Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-184/2022 18.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 118,30 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, onun istifadə hüququna xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 10 (on) manat dövlət rüsümunun cavabeh Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli 2(012)-3640/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 qarşı Girovlu istehlak krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh4 15494,12 ABŞ dolları məbləğində əsas borc, 4687,19 ABŞ dolları məbləğində faiz, 37,80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20219,11 ABŞ dolları borc kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə, 30 (otuz manat) AZN məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi, X2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 118,3 kv.m. yaşayış sahəsi 75,8 kv.m. yardımçı sahəsi 42,5 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 “Bank VTB (Azərbaycan” ASC-yə olan cəmi 20219,11 ABŞ dolları, 30 (otuz manat) AZN məbləğində dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 44000 (qırx dörd min manat) AZN müəyyən edilməsi, “Bank VTB (Azərbaycan” ASC-yə ödənilməli olan kredit borcu, xidmət haqqı və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(105)-2431/2018 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-3640/2017 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin 09 mart 2021-ci il tarixli YP № 87 saylı “Satış Protokolu”na əsasən hərracın qalibi (alıcı) İddiaçı ASC olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 118,30 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, borclu Cavabdeh4 məxsus olmuş ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 118,30 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən tutma həmin əmlaka yönəldilmiş, həmin əmlak açıq hərracdan satılmış, hərracın qalibi (alıcısı) Bank olmuş və onun mülkiyyət hüququ dövlət qeydiyyat orqanında qeydə alınmışdır. Cavabdeh4 məxsus olmuş ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 118,30 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi açıq hərracdan Banka satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 (bir) ay müddətində boşaltmaq vəzifəsi yaranmışdır. Lakin Cavabdeh4 üzərinə düşən vəzifələri icra etməmiş və qeyd olunan yaşayış sahəsindən çıxmamışdır. Buna görə də cavabdehin hərəkətsizliyi üzündən hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmənin elektron sisteminə ərizə göndərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir, iddianı müdafiə edirlər. İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118.30 kv.m olan əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: Abşeron Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli 2(012)-3640/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 qarşı Girovlu istehlak krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh4 15494,12 ABŞ dolları məbləğində əsas borc, 4687,19 ABŞ dolları məbləğində faiz, 37,80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20219,11 ABŞ dolları borc kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə, 30 (otuz manat) AZN məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi, X2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 118,3 kv.m. yaşayış sahəsi 75,8 kv.m. yardımçı sahəsi 42,5 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 “Bank VTB (Azərbaycan” ASCyə olan cəmi 20219,11 ABŞ dolları, 30 (otuz manat) AZN məbləğində dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 44000 (qırx dörd min manat) AZN müəyyən edilməsi, “Bank VTB (Azərbaycan” ASC-yə ödənilməli olan kredit borcu, xidmət haqqı və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(105)-2431/2018 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-3640/2017 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(105)-452/2013 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2012-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin borcun X3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi, yəni, dəyirmana yönəldilməsi, həmin dəyirmanın satışı nəticəsində əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin rədd olunmasına dair hissədə ləğv edilməsi, iddia həmin hissədə təmin edilməklə 190087 (yüz doxsan min səksən yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində borc X3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə, yəni dəyirmana yönəldilməsi və onun açıq hərracdan satışı nəticəsində əldə olunmuş vəsaitin hesabına İddiaçı ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “X1 Mərkəzi” MMC-nin Hərrac Təşkilatının xx.xx.2021-ci il tarixli YP № 87 Hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, Cavabdeh4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ü/s 118.3 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 28050 manat İddiaçı ASC tərəfindən alınmışdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı ASC ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 118,30 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ İddiaçı ASC-yə keçmiş, lakin buna baxmayaraq fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə edilməsinə baxmayaraq cavabdeh və onun ailə üzvləri oradan çıxmırlar. Bununla da İddiaçı ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğundan, cavabdeh və onun ailə üzvlərinin həmin evdən çıxamaması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslıdır və iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 118,30 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, onun istifadə hüququna xitam verilməli, yaşayış sahəsi boşaldılmalı, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 118,30 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsınlar, onların həmin evə olan istifadə hüququna xitam verilsin, yaşayış sahəsi boşaldılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh4 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-184/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-184/2022
18.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver