Məhkəmə qərarları › İş №e-2(012)-1431/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1431/2021

18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1431/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı «uşaqların ata yanında qalması» tələbinə dair ilkin iddia və Cavabdeh İddiaçı qarşı «uşağın ana yanında qalması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 11 noyabr 2008-ci il təvəllüdlü X1 və 08 dekabr 2011-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikahlarından doğulmuş 11 noyabr 2008-ci il təvəllüdlü X1 İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hal-hazırda tərəflər-İddiaçı və Cavabdeh 18 iyun 2021-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı və Cavabdeh aşağıdakı şərtlərlə razılaşırlar. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qızma qarşı “uşaq” tələbinə dair iddiasından imtina edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaq” tələbinə dair iddiasından imtina edir. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş övladları X4 və X6 hər ayın 1-ci və 3-cü həftəsinin 1,2, 5,6 və bazar günləri, 2-ci və 4-cü həftəsinin 3 və 4-cü günləri anaları Cavabdeh himayəsində və yanında saxlanılsın. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş övladları X5 və X6 hər ayın 2-ci və 4-cü həftəsinin 1,2, 5, 6 və bazar günləri, 1-ci və 3-cü həftəsinin 3-cü və 4-cü günləri ataları İddiaçı himayəsində və yanında saxlanılsın. Tərəflər uşaqların saxlanılması ilə bağlı bir birlərinə qarşı aliment tələblərinin olmayacağı barədə öhdəlik götürürlər. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilir. X12 imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. Barışıq sazişi məhkəmədə təsdiq edilir. X12 üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda tərəflər barışıq sazişinin şərtlərinə əməl edilməsi üçün Barışıq Sazişinin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. Bu sazişin bir nüsxəsi Cavabdeh, bir nüsxəsi İddiaçı saxlanılmaqla, bir nüsxəsi Abşeron Rayon Məhkəməsinə təqdim edilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bağlanmış 18 iyun 2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının Cavabdeh qarşı «uşaqların ata yanında qalması» tələbinə dair ilkin iddia və Cavabdeh İddiaçı qarşı «uşağın ana yanında qalması» tələbinə dair qarşılıqlı iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış 18 iyun 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “uşaq” tələbinə dair iddiasından imtina edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “uşaq” tələbinə dair iddiasından imtina edir. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş övladları X4 və X6 hər ayın 1-ci və 3-cü həftəsinin 1,2, 5,6 və bazar günləri, 2-ci və 4-cü həftəsinin 3 və 4-cü günləri anaları Cavabdeh himayəsində və yanında saxlanılsın. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş övladları X5 və X6 hər ayın 2-ci və 4-cü həftəsinin 1,2, 5, 6 və bazar günləri, 1-ci və 3-cü həftəsinin 3-cü və 4-cü günləri ataları İddiaçı himayəsində və yanında saxlanılsın. Tərəflər uşaqların saxlanılması ilə bağlı bir birlərinə qarşı aliment tələblərinin olmayacağı barədə öhdəlik götürürlər. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilir. X12 imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. X12 üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda tərəflər barışıq sazişinin şərtlərinə əməl edilməsi üçün Barışıq Sazişinin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. Bu sazişin bir nüsxəsi Cavabdeh, bir nüsxəsi İddiaçı saxlanılmaqla, bir nüsxəsi Abşeron Rayon Məhkəməsinə təqdim edilir. İddiaçının Cavabdeh qarşı «uşaqların ata yanında qalması» tələbinə dair ilkin iddia və Cavabdeh İddiaçı qarşı «uşağın ana yanında qalması» tələbinə dair qarşılıqlı iddiası ilə əlaqədar 2(012)-1431/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar