Məhkəmə qərarları › İş №e-2(012)-1498/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1498/2021

22.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1498/2021 22.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı Məhərrəm oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı dövlət yol polisinin əməkdaşlarının hərəkətlərindən şikayətə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Məhərrəm oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı dövlət yol polisinin əməkdaşlarının hərəkətlərindən şikayətə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki,iddiaçı yol polisinin onun barəsəində tətbiq etdiyi cərimə ilə razılaşmayıb, onun hərəkətini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də,hesab edirəm ki, iddiaçı İddiaçı Məhərrəm oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı dövlət yol polisinin əməkdaşlarının hərəkətlərindən şikayətə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya inzibati qaydada şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 153.2.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Hüseynzadə Tural Məhəmmədəli oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı dövlət yol polisinin əməkdaşlarının hərəkətlərindən şikayətə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya inzibati qaydada şikayət vermək hüququ izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar