ora gəlmişdi. O, onlarla görüşdü və onların ona “Lexus 470” markalı avtomobilə baxdı. Alim həmin avtomobilin ilinin köhnə olduğunu, həmçinin onun dizel avtomobil almaq istədiyini dedi. Bu zaman orada olan Emin ona məxsus olan “Kia Sorento” markalı **-DF-*** dövlət nömrə nişanlı avtomobili satdığını dedi. Alim həmin avtomobilə baxdı və həmin avtomobilin qiymətini soruşduqda Emin 43.500 manata satdığını dedi. O, baha olduğunu bildirdi. Həmçinin onların qabaqçadan razılaşmaqları avtomobilin əvəzinə qoyun verəcəyi barədə olmuşdur. Bu zaman Alimə 110 qoyun verməyini dedikdə o onlara 100 qoyun verə biləcəyini dedi. Bir qədər qiymətləşdikdən sonra onlar avtomobili 40.500 manata, 100 baş qoyuna razılaşdılar. Bundan sonra onlar birlikdə Alimin fermasına gedib. Orada Emin, Ceyhun, Məğrur və Səxavət qoyunlara baxaraq 100 baş seçdilər. X41 pay kimi bir baş da keçi götürdü. Bundan sonra Emin Alimə “Allah xeyir versin” deyərək ona etibarnamə verməsini dedi. Alim da Eminə onun adına yox qardaşı oğlu Şamilin adına etibarnamə verməsini dedi. Emin də avtomobilin həyat yoldaşının adına olduğunu bildirərək zəng edib Şamilin adına etibarnamə verilməsini dedi. Bundan sonra Şamilin adına onlayn etibarnamə verdilər və qoyunları “qazel” markalı avtomobilə yüklədilər. Bundan sonra X46 Nədirovu Yevlax rayonunda düşürdüblər. Qoyunları isə Səxavət fermaya apardı. Emin də həmin qoyunların qazancına onlarla ortaq idi. Bundan sonra Emin onunla söhbət edən zaman mülk almaq istədiyini dedi. Ceyhun ona Məğrurun Göyçay rayonunda bağ sahəsinin olduğunu əgər istəyərsə həmin bağı ona sata biləcəyini dedi. Bundan sonra Emin Məğrurla danışmış, bağ sahəsinə gedərək baxmışdır, bağı bəyəndiyini bildirmişdir. Eminlə Məğrur 2,12 ha bağı 150.000 manata razılaşmışlar. Emin qoyunla danışdıqları iki ədəd “Kia Sorento” markalı avtomobilləri 80.000 manata, “Kia K5” markalı avtomobili 26.000 manata və “Lexus 470” markalı avtomobili 24.000 manata razılaşdılar. Eminin onlara 20.000 manat verəcəyi qaldı. Bundan sonra “Lexus 470” markalı avtomobili Tacirə satılmışdır. Təxminən bir ay sonra isə onlar Qabilə “Kia K5” markalı, **-ME-*** dövlət nişanlı avtomobili 26.000 manata, 60 baş qoyunun əvəzinə satdılar. Həmçinin Emin onlara verəsi olduğu 20.00 manat pulu verdi və 11.000 manat isə onlara borc kimi verdi. Həmin 11.000 manat borcun 7.500 manatını onlar Eminə qaytardılar. Daha sonra Ceyhun Eminlə şərik olaraq “Hyundai” markalı avtomobili aldılar və onların birlikdə 3.800 manat qazancları oldu. Onun bu günə Eminə 3.500 manat borcu qalmışdır. 2024-cü il sentyabr ayının əvvəllərində Məğrur ona zəng edərək Eminin Alimə satdıqları avtomobilin etibarnaməsini ləğv elədiyini dedi. Ceyhun da Məğrura atasının xəstə olduğu üçün Naxçıvanda olduğunu oktyabr ayının əvvəllərində qayıtdıqdan sonra Eminlə danışıb bu məsələni həll edəcəyini bildirdi. O, Alimə və Qabilə qarşı dələduzluq eləmədiyini bildirmişdir. Ağcabədi rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, izahatı alınmış X39 (Cavabdeh1 atası) bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Arasbar kəndində yaşayır, heç bir yerdə işləmir. Ağcabədi rayonu Salmanbəyli kəndinin ərazisində onun fermer təsərrüfatı var. O, həmin fermer təsərrüfatında xırdabuynuzlu heyvanları saxlayır. 17 mart 2024-cü il tarixdə oğlu Ramil 130 baş qoyunun əvəzində X6 “Kia Sorento’" markalı avtomobil almışdır. Alim da özünə avtomobil almaq istədiyindən onun oğlu Qabil atasına həmin şəxslərdə başqa avtomobil olduğunu dediyi zaman Alim həmin avtomobilə baxaraq ala biləcəyini demişdir. 22 mart 2024-cü il tarixdə Qabil Alimə zəng edərək həmin şəxslərin və avtomobilin Ağcabədi rayonu Xocavənd kəndinin ərazisində yerləşən “Elnur” kafedə olduqlarını bildirmişlər. Alim də ora getmiş. O, oraya gedən zaman orada oğlanları Qabil və Ramil, qohumu Tacir, ilk dəfə gördüyü Ceyhun, Məğrur, Emil və digər bir şəxs var idi. Alim onlarla görüşdükdən sonra ona dedikləri Lexus 470 markalı avtomobilə baxdığı zaman avtomobilin buraxılış ilinin köhnə olduğunu, dizel avtomobil almaq istədiyini demiş, bu zaman orada olan Emil ona məxsus olan Kia Sorento markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini demişdir. Alim həmin avtomobilə baxandan sonra avtomobilin qiymətini soruşan zaman Emin 42.500 manata satacağını demişdir. Əvvəlcədən olan razılaşmaya əsasən, avtomobilin qiyməti dəyərində olan pul miqdarının əvəzinə qoyun veriləcək idi. Bir qədər qiymətləşdikdən sonra Alim Emilə məxsus olan avtomobili almaq üçün 40.500 manata həmin pulun dəyərində olan 100 baş qoyuna razılaşmış, bundan sonra onlar Alimin fermasına getmişlər. Orada Emil, Ceyhun, Məğrur və onların tanışları Səxavət qoyunlara baxaraq 100 baş qoyun seçən zaman Emin ondan pay kimi bir baş da keçi götürmüşdür. Bundan sonra Emil ona “Allah xeyir versin” deyərək onun adına etibarnamə verəcəyini demişdir. Alim də həmin etibarnamənin qardaşı oğlu Şamilin adına veriləcəyini dedikdən sonra Emil həmin avtomobilin həyat yoldaşının adına olduğunu bildirmiş, zəng edərək Şamilin adına etibarnamə verilməsini demişdir. Bundan sonra Şamilin adına online şəkildə etibarnamə verildikdən sonra qoyunları “Qazel” markalı avtomobilə yükləyərək aparmışlar. Bundan 2 gün sonra Alim qardaşı oğlu Şamil ilə gedərək öz adına baş etibarnamə almış, lakin avtomobili öz adına sənədləşdirməmişdir. Təxminən bir ay sonra isə oğlu Qabil həmin şəxslərdən Kia K5 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili 60 baş qoyunun əvəzində almışdır. Qabil daha sonra həmin avtomobili satmışdır. 2024-cü il avqust ayının sonlarında Alim avtomobilin cərimələrini yoxladan zaman avtomobilin baş etibarnaməsinin mülkiyyətçisi tərəfindən ləğv olunduğunu öyrənmişdir. O bu barədə Məğrura zəng edərək bildirən zaman Məğrur da X28 Respublikasında olduğunu, maraqlanıb ona deyəcəyini bildirmişdir. Daha sonra Məğrur ona Ceyhunun atasının xəstə olduğunu, oktyabr ayının əvvəllərində gələrək məsələni yoluna qoyacağını demişdir. Bundan bir neçə gün sonra isə Alim avtomobilin axtarışa verildiyini öyrənmiş, avtomobili gətirərək Ağcabədi rayon Polis Şöbəsinin həyətində yerləşən cərimə meydançasına salmışdır. Bu barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir, bundan bir müddət sonra da Qabilin avtomobili satdığı şəxs zəng edərək həmin avtomobilin də etibarnaməsinin ləğv olunduğunu demişdir. Hadisə nəticəsində Alimə 40.500 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan “PulPal” önlayn ödəniş sistemindən çıxarılmış 3 ədəd qəbzdən görünür ki, Vəkil 960 manat məbləğində ödəniş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.4-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 662.1-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. 662.2-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 662.3-cü maddəsinə görə dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4-cü maddəsinə görə bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 782.1-ci maddəsinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Nümayəndə1 Cavabdeh2 vasitəsilə alıcılar tapmaqla özünə və digər iddiaçılar olan qohumları: İddiaçı3, İddiaçı2, İddiaçı1 məxsus avtomobillərin satışını razılaşdırmışdır. İşin mübahisəsiz halıdır ki, 1) **-KR-*** nömrəli, “Kia Sorento” markalı (əvvəlki mülkiyyətçi İddiaçı2); 2) **-MC-*** nömrəli, “Kia Sorento” markalı (əvvəlki mülkiyyətçi İddiaçı2); 3) **-DF-*** nömrəli, “Kia Sorento” markalı (əvvəlki mülkiyyətçi İddiaçı1); 4) **- MA-*** nömrəli, “Lexus LX 470” markalı (əvvəlki mülkiyyətçi İddiaçı3); 5) **-ME-*** nömrəli, “Kia K5” markalı (mülkiyyətçi dəyişilməmişdir - İddiaçı1); 6) **-SB-*** nömrəli, “Hyundai Grandeur” markalı (əvvəlki mülkiyyətçi iddiaçı Nümayəndə1) avtomobillərin pul müqabilində üçüncü şəxslərə özgəninkiləşdirilməsi iddiaçıları təmsil edən Nümayəndə1 ilə Cavabdeh2 arasında razılaşdırılmışdır. İddia tərəfi həmin avtomobillərin satışından sonra iddiaçılara ödənilməmiş qalan pul məbləğlərini (**-ME-*** nömrəli, “Kia K5” markalı avtomobilə münasibətdə, həmçinin avtomobilin özünü və ya dəyərini) tələb edir. Cavabdehlərdən Cavabdeh2 avtomobillərin satışı ilə bağlı əməliyyatları təkzib etməməklə yanaşı bildirmişdir ki, birinci qeyd olunmuş **-KR-*** nömrəli, “Kia Sorento” markalı və sonuncu qeyd edilmiş **-SB-*** nömrəli, “Hyundai Grandeur” markalı avtomobillər istisna olmaqla, digər avtomobilləri iddiaçı onunla (Cavabdeh2la) şərikli təsərrüfat aparmaq məqsədi ilə diri heyvanlara dəyişdirmiş (barter etmiş) və əldə edilən pulları təsərrüfatın maliyyələşdirilməsinə yönəltmişdir. **-KR-*** nömrəli, “Kia Sorento” markalı (birinci) avtomobilə münasibətdə o qeyd edir ki, həmin avtomobili satmaqda iddiaçı Nümayəndə1 köməklik göstərib, həmin avtomobili satıb və razılaşdırılmış məbləği (38.000 manat) iddiaçı Nümayəndə1 ödəyib. **-SB-*** nömrəli, “Hyundai Grandeur” markalı avtomobilə münasibətdə isə o qeyd edir ki, həmin avtomobilin alınması və satışı Nümayəndə1la onun birgə gəlirləri hesabına həyata keçirilməklə, avtomobilin satışından hər ikisi qazanc əldə ediblər. Göründüyü kimi, Cavabdeh2 etirazı həmçinin onunla əsaslandırılmışdır ki, 4 ədəd avtomobil (**-MC-*** nömrəli, “Kia Sorento” markalı; **-DF-*** nömrəli, “Kia Sorento” markalı; **-MA-*** nömrəli, “Lexus LX 470” markalı; **-ME-*** nömrəli, “Kia K5” markalı) avtomobillər təsərrüfatın maliyyələşdirilməsi məqsədilə iribuynuzlu heyvanlara barter edilmişdir. O qeyd edir ki, təsərrüfat zərərə uğradığından heyvanlar tələf olduğundan, o Nümayəndə1 pul tələblərini qəbul etmir. Həmçinin işin mübahisəsiz halıdır ki, Cavabdeh2la Nümayəndə1 birgə fəaliyyəti çərçivəsində Göyçay rayonu Şıxəmir kəndində kənd təsərrüfatı təyinatlı 2.12 ha torpaq sahəsi Nümayəndə1 mülkiyyətinə verilmişdir. Nümayəndə1 bu torpağın bazar dəyərini 70.000 manat qiymətləndirməklə, Cavabdeh2 avtomobillərin satışı nəticəsində ona olan borcunun hesabına hesablayaraq, ümumi borc məbləğindən çıxır. Cavabdeh2 isə öz növbəsində, həmin torpağın onun göstərişi ilə Nümayəndə1 satıldığını (adına keçirildiyini) qeyd etsə də, bunun səbəblərinə dair ardıcıl izahat verməyərək, bu əməliyyatın məqsədinin “birgə fəaliyyət zamanı Nümayəndə1 maddi təmin edilməsi” olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin arasında yaranmış şifahı razılaşmaların tam məzmununu iş materialları ilə müəyyən etmək mümkün olmasa da, işin faktiki halları ilə müəyyən edilir ki, hər bir avtomobilin özgəninkiləşdirilməsi qiyməti Cavabdeh2la Nümayəndə1 arasında razılaşdırılmışdır. İddiaçı Nümayəndə1la Cavabdeh2 birgə təsərrüfat aparması və avtomobillərin Nümayəndə1 tapşırığı əsasında Cavabdeh2 tərəfindən satılaraq pulun iddiaçıya (Nümayəndə1) qaytalımalı olmaması barədə Cavabdeh2 dəlillərinə gəldikdə məhkəmə aşağıdakı halları qeyd edir. Belə ki, Cavabdeh2 satılmış 4 ədəd avtomobilin (**-MC-*** nömrəli, “Kia Sorento” markalı; **-DF-*** nömrəli, “Kia Sorento” markalı; **-MA-*** nömrəli, “Lexus LX 470” markalı; **-ME-*** nömrəli, “Kia K5” markalı) iddiaçı Nümayəndə1 onların birgə təsərrüfatına qoyduğu sərmayə olduğunu qeyd etsə də, belə olduğu halda sonuncunun mülkiyyətinə torpaq sahəsinin nə səbəbdən verildiyini izah edə bilməmişdir. Bundan başqa, Cavabdeh2 birgə təsərrüfat fəaliyyəti zamanı tərəflərin sərmayə qoyuluşu, gəlir və zərərin bölüşdürülməsinə dair şərtlərinə aydınlıq gətirə bilməmişdir və şərikli fəaliyyət barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ağcabədi rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatında da Cavabdeh2 bildirmişdir ki, Emin (mətn üzrə “Emil” və “Emin” adlarına istinad olunmaqla texniki qüsurlara yol verilmişdir) İsmayıl ilə birlikd....gələrək onda üç ədəd “Kia Sorento” markalı və bir ədəd “Kia K5” markalı avtomobilin olduğunu, həmin avtomobilləri satmaqda köməklik etməyini demişdir....Emin ona həmin avtomobilləri gətirib ona verməyini desə də o Eminə avtomobillərin onda qalmasını, müştəri çıxan zaman ona yönəldəcəyini bildirmişdir... Bundan bir müddət sonra o Eminə məxsus “Kia Sorento” markalı avtomobilə müştəri tapdı və Eminə bildirdikdə o (yəni Emil), avtomobili 38.000 manata satdığını dedi. O da həmin avtomobili 40.000 manata sataraq 38.000 manat pulu Eminə vurdu... Bundan bir müddət sonra o digər “Kia Sorento” markalı avtomobilə müştəri tapib. Lakin həmin şəxs avtomobilin əvəzinə qoyunlar verəcəkdi.....O bu barədə Eminə bildirdikdə Emin avtomobili qoyunlarla dəyişməyə razı oldu və həmin qoyunlardan əldə olunacaq qazanca da ortaq oldu... ...onlar Ağcabədi rayon sakini Qabil ilə “Kia Sorento” markalı avtomobili 41.500 manata razılaşdılar ..... Onun əvəzində 130 baş qoyun aldı və həmin qoyunları Şəmkir rayonunda yerləşən fermer təsərrüfatına apardı....Emin ona məxsus olan “Kia Sorento” markalı **-DF-*** dövlət nömrə nişanlı avtomobili satdığını dedi. Alim həmin avtomobilə baxdı....Bir qədər qiymətləşdikdən sonra onlar avtomobili 40.500 manata, 100 baş qoyuna razılaşdılar....Bundan sonra Emin onunla söhbət edən zaman mülk almaq istədiyini dedi. Ceyhun ona Məğrurun Göyçay rayonunda bağ sahəsinin olduğunu əgər istəyərsə həmin bağı ona sata biləcəyini dedi. Bundan sonra Emin Məğrurla danışmış, bağ sahəsinə gedərək baxmışdır, bağı bəyəndiyini bildirmişdir. Eminlə Məğrur 2,12 ha bağı 150.000 manata razılaşmışlar...Emin qoyunla danışdıqları iki ədəd “Kia Sorento” markalı avtomobilləri 80.000 manata, “Kia K5” markalı avtomobili 26.000 manata və “Lexus 470” markalı avtomobili 24.000 manata razılaşdılar. Eminin onlara 20.000 manat verəcəyi qaldı. Bundan sonra “Lexus 470” markalı avtomobili Tacirə satılmışdır. Təxminən bir ay sonra isə onlar Qabilə “Kia K5” markalı, **-ME-*** dövlət nişanlı avtomobili 26.000 manata, 60 baş qoyunun əvəzinə satdılar. Həmçinin Emin onlara verəsi olduğu 20.00 manat pulu verdi və 11.000 manat isə onlara borc kimi verdi. Həmin 11.000 manat borcun 7.500 manatını onlar Eminə qaytardılar. Daha sonra Ceyhun Eminlə şərik olaraq “Hyundai” markalı avtomobili aldılar və onların birlikdə 3.800 manat qazancları oldu. Onun bu günə Eminə 3.500 manat borcu qalmışdır.” Göründüyü kimi xx.xx.2024-cü il tarixli izahatında Cavabdeh2 Göyçay rayonundakı 2,12 ha torpaq sahəsinin Emilin xahişi ilə (əmlak almaq istədiyinə görə) sonuncuya satıldığını, satış qiymətindən isə onların birgə razılaşması əsasında satılmış 4 ədəd avtomobilin (iki ədəd “Kia Sorento” markalı avtomobilləri 80.000 manata, “Kia K5” markalı avtomobili 26.000 manata və “Lexus 470” markalı avtomobili 24.000 manata, cəmi 130.000) satış qiymətlərinin çıxıldığını, bununla da torpağın 150.000 manata razılaşdırıldığı halda (150.000-130.000= 20.000), Emilin ona 20.000 borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında verdiyi izahatında isə Cavabdeh2 bu torpağın “Eminin onların iş birliyi müddətində təmin edilməsi” məqsədilə sonuncunun adına keçirildiyini qeyd etmişdir. Belə ki, tərəflərin razılaşmasının - avtomobillərin satılmasından (diri heyvanlara dəyişdirilməsindən) sonra avtomobillərin razılaşdırılmış qiymətlərinin Cavabdeh2 tərəfindən Nümayəndə1 ödənilməsi deyil, onların (avtomobillərin) Nümayəndə1 tərəfindən birgə təsərrüfata sərmayə kimi qoyulması barədə dəlillər ağlabatan deyil. Cavabdeh2 izahatlarından görünür ki, avtomobillərin heyvanlara dəyişdirilməsi razılaşdırılsa da, istənilən halda avtomobillərin satış qiymətləri Nümayəndə1 (onun təmsil etdiyi iddiaçıların) xeyrinə ödəniləcəkdir. (Cavabdeh2 izahatları üzrə avtomobilllərin dəyərinin - istər təsərrüfat birliyi ilə bağlı “maddi təminat” olaraq verilməsi zamanı torpağın dəyərindən çıxılması, istərsə də Emil adlı şəxsin “almaq istədiyi” torpağın qiyməti razılaşdırıldıqda, avtomobillərin qiymətinin satış qiymətindən çıxılması bunu təsdiq edir). Bu isə ona dəlaət edir ki, avtobillər istər pul müqabilində satıldıqda, istərsə də diri heyvanlara dəyişdirildikdə, tərəflərin razılaşması ondan ibarət olmuşdur ki, avtomobillərin razılaşdırılmış qiyməti iddiaçı Nümayəndə1 (avtomobilin mülkiyyətçilərinə) ödəniləcəkdi. Bundan başqa məhkəmə qeyd edir ki, birinci avtomobil olan -**-KR-*** nömrəli, “Kia Sorento” markalı (əvvəlki mülkiyyətçi İddiaçı2); avtomobilin özgəninkiləşdirilmə qiymətinin iddiaçı Nümayəndə1la Cavabdeh2 arasında 38.000 manata razılaşdırılması iş materialları ilə təsdiqləndiyi halda, istər Cavabdeh2 iş materiallarıda olan əvvəlki izahatları (polis şöbəsinə ünvanladığı izahat) ilə istərsə də hazırki iş materialları ilə həmin məbləğin ödənilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçının izahatından görünür ki, altı ədəd maşının satılması razılaşdırıldığı halda, üçüncü maşının satışından sonra Cavabdeh2 70.000 manata bərabər olan borcunun qarşılanması üçün tərəflər həmin dəyərdə olan torpağı Nümayəndə1 adına qeydiyyatdan keçirmişlər. Belə halda birinci maşına görə 10.000 manat borcun ödənilməmiş qalması ağlabatan deyil. Buna görə də bu tələb təmin edilməməlidir. İddiaçılar İddiaçı1 və Nümayəndə1 vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd edilmiş izahatından göründüyü kimi iddia tələbləri ikinci və üçüncü satılmış avtomobillərə görə (**-MC-*** nömrəli, “Kia Sorento” markalı və **-DF-*** nömrəli, “Kia Sorento” markalı)ödənilməmiş pul tələblərini nəzərdə tutmur. Dördüncü avtomobilə gəldikdə məhkəmə qeyd edir ki, iş materialları və həmçinin Cavabdeh2 daha əvvəlki polis şöbəsində verdiyi izahatları ilə təsdiq olunur ki, **-MA-*** nömrəli, “Lexus LX 470” markalı (əvvəlki mülkiyyətçi İddiaçı3) avtomobilin satış qiyməti 24.000 manat olaraq müəyyənləşdirilmişdir. Belə ki, avtomobilin satılmasına dair tapşırığı alan Cavabdeh2 həmin satışdan əldə olunmuş pul vəsaitini tapşırığı verən şəxsə qaytarmalı idi. İş materiallarından görünür ki, iddiaçıların avtomobillərin satışına dair iradə ifadələri müsbət olmuşdur və həmin pulu almaq hüququ avtomobilin mülkiyyəçisi – İddiaçı3 (onun vəkil etdiyi şəxsə) məxsusdur. Buna görə də bu avtomobillə bağlı pul tələbi təmin edilərək, 24.000 manat məbləği Cavabdeh2 tutularaq İddiaçı3 ödənilməlidir. Beşici avtomobillə bağlı məhkəmə qeyd edir ki, **-ME-*** nömrəli, “Kia K5” markalı həmin avtomobilin Cavabdeh2 vasitəsilə satılması razılaşdırılsa da, avtomobil rəsmi qaydada satılmamışdır. Avtomobilin mülkiyyətçisi dəyişilməmişdir və İddiaçı1dır. Avtomobilin Nümayəndə1la Cavabdeh2 arasında razılaşdırılmış satış qiymətinin 26.500 manat olması iş materialları ilə təsdiq olunduğundan, həmin məbləğin İddiaçı1 və ya onun təmsilçisi iddiaçı Nümayəndə1 ödənilməsi öz təsdiqini tapmadığından, bununla da, iddiaçının öz əmlakını geri tələb etmək hüququ yarandığından, sözügedən avtomobil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq naturada İddiaçı1 qaytarılmalıdır. Avtomobili aşkar etmək mümkün olmazsa, onun dəyərini təşkil edən 26.736 manat pul məbləği qeyd olunan cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 ödənilməlidir. Həmin avtomobilin Cavabdeh2 vasitəsilə faktiki (qeyri-rəsmi) Cavabdeh1 satılması, daha sonra sonuncu tərəfindən Eldar Əliyeva satılması, və yekunda etibarnamənin ləğvinə görə E.Əliyev tərəfindən Cavabdeh1 qaytarılması və bununla da, Cavabdeh1 maddi zərərə uğraması halları ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə Cavabdeh1la E.Əliyev və Cavabdeh2 arasında dəymiş zərərin ödənilməsinə dair iddia tələblərini ehtiva etmədiyindən, sözügedən hallara məhkəmə tərəfində hüquqi qiymət verilmir. Altıncı avtomobillə bağlı məhkəmə qeyd edir ki, **-SB-*** nömrəli, “Hyundai Grandeur” markalı (əvvəlki mülkiyyətçi iddiaçı Nümayəndə1) avtomobilin satış qiymətinin Nümayəndə1la Cavabdeh2 arasında razılaşdırılmış satış qiymətinin 30.500 manat olması iş materialları ilə, xüsusən də Cavabdeh2 məhkəmədə verdiyi izahatı ilə təsdiq olunduğundan, Cavabdeh2 və iddiaçı Nümayəndə1 həmin məbləğdən 7.500 manatın ödənildiyini təsdiq etdiklərindən, məhkəmə belə nəticəyə gəlir ki, avtomobilin satışından əldə edilməklə mülkiyyətçiyə qaytarılmamış 23.000 (30.500-7.500) manat pul məbləği Cavabdeh2 (tapşırığı icra edən) alınaraq iddiaçı Nümayəndə1 (tapşırığı alan) ödənilməlidir. **-ME-*** nömrəli, “Kia K5” markalı avtomobilin qaytarılmaması ilə bağlı əldə çıxmış faydaya görə 10.695 manat pul məbləğinin tutulmasına dair iddia tələbləri təmin edilməməlidir. Belə ki, avtomobilin vicdanlı olmadan sahib tərəfindən qanunsuz saxlanılması nəticəsində qanuni sahibin əldən çıxmış faydasının 10.695 manat təşkil edəcəyi iş materialları ilə sübut olunmur. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə qeyd edir ki, qiymətləndirmə hesabatlarına çəkilmiş xərclər iş materialları ilə təsdiq olunmadığından, bu hissədə tələblər təmin edilməməlidir. MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də hüquqi yardıma görə ödənilmiş 960 manat məbləğinin cavabdehdən tutulması ilə bağlı iddia tələbinə qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, göstərilən hissədə də tələb qismən təmin edilməli və hüquqi yardım üçün ödənilmiş 500 manat xərc ağlabatan hesab edilməklə, müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçılara ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən, ödənilmiş 341 manat rüsumun 312 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X15 müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Lexus LX470 minik markalı”, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə görə 24.000 (iyirmi dörd min) manat pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı3 ödənilsin. “Hyundai Grandeur” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə görə 23.000 (iyirmi üç min) manat pul vəsaiti Cavabdeh2 alınaraq Nümayəndə1 ödənilsin. “Kia K5 minik markalı”, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı1 qaytarılsın. Həmin nəqliyyat vasitəsi aşkar edilməzsə, onun dəyəri olan 26.736 (iyirmi altı min yeddi yüz otuz altı) manat pul məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı1 ödənilsin. Hüquqi yardıma görə 500 (beş yüz) manat pul məbləği və 312 (üç yüz on iki) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar