Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9594/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı cavabdeh Polis Şöbəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cü Polis Şöbəsinin 16 iyul 2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi və toplanmış materiallar əsasında istintaq aparılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin baxılması üçün icraata götürülməsindən imtina edilməlidir. Belə ki, hazırki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi cinayət işinin başlanmasının rədd edilməsinə dair qəbul edilmiş qərarın ləğv olunması barədədir, cinayət işinin başlanmasının rədd edilməsi haqqında iş üzrə qərardan şikayətlərə cinayət işi üzrə məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli olmadığı halda iddiaçı müvafiq iddia ərizəsi ilə mülki məhkəmə icraat qaydasında rayon (şəhər) məhkəməsinə müraciət etmişdir ki, bu da onun mülki məhkəmə icraatı qaydasında baxılması istisna edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb, inzibati orqanın (Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi) qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə bağlı olduğundan, iddiaçı müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxlması mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh polis Şöbəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-9594/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9594/2024
04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver