Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-16/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və nümayəndəsi Nümayəndə2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququna müdaxilənin, tikilinin mühafizə zonasından uzaqlaşdırılması, tikilinin sökülməsi, tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı mülkiyyət hüququna müdaxilənin, tikilinin mühafizə zonasından uzaqlaşdırılması, tikilinin sökülməsi, tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron ayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi və mülkiyyət hüququna müdaxilənin-tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə X2 ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsi almışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon notariusu Ramiz Hümmətov tərəfindən təsdiq olunmuşdur. Həmin alqısatqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı yaşayış məntəqələrinin torpaqlarına aid olduğuna görə həmin torpaqda tikinti normalarına uyğun olaraq yaşayış sahəsi tikmək istəmişdir. Lakin bir müddətdən sonra Cavabdeh ASC tərəfindən torpaq sahəsinin yaxınlığında “Zabrat” yarımstansiyası elektrik verilişi xətləri tikilmişdir. Buna görə də torpaq sahəsində yaşayış sahəsi tikmək mümkün olmamışdır. Bu fakt Cavabdeh ASC tərəfindən də təsdiq olunmuşdur. Belə ki, Cavabdeh ASC-dən göndərilən xx.xx.2014-cü il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 635 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqram” çərçivəsində 220 kV-luq “Zabrat” yarımstansiyasının və 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sənaye Qovşağı YS, Sumqayıt ES” elektrik verilişi xətlərinin layihə əsasında tikintisi işləri planlaşdırılmışdır. 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli bələdiyyəsi ərazisində 5.15 ha torpaq sahəsinin Cavabdeh ASC-nin mülkiyyətinə ayrılması barədə 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı alınmış, 220 kV- luq hava xətlərinin trassası rayon icra hakimiyyətləri, respublikanın digər müvafiq orqanları ilə razılaşdırılmışdır. Həmin dövrdə yarımstansiyanın tikintisi üçün ayrılmış ərazinin ətrafında hava xəttinin tikintisi üçün müəyyənləşdirilmiş trassada heç bir tikili olmamışdır. Lakin sonradan qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq, 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisi üçün ayrılmış sahəyə bitişik ərazilərin, yarımstansiyaya birləşdirilən 220-110 kV-luq hava xətləri üçün nəzərdə tutulmuş koridorun vətəndaşların xüsusi mülkiyyətinə ayrılmasına başlanılmışdır. “Sorğunuzla bağlı bildiririk ki, torpaq sahəniz yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir. Torpaq sahəsindən yaşayış evinin tikintisi və göstərilən məqsədlər üçün istifadə edilməsi mövcud texniki normativ sənədlərin tələblərinə ziddir.” Cavabdeh ASC xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktubları ilə mübahisəli torpaq sahəsinin 220 kV-luq “Zabrat” yarımstansiyasının divarına yaxın məsafədə 220 kV-luq 1.2-ci “Zabrat” elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi qeyd olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən elektrik şəbəkələrinin mühafizəsi zolağında tikinti işləri aparılması qadağandır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.5-ci bəndinə əsasən istehlakçı "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları"na və "Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. O cümlədən elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti aparılarkən “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əməl olunmalıdır. Göründüyü kimi hazırda çıxarışla iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsi Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisindən 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı ilə Cavabdeh ASC-nin mülkiyyətinə ayrılmış ərazidə tikilmiş yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir. Abşeron rayon Məhkəməsinin e- 2(012)-2734/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, iddia tələbinin təmin olunmasının hüquqi əsası kimi “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Mülki Məcəllənin 157.9-cu maddəsinə və Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun iddia ərizəsində göstərdiyi müvafiq maddələrinə istinad etmiş, lakin məhkəmə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərdiyi hallar işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən hazırki vəziyyətdə iddia təmin oluna bilməz. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı adına qeydiyyata alınmış ünvan 1i ünvanda yerləşən 0.06 ha ölçülü torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ayrılmış torpaq sahəsinin perimetri boyunca xəttin mühafizə zolağında yeləşməsinə baxmayaraq, 0.06 ha torpaq sahəsi tam olaraq iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan 0.06 ha torpaq sahəsi üzərində iddiaçı özünün mülkiyyət hüququnu saxlamaqla kompensasiya tələb etməsini məhkəmə iddiaçının istinad etdiyi hüquq normaları ilə uzlaşmadığı qənaətinə gəldiyindən iddianın təmin olunmasını mümkün hesab etmir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququna müdaxilə vardır. O, cavabdehin qanunsuz hərəkətləri ucbatından tikinti apara bilmədiyi, sərbəst surətdə mülkiyyətindən istifadə edə bilmədiyi üçün mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, təcili surətdə onun mülkiyyət hüququna müdaxilə aradan qaldırılmalıdır. Bununla da iddiaçının mülkiyyət hüququ Cavabdeh ASC və digər cavabdehlər tərəfindən pozulmuşdur. İddiaçı torpaq sahəsini müqavilə ilə alan zaman torpaq sahəsi elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşmirdi. İkincisi, qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq torpaq sahəsi ayrılmışdırsa, bu zaman cavabdeh buna yol verməməli idi. Çünki həmin ərazinin cavabdeh "Azərenerji” ASC-nin mülkiyyətinə ayrılması barədə 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı var idisə, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata alnmasına mane olmalı idi. Digər tərəfdən isə "Azərenerji” ASC də həmin ərazi üzərində yüklülüyün qoyulması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli idi. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddiaçının vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zonasının ölçüsü hüdudlarından kənarlaşdırılması, həmin hissədə cavabdeh hesabına yarımstansiyanın sökülməsi və mülkiyyət hüququna müdaxilənin tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən xx.xx.2012-ci tarixdə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, onun mülkiyyətində olan ünvan 1ində yerləşən torpaq sahəsində tikinti apara bilmir. Belə ki, Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixdə ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, onun torpaq sahəsi 220 kV-luq “Zabrat” yarımstansiyasının çıxış hava xəttinin altında yerləşir və bu səbəbdən də həmin torpaq sahəsində yaşayış evinin tikintisi mövcud texniki normativ sənədlərin tələblərinə ziddir. Belə olan halda o, hazırda mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilənlərlə əlaqədar olaraq ilk öncə məhkəmənin nəzərinə çatdırılır ki, Məmmədli kəndi ərazisində ümumilikdə 5.15 hektar torpaq sahəsinə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 04 №-li qərarı ilə yarımstansiya tikilməsi məqsədilə Cavabdeh ASC-yə satılmışdır. Bələdiyyənin qeyd olunan qərarı əsasında 27 oktyabr 2004-cü ildə JN-0716, KOD 30800108 saylı "xxxx" alınmışdır. Bundan sonra həmin ərazidə tikiləcək yarımstansiyanın eskizi 2005-ci ildə Məmmədli Bələdiyyəsinə təqdim edilmişdir. Daha sonra isə həmin torpaq sahəsində 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisinə başlanılmış və 2013cü ildə tikinti başa çatdırılaraq yarımstansiya istismara qəbul olunmuşdur. 2015-ci ildə isə ƏMDK yanında BERX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin yarımstansiya ilə bağlı "xxxx" ASC “X7 Şəbəkəsi” MMC-yə texniki pasport Cavabdeh ASC tərəfindən 27 oktyabr 2004-cü ildə JN-0716, KOD 30800108 saylı "xxxx" alındıqdan bir müddət sonra ASC tərəfindən müəyyən olunmuşdur ki, bələdiyyə tərəfindən ASC-yə satılan torpaq sahəsi və həmin torpaq sahəsinin ətrafındakı ərazilər sonradan Məmmədli Bələdiyyəsi tərəfindən başqa vətəndaşlara da satılmışdır. Bununla bağlı Cavabdeh ASC “X6 Elektrik Şəbəkəsi” MMC tərəfindən 2006-cı ilin fevral ayından etibarən Abşeron rayonu Məmmədli Bələdiyyəsinə, Abşeron rayon İcra Hakimiyyəti başçısına, Bakı şəhər İcra Hakimiyyəti başçısına davamlı daraq dəfələrlə müraciətlər edilərək bildirilmişdir ki, ayrılmış torpaq sahəsində tikiləcək yarımstansiyaya 4 ədəd hava xətti daxil olacaq və 11 ədəd hava xətti çıxacaqdır. Belə bir şəraitdə ayrılmış torpaq sahəsinin perimetri boyunca və mühafizə zonasında ayrı-ayrı şəxslərə bələdiyyə tərəfindən yaşayış binalarının inşası üçün torpaq sahəsi satması, həmin xətlərin altında aparılacaq hər hansı bir tikinti, yarımstansiyanın tikilməsinə imkan yaratmamaqla yanaşı zələcəkdə istismar üçün normal şəraitin olmamasına və bədbəxt hadisələrin baş verməsinə zəmin yaradacaqdır. Bu səbəbdən də aidiyyəti qurumlardan AR NK-nin xx.xx.2005-ci il tarixli 103 saylı qərarının tələblərinə əməl olunması, NK-nin qevd olunan qərarına əsasən mühafizə zonasına düşən torpaqların vətəndaşlara satılmaması, satılmış torpaqların əvəzləşdirilməsi və tikinti işlərinin sarılmasının dayandırılması xahiş olunmuşdur. Lakin çoxsaylı müraciətlərə baxmayaraq qeyd olunan məsələ ilə bağlı hər hansı bir nəticə əldə etmək mümkün olmamışdır. Daha sonra, Bələdiyyə tərəfindən təkrarən başqa vətəndaşlara da satılmış torpaq sahələrinin əvəzləşdirilməsi məsələsinə baxılması üçün Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Baş Nazirinə müraciət olunmuşdur. Həmin məktub Baş Nazirin Birinci Müavini tərəfindən xx.xx.2018-ci il tarixli məktubla icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Baş Nazirin Birinci Müavini tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məktuba Abşeron nyon İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli məktubla cavab vermiş və dirmişdir ki, 220 kV-luq Zabrat yarımstansiyasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. Həmin məktuba həyətyanı torpaq sahələri əvəz olunmuş vətəndaşların adlı siyahısı da əlavə edilmişdir. Lakin vətəndaşlara satılmış və mühafizə zonasına düşən torpaq sahələri bizə məlum olmayan səbəblərdən aidiyyəti qurumular ərəfindən əvəzləşdirilməmişdir. Məlum olur ki, hazırki iş üzrə iddiaçıya satılmış və mühafizə zonasında yerləşən torpaq sahəsi aidiyyəti qurumlar tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla xüsusi mülkiyyətə verilmişdir. Belə olan halda isə həmin qurumların təqsiri nəticəsində yaranmış hazırki vəziyyətə görə Cavabdeh ASC məsuliyyət daşıya bilməz. Digər tərəfdən iddiaçı iddia tələbində ünvan 1ində yerləşən ölçusu 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarından kənarlaşdırılması, həmin hissədə cavabdeh hesabına yarımstansiyanın sökülməsi və mülkiyyət hüququna müdaxilənin - tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Bununla bağlı bildirilir ki, qeyd olunan yarımstansiya Cavabdeh ASC-nin öz mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Belə olan halda da yarımstansiyanın sökülməsi tələbi tamamilə əsassızdır. Digər tərəfdən iddia tələbində tikintiyə maneçiliyin və digər hərəkətlərin qaradağan olunması xahiş olunsa da, həmin maneçiliyin və hərəkətlərin nədən ibarət olması göstərilməmişdir. İlkin olaraq bildirir ki, fərdi yaşayış evinin tikintisinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikintisinin tələblərinə əsasən Cavabdeh ASC deyil, müvafiq icra hakimiyyəti orqanı verir. Digər tərəfdən, torpaq sahəsi "Azərenerji” ASC-nin mülkiyyətinə 2004-cü ildə, iddiaçının mülkiyyətinə isə 2011-ci ildə ayrılmışdır. Həmçinin Cavabdeh ASC tərəfindən vətəndaşa yalnız bildiriş göndərilmiş və qeyd olunmuşdur ki, onun tikinti aparmaq istədiyi torpaq sahəsi yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin ərazidə tikinti işləri aparmaq qadağandır. Belə olan halda iddiaçının mülkiyyət hüquqlarının Cavabdeh ASC tərəfindən pozulmasından söhbət gedə bilməz. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia tələbləri tamamilə əsassızdır və rədd olunmalıdır. Həmçinin məlumat üçün bildirirəm ki, daha öncə də hazırki iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh ASC-dən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Maliyyə Nazirliyindən və Abşeron rayonu Məmmədli Bələdiyyəsindən müştərək qaydada 65200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsassız olduğundan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(012)-2734/2021 saylı qətnaməsi ilə rədd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, mülki iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2011-ci il tarixli torpaq alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X5 adından çıxış edən X1 rayonu, Məmmədli kəndində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsini alıcı İddiaçı satmağı, alıcı isə bunun müqabilində satıcıya 11775 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 228 saylı reyestr kitabının 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Torpağa mülkiyyət hüququna dair Kod: 30800108 JN-716 saylı dövlət aktından görünür ki, Cavabdeh ASC-yə Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarı ilə satılmış 5.15 ha torpaq sahəsi “Bakı-İİİ” yarımstansiyasının tikintisi üçün ayrılmışdır. -4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********88- 12101 reyestr nömrəli, 1729 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1ində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi "xxxx" ASC “X7 Şəbəkəsi” MMCnin mülkiyyətinə verilmişdir. -Cavabdeh ASC-nin Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli, xx/xx/1322 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 635 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Şimal elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin ötürülməsi üçün “Zabrat 220 kV-luq yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5.15 ha torpaq sahəsi ayrılmışdır və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN-716 nömrəli dövlət aktı alınmışdır. Yarımstansiyanın tikintisi üçün büdcədən vəsaitlərin ayrılması mərhələləri üzrə yarımstansiya tikilmiş və torpağın xx.xx.2015-ci il tarixdə yerdə vəziyyətinə görə 0.06 ha az torpaq sahəsi olmaqla, faktiki 5.0921.3 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına texniki pasport verilmişdir. Cavabdeh ASCyə torpaq sahəsinin örüş sahəsindən ayrılmasına baxmayaraq, sonradan həmin ərazidəki torpaq sahəsinin təyinatı perspektiv inkişaf üçün yararlı torpaq kateqoriyasına dəyişdirilmiş və Məmmədli bələdiyyəsi tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara satılmışdır. Cavabdeh ASC yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək xx.xx.2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Vətəndaşlar yarımstansiyanın torpaq sahəsi ilə üstüstə düşən torpaq sahələrinin boşaldılması, torpaq sahələrinin əvvəlki vəziyyətinə geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət edirlər. Məhkəmələrdə yarımstansiyanın tikintisi üçün torpaq sahəsinin Cavabdeh ASC-yə 2004cü ildə kəndin örüş sahəsindən ayrılması, vətəndaşlara isə sonradan istinad nöqtəsi düzgün seçilmədən torpaqların ayrılması bildirilərək hüquqi müdafiənin təşkili təmin edilir, lakin vətəndaşlarda mülkiyyət əsasında onlara ayrılmış torpaq sahələrinə dair reyestrdən çıxarışlar mövcuddur. Bu da məhkəmənin müxtəlif nəticəli qərarlar qəbul etməsi ilə nəticələnir və hazırda, ərazinin boşaldılması barədə icraya yönəldilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Yuxarıda göstərilənləri nəzərə çatdıraraq, 220 kV-luq “Zabrat” yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti və Məmmədli Bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. -Abşeron Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli, X/694 saylı məktubdan görünür ki, 220 kV-İuq Zabrat yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9569 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 02.11,2024cü il tarixli, 3-21-3-32/2-16436/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh ASC-yə ayrılmış 220 kV-luq “Bakı-lll” (Zabrat) yarımstansiyası “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” “Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.012-ci il tarixli, 695 nömrəli Fərmanının 1.6.21 -ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 531 nömrəli qərarı ilə təstiq edilmiş təhlükə potensiallı yüksək gərginlikli elektrik xətləri və qurğularının yerləşdiyi ərazidə yerləşir. Həmin ərazinin mühafizə zonası ilə bağlı Cavabdeh ASC-yə müraciət olunması məqsədəmüvafiqdir. Mütəxəssis rəyinə əsasən, **********458 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.0506 ha hissəsi 220 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. -Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə alınmışdır. Sözügedən torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarış əsasında, 228 saylı reyestr kitabının 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətlərinin keçirildiyini və bu halın onun mülkiyyət hüququnu məhdudlaşdırdığını iddia edərək həmin elektrik xətlərinin cavabdeh tərəfindən götürülməsini, həmçinin, mühafizə zonasından kənarda quraşdırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinin İ hissəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 56-cı maddənin İİ hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 86-cı maddənin V hissəsinə əsasən, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mühafizə zonaları “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına, o cümlədən “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinə əsasən müəyyən edilir. Belə ki, həmin Qərara əsasən, mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci bəndinə əsasən, enerjinin istehsalı, ötürülməsi və paylanması ilə əlaqədar fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla xüsusi icazə əsasında həyata keçirilir. 6-cı bəndinə əsasən, elektrik enerjisi istehsal edən, ötürən və paylayan yüksək gərginlikli qurğular qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla əvvəlcədən xüsusi icazə olmadan tikilə və işlədilə bilməz. 9-cu bəndinə əsasən, müəyyən rayon (ərazi) hüdudunda elektrik və istilik enerjisi qurğusunun tikintisi, istismarı və enerji təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir və ya bir neçə hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə əsasında həyata keçirilir. Beləliklə, mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il tarixli torpaq alqı-satqısı müqaviləsi ilə ünvan 1ində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsini alıcı İddiaçı satılmış, alıcı alqı-satqı müqaviləsi əsasında mülkiyyətə dair xx.xx.2012-ci il tarixdə çıxarış əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli texniki pasportdan göründüyü kimi Abşeron rayonu Məmmədli kəndində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi Cavabdeh ASC “X7 Şəbəkəsi” MMC-nin mülkiyyətinə verilmiş və həmin ərazidə obyektin tikintisinə başlanılmışdır. Mülki iş üzrə torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin keçdiyi mühafizə zonasına düşməsini müəyyən etmək üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9569 saylı rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşdüyü, eyni zamanda, həmin torpaq sahəsinin bütövlükdə Cavabdeh ASC tərəfindən çəkilmiş 220 kV-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qəbul edərək qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunduğu kimi iddiaçı tərəfindən sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra xx.xx.2015-ci il tarixli texniki pasporta əsasən, Cavabdeh ASC 2015-ci ildə həmin ərazidə “Zabrat” yarımstansiyasının tikintisinə başlamışdır. Göründüyü kimi iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra cavabdeh şirkət tərəfindən həmin ərazidə yarımstansiyanın tikintisinə başlanılmış, iddiaçıya məxsus əmlak ilə yarımstansiya arasında qanunla nəzərdə tutulmuş ara məsafəsini gözləmək cavabdehin üzərinə düşmüş, lakin cavabdeh buna əməl etməyərək iddiaçının qanun ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, strateji əhəmiyyətli, geniş əhalini elektrik enerjisi ilə təmin edən yarımstansiyanın tikintisi üçün təhlükəsizlik qaydalarının müəyyən edilməsi, mülkiyyətdə olan torpaqlarla mühafizə zonasına düşən ara məsafəsinin müəyyən edilməsi cavabdehin vəzifəsidir, lakin bunlara cavabdeh tərəfindən əməl etməmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, həmin hüquq məhdudlaşdırıla bilməz. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpaq ərazisində qanunla nəzərdə tutulmuş tikililər inşa etmək hüququnda sərbəsdir, ona hər hansı maneə yaratmaq yolverilməzdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsində iddiaçının mülkiyyət hüququna müdaxilə-tikintiyə maneçilik Cavabdeh ASC-yə qadağan edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obytekt dövlət mənafeləri üçün strateji əhəmiyyətli obyekt hesab olunduğundan, həmin obyektin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obyekt söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh kompensasiya verilməsi yolu ilə qarşılıqlı razılıq əsasında mühafizə zonasına düşən torpaq sahəsini mülkiyyətçidən almaq hüququ vardır və o bu hüquqdan istifadə edə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obytekt dövlət mənafeləri üçün strateji əhəmiyyətli yarımstansiya hesab olunduğundan, həmin yarımstansiya yarımstansiya sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş yarımstansiya söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti isə cavabdehə aid edilməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 1ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsində iddiaçının mülkiyyət hüququna müdaxilə, tikintiyə maneçilik Cavabdeh ASC-yə qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-16/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-16/2025
05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver