Məhkəmə qərarları › İş №e-2(011)-9837/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9837/2023

29.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9837/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bakı şəhəri, Xocalı prospekti 32 saylı binanın A blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə X3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə ləğv edilmişdir, 95760 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan alınaraq X2 ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dən 206500 ABŞ dolları, 30 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Vusal Umarovun xx.xx.2023-cü il tarixli qərarlarına əsasən icra sənədləri üzrə borclu "xxxx" MTK İddiaçı ilə əvəz edilmişdir. Göründüyü kimi, tələb Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və 2(011)-7444/2019 saylı xx.xx.2019-cu tarixli icra vərəqələrinin icrası ilə bağlıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddianın icra vərəqəsinin icrası ilə bağlı olduğunu nəzərə alaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də iddiaçının hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə izah edir ki, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun hərəkət (hərəkətsizliyindən) şikayətlə bağlı İddiaçı məhkəmə qərarlarının icrasına nəzarət icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar