Məhkəmə qərarları › İş №e-2(011)-996/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-996/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-996/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə X1 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Nissan Sunny” markalı, 24BH010 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mircəlal küçəsi ilə hərəkətdə olan zaman Cavabdeh "xxxx" MMC-nin verdiyi yol vərəqəsinə əsasən idarə etdiyi “Chevrolet Cruze” markalı, 77PH132 dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərini pozaraq, sol tərəfdən yola bitişik ərazidən Məhəmməd Təhlətlinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobilin yoluna çıxmış və iddiaçının mülkiyyətində olan həmin avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Törədilmiş hadisə ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərar əsasında Cavabdeh 40 manat cərimə edilmişdir. İddiaçı avtomobilin əzilmiş hissələrini təmir etdirmək üçün onu "xxxx" avtoservis xidmətinə aparmışdır. “Nissan Sunny” markalı, 24BH010 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin təmir edilməsi və rənglənməsi üçün iddiaçı ümumilikdə 625 manat 40 qəpik məbləğində xərc çəkməlidir. X7 tərəfindən verilmiş servis aktı ilə də öz təsdiqini tapır. Servisə müraciət etməsinə, yəni avtomobilə vurulan ziyanı müəyyənləşdirməkdən ötrü də 63 manat da pul ödəmişdir. Cavabdehlər bu günədək avtomobilə vurulan ziyanı ödəməmişlər. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla təsdiq olunur ki, Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, 77PH132 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus “Nissan Sunny” markalı, 24BH010 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması Cavabdeh yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermişdir. İnzibati xəta haqqında işin digər materiallarından müəyyən olunur ki, “Chevrolet Cruze” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfdən yola bitişik ərazidən “Nissan Sunny” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmaqla onun sol tərəfi ilə toqquşmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli Servis kartında avtomobilin arxa bamperinin sol hissəsinin açılıb-bağlanmasının, arxa sol qapının, arxa sol qanadın təmirinə görə 160 manat, arxa sol qanadın, arxa sol qapının ,arxa bamperin sol hissəsinin rənglənməsinə görə 370 manat, cəmi 530 manat, 95,40 manat ƏDV daxil olmaqla ümumilikdə 625,40 manatın ödənilməsi öz əksini tapmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə iddiaçı tərəfindən sorğu edilmiş və cavab olaraq sxemlə göstərilmiş cədvəldə ** PH *** dövlət nömrə nişanlı 2016-cı il buraxılışlı Chevrolet Cruze markalı avtomobilin "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər "xxxx" MMC və Cavabdeh müştərək qaydada 625,40 manat məbləğində dəymiş ziyanın, ziyanın müəyyən edilməsindən ötrü İdeal Motors MMC-yə ödənilmiş 63 manatın, hüquqi yardıma görə ödənilmiş 200 manatın, həmçinin 300 manat mənəvi ziyanın və məhkəmədə iddia qaldırılmasına görə ödənilmiş 31 manat 89 qəpik, cəmi 1188.4 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh və "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Əliyeva X4 Xətalar Məcəlləsinin 469.1-ci, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:00-da Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 469.1-ci, 327.1-ci maddəsinin tələblərini pozmuş və onun barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatın surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yola bitişik ərazidən Mircəlal küçəsinə çıxarkən ondan sol tərəfdən hərəkət edən (Mircəlal) naməlum avtomaşınla ona yol vermişdir. Lakin Mircəlal küçəsi ilə hərəkət edən Nissan markalı 24BH010 dövlət qeydiyyat nişanlı avtomaşın onun maşını vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Qarşı tərəf sürücü sərxoş vəziyyətdə deyildir. İş materiallarında olan "xxxx" MMC tərəfindən qüsur aktından görünür ki, “Nissan Sunny” markalı, 24BH010 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 625,40 manat hesablanmışdır. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” 3879 №-li müqavilənin surətindən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 200 manat haqq ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü il tarixli, 9/2685 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə “İdeal” motors tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Nissan Sunny” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 625,0 manat müəyyən edilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, “Chevrolet Cruze” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, 1G1BESSM5 BAN nömrəli, 2016-cı il buraxılışlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan N43119 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC-yə 63 manat servis haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə yol vərəqəsi ilə idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mircəlal küçəsi ilə hərəkətdə olan zaman yol hərəkət qaydalarını pozaraq hərəkət etmiş, X1 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Nissan Sunny” markalı, 24BH010 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Törədilmiş hadisə ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərar əsasında Cavabdeh 40 manat cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş Qüsur Aktına əsasən məlum olur ki, “Nissan Sunny” markalı, 24BH010 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 625,40 manat hesablanmışdır. Məhkəmə hesab edir ki, “Nissan Sunny” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər – 625 manat, ziyanın müəyyən edilməsi üçün ödənilmiş 63 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat pul vəsaiti iddiaçı tərəfindən ödənildiyindən və bu fakt iş materialları ilə təsdiq edildiyindən, Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğu üçün təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, “Chevrolet Cruze” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında Cavabdeh verildiyindən, iddia tələbi digər cavabdeh "xxxx" MMC-yə qarşı əsassız olduğu üçün təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 625 (altı yüz iyirmi beş) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat, ziyanın müəyyən edilməsi üçün ödənilmiş 63 (altmış üç) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti tutularaq, iddiaçı X3 ödənilsin pul vəsaiti və 31,89 (otuz bir manat səksən doqquz qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar