Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9596/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh MMC-yə və digərlərinə qarşı mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, AQM/İ-340-2280/24 nömrəli mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Maraqlı şəxs cavabdeh İddiaçınə qarşı icarə haqqının ödənilməsi və müqavilənin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi e-2-2(113)-7206/2024 nömrə ilə icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, AQM/İ-340-2280/24 nömrəli mütəxəssis rəyini əsas götürərək, torpaq sahəsinin dəyərini 1.292.620 manat müəyyən etmişdir. Qeyd olunanlara əsasən iddiaçı mütəxəssis rəyinin etibarsız hesab edilməsi və torpaq sahəsinin dəyəri yenidən qiymətləndirilməsi ilə bağlı tələblə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, İddiaçı (VÖEN: **********) və Cavabdeh MMC (VÖEN: **********) vergi ödəyicisi olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə İddiaçı ilə Maraqlı şəxs arasında icarə haqqının ödənilməsi və müqavilənin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbindən irəli gələn mübahisə ilə bağlıdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti İddiaçınə qarşı icarə haqqının ödənilməsi və müqavilənin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, AQM/İ-340-2280/24 nömrəli mütəxəssis rəyini əsas götürərək, torpaq sahəsinin dəyərini 1.292.620 manat müəyyən etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə müraciət edərək, qeyd edilən mütəxəssis rəyinin etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddia həm İddiaçı-nin, həm də, Cavabdeh MMC-nin mənfəət əldə etmək məqsədilə nəticə etibarı ilə əmlakın istifadəsi, əmtəə satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətlərin, yəni sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Beləliklə, hazırki iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Odur ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh MMC-yə və digərlərinə qarşı mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə (qəbzin nömrəsi- **********) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-9596/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9596/2024
03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver