Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-186/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3 və "xxxx" MMC-nin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 130 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.24 kv.m olan, 2 otaqlı, 45 saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 3- cü blokun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.24 kv.m olan, 2 otaqlı, 45 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, mülki işlə bağlı qarşılıqlı razılıq əsasında (Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında, yəni zərərçəkmiş şəxs kimi daha öncə mənzil götürdüyü, lakin təhvil ala bilmədiyi binada eyni ölçülü mənzillə təmin olunmuşdur) işin məhmədənkənar həlli ilə əlaqədar iddia tələbinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə təqdim etdiyi işin baxılmamış saxlanmasına dair ərizəsini iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 müdafiə etdiyini bildirdi, işin baxılmamış saxlanılmasını və iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3 və Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi X2 izahatında bildirdi ki, o, hazırki mülki işin baxılmamış saxlanılmasına etiraz etmirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh şirkətin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov