Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1164/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümu və bank xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** CD *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtonəqliyyat vasitəsi 20.02.2017-ci il tarixində "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 03 yanvar 2018-ci il tarixində Cavabdeh idarə etdiyi ** CD *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək X4 vurmuş, piyada aldığı xəsarətlərdən vəfat etmiş həmçinin X3 az ağır xəsarət almışdır. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron Rayon Məhkəməsi tərəfindən 1(012)- 221/2018 saylı, 10 iyul, 2018-ci il tarixli hökmü ilə Cavabdeh 4 (dörd) il, 5 (beş) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. "xxxx" ASC-nin 16.12.2019-cu il tarixli sığorta aktına əsasən, yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət almış X2 dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində X3 xəsarət almışdır. X1 xəsarət alması nəticəsində "xxxx" ASC tərəfindən ödənilmiş 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Odur ki, iddiaçı "xxxx" ASC göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirdi. Qeyd etdi ki, iddia tələbində göstərilən yol-nəqliyyat hadisəsi baş vermiş, barəsində hökm çıxarılmışdır. Hazırda cəza çəkir. Ödəniş etməyə imkanı yoxdur, lakin ödəniş etməkdən də boyun qaçırmır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 936.2. maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -16.12.2019-cu il tarixli sığorta aktının təsdiqlənmiş surətindən görünür ki, 03.01.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən sığortalı X2 dəymiş ziyana görə, 1500 (min beş yüz) manat ödənilmişdir. -13.12.2019-cu il tarixli Plastik kartların Təhvil-Təslim Aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 1500 manat sığorta ödənişinin alınması üçün **********428513 nömrəli plastik kart X2 təhvil verilmişdir. -Abşeron rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(012)-221/2018 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Cavabdeh təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1-1-ci maddəsinə əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Cavabdeh təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cii maddəsinə əsasən Cavabdeh 03 yanvar 2018-ci il tarixdən 10 iyul 2018-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 06 ay 07 gün müddət nəzərə alınaraq üzərində 2 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, iş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 67 manat pul vəsaiti məhkəmə məsrəfi kimi Cavabdeh tutulub dövlət nəfinə keçirilməsi, hökmün icrası Abşeron RPİ-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, ** CD *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtonəqliyyat vasitəsi 20.02.2017-ci il tarixində "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 03 yanvar 2018-ci il tarixində Cavabdeh idarə etdiyi ** CD *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək X4 vurmuş, piyada aldığı xəsarətlərdən vəfat etmiş həmçinin X3 az ağır xəsarət almışdır. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron Rayon Məhkəməsi tərəfindən 1(012)-221/2018 saylı, 10 iyul, 2018-ci il tarixli hökmü ilə Cavabdeh 4 (dörd) il, 5 (beş) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. "xxxx" ASC-nin 16.12.2019-cu il tarixli sığorta aktına əsasən, yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət almış X2 dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi zərərçəkənin kart hesabına köçürülmüşdür. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində X3 xəsarət almışdır. X1 xəsarət alması nəticəsində "xxxx" ASC tərəfindən ödənilmiş 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edən icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 63.1. maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də qanuna əsasən iddiaçının subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ əsaslıdır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh yol nəqliyyat hadisəni törətdikdən sonra hadisə yerini özbaşına tərk etmişdir ki, bu isə qanunvericiliyə uyğun olaraq iddiaçıya subroqasiya qaydasında cavabdehdən haqlı olaraq tələbetmə hüququ yaratmışdır. Eyni zamanda Sığorta aktından və Plastik kartların Təhvil-Təslim Aktından görünür ki, iddiaçı tərəfindən sığorta olunana 1500 manat sığorta haqqı ödənilmişdir. Hazırda isə iddiaçının həmin pulun subroqasiya qaydasında cavabdehdən tələb etməsi qanunvericiliyin tələblərinə uyğundur və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən sığortalıya ödənilmiş məbləğ, yəni 1500,00 (min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti, cəmi 1530,40 (min beş yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1500,00 (min beş yüz) manat ödənilmiş sığorta ödənişi və dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti, cəmi 1530,40 (min beş yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1164/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1164/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver