Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1247/2023 01.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 vəkili-nümayəndəsi X14 iştirakı ilə, X6 Cavabdeh, X8 və X4 qarşı əmlak bölgüsü tələbinə dair ilk, Cavabdehlər X9 və X3 qarşı pul tələbinə dair qarşılıqlı və İddiaçı Cavabdeh (Maraqlı şəxs) əmlakın alınması faktının tanınması barədə iddia ərizələrinə dair mülki işə 01 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Elnayə Eldar qızına, X8 və X4 qarşı əmlak bölgüsü tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş “VOLFSVAGEN PASSAT” MİNİK markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ZS BC 4** AC ***528 saylı X12 ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AD 400686 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “VOLFSVAGEN PASSAT” MİNİK markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin və Novxanı kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin aralarında bərabər bölünməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X9 və X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 7000 (yeddi min) manat avtomobili əldə etdiyi pulun və cavabdeh X2 20000 (iyirmi min) manat təmir pulunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, qarşılıqlı iddia tələbinin cavabdeh X2 20000 (iyirmi min) manat təmir pulunun tutulması hissəsindən imtina etdiyini, cavabdeh X9 dair hissədə baxılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh (Maraqlı şəxs) əmlakın alınması faktının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsinin pulunun mənim tərəfimdən ödənilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, hər iki iş üzrə tərəflər və mübahisə predmetləri arasında bağlılıq olduğu üçün məhkəmə işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırkı iş daha sonra icraata götürüldüyündən,hər iki mülki iş bir icraatda birləşdirilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 vəkili-nümayəndəsi X17 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 Cavabdeh, X8 və X4 qarşı əmlak bölgüsü tələbinə dair ilk, Cavabdehlər X9 və X3 qarşı pul tələbinə dair qarşılıqlı tələbinə dair mülki işlə İddiaçı Cavabdeh (Maraqlı şəxs) əmlakın alınması faktının tanınması barədə mülki iş bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1247/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1247/2023
01.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver