Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1270/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Sayli Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3, Maraqlı şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Sayli Ərazi Vergilər Baş İdarəsinin borclu hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Sayli Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 14827,55 manat, İşsizlikdən sığorta fonduna olan 691,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2860,09 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X5 barəsində (Doğulduğu tarix - 08 may 1975-ci il, Doğulduğu yer - Ermənistan, Qafan rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 40VN2EF, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 691,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 14827,55 manat, İcbari Tibbi Sığorta Fonduna 2860,09 manat olmaqla, ümumilikdə 18379,04 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********702400, xx.xx.2023-cü il tarixli **********528900 və xx.xx.2023-cü il tarixli **********939400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə3 ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsni xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizəyə etiraz edərək bildirdi ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il taixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat dəyərində siyahiya alınmış əmlakın Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırki tarixədək yaranmış borcdan Bələdiyyə tərəfindən ümumilikdə 10645 manat vəsait Dövlət Sosial Müdafiə Fondunun hesabına keçirilmişdir. Borcun vaxtında ödənilməməsinin səbəbi bələdiyyənin inzibati ərazisində vergi yığımının zəif olmasıdır. Belə ki, bələdiyyə ərazisində olan yaşayış evlərinin əksər hissəsinin sənədi olmadığına görə vergi yığımında müəyyən çətinliklər yaradır. Bu səbəbdən də Bələdiyyə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna borc yaranmışdır. Qeyd olunan borc Bələdiyyənin təqsirindən yaranmadığından ərizə rədd edilməlidir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli **********702400 saylı, xx.xx.2023-cü il tarixli **********528900 saylı və xx.xx.2023-cü il tarixli **********939400 saylı bildirişlərdən görünür ki, İşsizlikdən Sığorta Fonduna olan 691,4 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 14827,55 manat və İcbari Tibbi Sığorta Fonduna 2860,09 manat borcun 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə məlumat verilmişdir. Yazışmalar barədə hesabat iş materiallarına əlavə edilmişdir. - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Abşeron rayonu, Mehdiabad Bələdiyyəsi vergi ödəyicisi kimi ********** saylı VÖEN-lə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Sayli Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Hüquqi şəxsin rəhbəri X4r. - 13 iyul 2023-cü il və 16 noyabr 2023-cü il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Abşeron rayonu, Mehdiabad Bələdiyyəsi tərəfindən Dövlər büdcəsinə ümumilikdə 6620 manat vəsait köşürülmüşdür. Azərbaycan Respublikası MPM-nin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi Abşeron rayonu, X1 Sığorta Fonduna olan 691,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 14827,55 manat və İcbari Tibbi Sığorta Fonduna 2860,09 manat borcu yaranmış, bu borcun 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********702400 saylı, xx.xx.2023-cü il tarixli **********528900 saylı və xx.xx.2023-cü il tarixli **********939400 saylı bildirişlər göndərilmişdir. Lakin iş materiallarından görünür ki, qeyd edilən borc tam olaraq büdcəyə ödənilməmiş, bununla da İdarənin borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Bələdiyyənin yaranmış borcu vaxtında ödəməməsi kimi qeyd etdiyi dəlil əsassızdır. Bundan başqa, təqdim edilmiş ödəmə tapşırıqlarında ödənilən vəsaitin təyinatı məlum deyildir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 may 1975-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda doğulmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan vergi ödəyicisi Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin sədri X3 (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – 40VN2EF, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) dövlət büdcəsinə olan ümumilikdə 18379,04 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 14827,55 manat, İşsizlikdən sığorta fonduna olan 691,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2860,09 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1270/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1270/2024
02.02.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver