Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1276/2024 12.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Cavabdeh “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyaya qarşı “qəyyumluq rəyinin etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyaya qarşı “qəyyumluq rəyinin etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında YYÇİHMK-nın xx.xx.2023-cü il tarixli 5-29/1- 1441/2023 saylı rəyinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, Elekron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında (hakim Məlahət Abbasova) iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment” tələbinə dair 2(012)-2339/2023 saylı mülki iş vardır. Qeyd olunan mülki işlə bağlı Cavabdeh YYÇİHM Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 5-29/1-1441/2023 saylı rəy verilmişdir. Eyni zamanda rəyin verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli baxış aktı tərtib edilmişdir. Göründüyü kimi hazırki iddia ərizəsində irəli sürülən tələb Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment” tələbinə dair mülki işin araşdırılması ilə bağlı olan məsələdir. Belə olan halda iddiaçının Cavabdeh YYÇİHM Komissiyası tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 5-29/1-1441/2023 saylı rəylə bağlı etirazı varsa bunu ayrıca iddia tələbi olaraq məhkəməyə iddia ərizəsi verməklə deyil, faktiki olaraq icraatda olan işin məhkəmədə baxılması zamanı öz prosessual hüquqlarından istifadə etmək yolu ilə həll etməlidir. Həmçinin qeyd olunan 2(012)-2339/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixdə yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin tələbindən də, göründüyü kimi iddiaçı Qarayev X3 Rayon Məhkəməsinin icraatında cavabdeh kimi tərəf olduğu mülki işlə bağlı prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan istifadə edə bilər. Belə olduqda İddiaçı Cavabdeh “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyaya qarşı “qəyyumluq rəyinin etibarsız hesab edilməsi ” tələbinə dair işə məhkəmə qaydasında baxılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinın iddianın yolverilməzliyi ilə əlaqədar imtina edildiyindən, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.2 və 153cü maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyaya qarşı “qəyyumluq rəyinin etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya Abşeron Rayon Məhkəməsinin icraatında olmuş (hakim Məlahət Abbasova) iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment” tələbinə dair 2(012)-2339/2023 saylı mülki üzrə qəbul edilmiş yekün məhkəmə aktı üzrə prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlarının olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1276/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1276/2024
12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver