Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1868/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürmə» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10, 47 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilmələrinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi, onun cavabdeh İddiaçı Qennadieyviçə məxsus ünvan 1 ünvanındakı mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10 ünvanında yerləşən 47 saylı mənzil İddiaçı mərhum anasına məxsus olmuşdur. Sözügedən mənzil xx.xx.2005-ci il tarixli, 11548 nömrəli qeydiyyat vəsiqəsi əsasında İddiaçı mərhum anasından miras olaraq adına keçmişdir. AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10-da yerləşən, ümumi sahəsi 37 kv.m, 1 otaqdan ibarət olan 47 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh2 İddiaçı keçmiş həyat yoldaşı, Cavabdeh1 isə İddiaçı qızıdır. Belə ki, Oleq Gennadiyeviç Cavabdeh2 ilə 1998-ci ildə faktiki, xx.xx.1999-cu il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 adlı bir övladı vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4021/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Mənzil 1 otaqdan ibarət olduğu üçün İddiaçı Cavabdeh2 ilə evləndikdən sonra bir neçə ay Xırdalan şəhərində yaşasalar da sonradan anasına məxsus ünvan 2 ünvanına köçmüşdürlər. İddiaçı mütəmadi yaşamasa da əksər vaxt orada yaşamışdır. İddiaçının anasının vəfatına qədər cavabdehlər mənzilə qeydiyyata düşməmişdirlər. Çünki iddiaçının mərhum anası cavabdehləri qeydiyyata salmaq istəməmişdir. İddiaçı qızı Cavabdeh1 2005-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda 1-ci sinfə daxil olmuş və 2016-cı ildə 11-ci sinifi də orada bitirmişdir. Faktiki olaraq 20 ildən çoxdur ki, cavabdehlərin İddiaçı mülkiyyətində olan mənzil ilə heç bir əlaqələri yoxdur. Belə ki, uzun illərdir, sözügedən mənzil kirayə verilmişdir. Əvvəlki kirayənişinlər çıxdıqdan sonra 2018-ci ildən 2025-ci ilin yanvar ayına qədər kirayəşin kimi Ədilə xanım adlı şəxs qızı və nəvəsi ilə birlikdə yaşamışdır. İddiaçı 2019-cu ildən Azərbaycan Respublikasını tərk etmişdir və bütün bu müddət ərzində də 21000 manata yaxın kirayə pulunu Cavabdeh2 almışdır. Hazırda isə sözügedən mənzil bağlıdır və orada yaşayan yoxdur. Cavabdehlər 2007-ci ildən həmin mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar və onların pasport qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlər mənzilə dair heç bir hüquq və vəzifə yerinə yetirmir, onların mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılmalarına dair müvafiq orqanlara müraciət etsə də bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirmişdirlər. Ona görə də İddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ümumiyyətlə, hesab edirlər ki, cavabdehlərdən Cavabdeh2 mənzildən istifadə hüququ mübahisəlidir və hazırki qanunvericiliyin tələbinə görə onun İddiaçı mülkiyyətində olan mənzildə istifadə hüququnun saxlanması yolverilməzdir. Digər cavabdeh olan iddiaçının qızı Cavabdeh1 gəldikdə isə o, faktiki olaraq iddiaçının mülkiyyətində olan mənzildə, ümumiyyətlə, heç vaxt yaşamamışdır. Cavabdehlərdən hər ikisinin qeydiyyatı da formal xarakter daşıyır. Abşeron 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediasiya təşkilatından xx.xx.2025-ci il tarixli imtina məktubu almışdır. Qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində göstərir ki, guya o, mübahisəli mənzildə anası ilə yaşamış, sonradan müvəqqəti olaraq ünvan 3-də yaşamışdır. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi Cavabdeh1, ümumiyyətlə, atası İddiaçı mülkiyyətində olan mənzildə yaşamamışdır. Belə ki, Cavabdeh1 Bakı şəhərində doğulmuş, Bakı şəhərində də məktəbə gedib orta təhsilini başa vurmuşdur. İddiaçının anasının sağlığında isə 1 otaqlı mənzildə onlarla birlikdə yaşamamışdır, yəni faktiki olaraq iddiaçının qızı olan Cavabdeh1, bir gün də olsun, iddiaçının mənzilində yaşamamışdır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində dolayısı ilə kompensasiya məsələsinə eyham vurması da doğru deyildir. Belə ki, qeyd etdiyi kimi, artıq uzun illərdir ki, kirayə haqlarını Cavabdeh1 və onun anası Cavabdeh2 alır. Cavabdeh1 mənzilə ehtiyacı olması barədəki fikirləri də məntiqə sığmır. Belə ki, 25 ildən çoxdur ki, Cavabdeh1 yaşamadığı mənzilə köçməsi barədə iddia qaldırmamışdır. Onlar qarşı tərəfə 5000 manat məbləğində kompensasiya təklif etmiş, lakin ilkin iddia üzrə cavabdehlər buna razı olmamışdırlar. Hazırda isə İddiaçı mübahisəli evin satılıb əldə olunacaq puldan cavabdehlərin hər birinə 3000 manat pul verilməsini təklif edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, ilkin iddianı qəbul etmirlər. Belə ki, Cavabdeh2 başqa yaşayış sahəsi yoxdur və maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. İddiaçı uzun müddət ərzində xaricdə yaşamaqla mübahisəli mənzildə yaşamır və dolayısı ilə yaşayış sahəsində birgə yaşamaq məsələsi aktual deyildir. İddiaçı hazırda da ölkə xaricindədir, nə ölkəyə daimi yaşamaq üçün qayıtmaq, nə də sözügedən mənzildə daimi yaşamaq niyyətindədir. Dolayısı ilə Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edilməsinə heç nə mane olmur. Qarşılıqlı iddia ərizəsi ilə bağlı bildirir ki, İddiaçı Qennadieyviç Cavabdeh1 atasıdır. Doğulduğundan sonra Cavabdeh1 valideynləri ilə birlikdə yaşamışdır. ünvan 1 ünvanındakı mənzil Cavabdeh1 atası İddiaçı tərəfindən nənəsinə məxsus olmuşdur, nənəsinin ölümündən sonra isə İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh1 anası Cavabdeh2 və İddiaçı ilə birlikdə həmin mənzildə yaşamış və 2007-ci ildən orada yaşayış yeri üzrə qeydiyyatdadır. Sonradan İddiaçı həmin mənzili kirayəyə vermiş və Cavabdeh1 valideynləri ilə onun ana tərəfindən nənəsinə məxsus ünvan 3 ünvanındakı mənzilində müvəqqəti olaraq yaşamışdır. Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10, mənzil 47 ünvanındakı mənzil İddiaçı tərəfindən sırf ailə xərclərinin qarşılanması məqsədi üçün kirayəyə verilmişdir. Belə ki, Cavabdeh1 anası və İddiaçı sözügedən mənzildə yaşamamalarının səbəbi yalnız bundan ibarət olmuşdur. Cavabdeh1 ünvan 1 ünvanında 2005-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh1 daşınmaz əmlakı yoxdur və sözügedən mənzildən istifadə hüququna xitam verildikdə onun yaşamaq üçün başqa yaşayış sahəsi mövcud deyildir. İş materiallarından göründüyü kimi Cavabdeh1 İddiaçı doğma qızıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinin hərfi mənasına görə ər-arvad, valideynlər və uşaqlar ailə üzvləri sayılırlar. Valideynlərlə (ata və ana) övladlar (oğul və qız) arasındakı ailə münasibətlərinə yalnız Ailə Məcəlləsinin 64-cü və 65-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydada məhkəmə qərarı ilə xitam verilə bilər (valideynlik hüquqlarından məhrumetmə) ki, hazırki iddia üzrə İddiaçı valideynlik hüquqlarından məhrum edilməmişdir. Cavabdeh1 İddiaçı doğma qızı olmaqla onun ailə üzvüdür və bundan irəli gələn bütün hüquqlara malikdir. Cavabdeh1 başqa yaşayış sahəsi və mübahisəli mənzildən başqa hər hansı digər yaşayış sahəsindən istifadə hüququ yoxdur. Cavabdeh1 heç yerdə işləmir və onun maddi vəziyyəti və diqqətəlayiq digər hallar ona özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Cavabdeh1 tərəfindən daha əvvəl iddia qaldırılmamasının səbəbi əvvəllər mübahisənin mövcud olmaması deyildir, belə ki hüquqdan istifadə etməmək vətəndaşın hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin ikinci cümləsinə görə mənzildən istiadə hüququna xitam verilməsi kompensasiya verilməklə mümkündür. Bu barədə Konstitusiya məhkəməsinin qərarı vardır. Mənzil məcəlləsinə istinad edirəm. Mənzil Məcəlləsinin 30.4.-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Cavabdeh2 başqa yaşayış yeri yoxdur və maddi durumu aşağıdır. Məhz bu səbəbdən hesab edirlər ki, Cavabdeh2 sözügedən mənzildən istifadə hüququ saxlanılmalıdır. Əlavə olaraq bildirir ki, İddiaçı mübahisəli evdə deyil, Cavabdeh2 anasının evində yaşamışdır. Həmçinin İddiaçı tərəfindən onlara təklif olunan kompensasiya məbləği çox azdır. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqları qorunmalı, əks təqdirdə onlara kompensasiya verilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən verilmiş 09 yanvar 2005-ci il tarixli, 2v-İ-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12 dekabr 2002-ci ildə vəfat etmiş X2 Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən ev 10, mənzil 47-də yaşayan oğlu İddiaçı Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən yerləşən 10 №-li evin yaşayış sahəsi-17,6 kv.m, köməkçi sahəsi-17,1 kv.m olan 1 otaqdan ibarət 47 №-li mənzildən irs almalı olduğu qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 501857 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh2 nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 468 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi R.Ənnağıyev adına 141 №-li tam orta məktəb tərəfindən ünvanlanmış 02 dekabr 2024-cü il tarixli, 475 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 2008- 2016-cı il tarixlərdə Suraxanı rayonu R.Ənnağıyev adına 141 №-li tam orta məktəbdə təhsil almış və tam orta təhsil haqqında attestat (A № 508551) alaraq, məktəbin Xİ (on birinci) sinfini bitirmişdir. İş materiallarında olan ünvan 1 ünvanında kirayənişin yaşayan X8, ünvan 5 ünvanında yaşayan X5 və ünvan 6 ünvanında yaşayan X9 tərəfindən tərtib edilmiş 07 dekabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1-nin şəxsi hesabının İddiaçı adına olduğu, lakin həmin evdə, altı ildir ki, X6 ailə üzvləri, yəni qızı X3 və nəvəsi X11 ilə birlikdə kirayə yaşadığını, həmin mənzildə İddiaçı, Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olduğunu, ancaq orada yaşamadıqlarını qeyd etmiş və bu faktı öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmiri Sahəsi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli, 816 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən, onun keçmiş həyat yoldaşı 1974-cü il təvəllüdlü Cavabdeh2 və qızı 1999-cu il təvəllüdlü Cavabdeh1 isə xx.xx.2007-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10 ünvanında yerləşən 47 saylı mənzil İddiaçı mərhum anasına məxsus olmuş, sözügedən mənzil İddiaçı mərhum anasından miras olaraq qalmış və AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10-da yerləşən, ümumi sahəsi 37 kv.m, 1 otaqdan ibarət olan 47 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh2 İddiaçı keçmiş həyat yoldaşı, Cavabdeh1 isə İddiaçı qızıdır. Oleq Gennadiyeviç Cavabdeh2 ilə 1998-ci ildə faktiki, xx.xx.1999-cu il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, onların birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 adlı bir övladı vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4021/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikah pozulmuşdur. İddiaçı xx.xx.1997-ci il tarixdən, onun keçmiş həyat yoldaşı 1974-cü il təvəllüdlü Cavabdeh2 və qızı 1999-cu il təvəllüdlü Cavabdeh1 isə xx.xx.2007-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı qızı Cavabdeh1 2005-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda 1-ci sinfə daxil olmuş və 2016-cı ildə 11-ci sinifi də orada bitirmişdir. Faktiki olaraq 20 ildən çoxdur ki, cavabdehlərin İddiaçı mülkiyyətində olan mənzildə yaşamamış və mənzil uzun illər kirayə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan mənzildə yaşamadıqları halda qeydiyyatda qalmaqları İddiaçı mülkiyyət hüququnun pozulması ilə nəticələnir və mənzillə bağlı hüquq və azadlıqlarının sərbəst həyata keçirilməsinə həqiqətən də maneə yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı tərəflərin izahatından və iş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixədək yaranmışdır. Buna görə də Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən hazırki mülki iş üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci abzasına əsasən, icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı 12 mart 1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan normalaradan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daimi yaşamaq üçün könüllü olaraq başqa yaşayış sahəsinə köçdüyünə görə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar mövcuddur və onların mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili-nümayəndəsi qarşlılıqlı iddia ərizəsində və məhkəmədə izahatında Smolnikov X1 Kamilla Oleqovnanın valideynləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzildə yaşadığını göstərmiş,lakin məhkəmədə sübutların tədqiqatı zamanı deyilən xüsusat tam təkzib olunmuşdur. Cavabdeh1 2007-ci ildən mübahisə predmeti olan mənzildə qeydiyyatda olsa da,həmin mənzildə yaşaması ilə bağlı hər hansı bir sübut müəyyən edilməmişdir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiada göstərilən hallar iddia tələbinin hüquqi əsasını təşkil edən hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin dispozisiyası ilə uzlaşmır. Qeyd olunan normanın tələbi baxımından hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlərə yanaşdıqda müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh1 yetkinlik yaşına çatmış şəxsdir və iş materiallarında onun yardıma ehtiyacı olması barədə heç bir sübut yoxdur. Belə olan halda Cavabdeh1 yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin əhatə dairəsinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İlkin iddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, ev 10, 47 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı onun cavabdeh İddiaçı Qennadieyviçə məxsus ünvan 1 ünvanındakı mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1868/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1868/2025
25.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver