Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1965/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Mirfazil oğlunun sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik cavabdeh tərəfindən heç bir tikinti normalarına uyğun olmayan inşa edilmiş hündür mərtəbəli tikinti nəticəsində 90 000 (doxsan min ) manat maddi və mənəvi ziyan (kompensasiyanın) cavabdeh tərəfindən mənim xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi o, İddiaçı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi isə X3 mülkiyyətindədir. Bununla bağlı Daşınmaz əmlakın Dövlət reyestri xidmətindən onlara çıxarış verilib. Cavabdeh X8 və onun tərəfindən müraciət etdiyi müvafiq qurumlar qanunun bütün tələblərini kobudluqla pozaraq ona mülkiyyət hüququ ilə məxsus olan evinə və həyətyanı sahəsinə bitişik olaraq heç bir ara məsafəsi qoymayaraq hündürmərtəbəli bina inşa etmişdir. Yəni tikili ilə onun evinin hasarı arasında heç bir məsafə saxlanılmamışdır, əksinə hasarın üstündən bina inşa edilmişdir və tikintidən sonra evləri təhlükə mənbəyinə çevrilmişdir. Onun həyətinin hasarı dağıdılmış və hasarın yerində yeni bina inşa edilmişdir. Bundan başqa cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksi, hündürlük məsafəsi baxımından da onların evindən hündürdür və hər hansı bir təbii fəlakət nəticəsində də onların evi üçün böyük təhlükə mənbəyidir. Cavabdeh tərəfindən inşa edilən həmin binanın 12 pəncərəsinin hamısı onun həyətinə açılır. Bir iki dəfə də həmin pəncərələrin birindən gül dibçəklərin düşməsi nəticəsində ailə üzvləri (nəvələri) yüngül xəsarət almışlar. Polisə məlumat versə də, faydası olmamışdır. Cavabdeh tərəfindən hələ tikilinin başlamaq niyyəti olduğu vaxtda gəlib ölçürdülər, baxış keçirdirdilər. Həmin ərəfədə dəfələrlə cavabdehə və onunla əraziyə gələn dövlət qurumların nümayəndələrinə həmin tikili ucaldıqda hansı dərəcədə ona və ətrafa ziyan vurması, onun evinə mülkiyyətinə bitişik olan, hündür mərtəbəli binanın inşası təhlükə mənbəyi olduğunu, dəfələrlə onlara bildirsə də onlar heç bir məhəl qoymamışlar. Əksinə narahat olmamalarını, heçnə olmayacağını bildirmişlər. Bir müddət sonra tikinti işləri başlanıldı və onun həyətinin hasarı (həyətinin girişindən başlayaraq) uçurdulmuş, dağıdılmışdır. Bu barədə tikintiyə rəhbərlik edən şəxsə, polisə, müvafiq dövlət təşkilatlarına, orada çalışan fəhlələrə etirazlarını bildirmiş və cavabdehə bu qanunsuzluq barədə məlumat vermişlər. Bir müddət keçdikdən sonra cavabdeh əraziyə gəlmiş və narahat olmamalarını, hasarı bərpa edəcəyinə söz vermişdir. Lakin bu səfər də Dövlət təşkilatlarından və polisdən xəbər çıxmadı. Bir neçə gün keçdikdən sonra hasarı bərpa eləməyin əvəzinə binanın binövrəsini elə bizə məxsus olan həyətin hasarın yerindən tökməyə başlamışlar. Bu dəfə də etiraz bildirmişlər, DİN Abşeron Pİ-nə, Abşeron İH-nə, nümayəndəliyə, FHN Abşeron bölməsinə və digər Dövlət Qurumlarına şikayət eləmiş, lakin heç kəs məsələyə dair gəlməmiş maraqlanmamış, hər hansı bir araşdırma aparmamışdır. Əksinə cavabdeh gəlib hər hansı bir şikayətin mənasının olmamasını, bu Abşeron rayonundan heç kəs gəlib onun işini dayandıra bilməməyini bildirdi. Bundan sonra aralarında mübahisə yarandı. Cavabdeh heç bir etirazlarına fikir verməmiş və tikilini aparmaqda davam etmişdir. Bununla bağlı yaşadığı ərazi üzrə rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin qurumun Memarlıq və tikinti şöbəsi tərəfindən ona məlumat verildi ki belə bir tikintinin aparılmasından ümumiyətlə xəbərləri yoxdur. Onlar bu haldan çox narahatdır. Cavabdehin bu qanunsuz əməllərinin qarşısını danışıqlar və yerli İcra Hakimiyyətinə və digər Dövlət təşkilatlarına, İdarələrinə müraciət etməklə almaq istəsələr də bu mümkün olmamış cavabdeh tərəfindən onlara ziyan və təhlükə vurulması davam edilməkdədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq etirazında qeyd etmişdir ki, iddiaçının qanunsuz hesab etdiyi tikilinin sökülməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsi tərəfindən baxılmiş və iddia rədd edilmişdir. O, o halda İddiaçı qarşısında mülki məsuliyyət daşıyaraq iddiaçıya pul ödəməli olar ki, iddiaçıya qarşı hər hansı qanun pozuntusu törətmiş olsun. Onun tərəfindən iddiaçı ilə qonşuluqda tikilmiş tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb və tam olaraq özgəninkiləşdirilib. Tikilinin sökülməsi tələbinə baxılarkən həmin tikilinin qanuni olması və tam olaraq özgəninkiləşdirilməsi öz təsdiqini tapmışdır. İddiaçıya onun tərəfindən heç bir maddi və mənəvi ziyan dəyməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Bildirdi ki, cavabdeh tərəfindən bina inşa edildikdən sonra onun evinin dəyəri çox aşağı düşüb. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan fərdi yaşayış fonduna aid yaşayış evinin xx.xx.2014-cü ildə tərtib edilmiş texniki pasportundan görünür ki, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 1 saylı evin sahibi İddiaçıdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 48,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsənin 2(012)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X3 Cavabdeh İbrahim oğluna qarşı ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən X3 mülkiyyətində olan fərdi yaşayış evinə bitişik cavabdeh tərəfindən inşa edilmiş bütün qanunsuz tikililərin cavabdeh tərəfindən sökülməsi barədə iddia ərizəsi rədd edilmiş, İddiaçı, ona məxsus hasara dəymiş zərərə görə gələcəkdə iddiaçı X6 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2012/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-161/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı Cavabdeh ona 90000 manat maddi və mənəvi ziyan vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 2(012)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində İddiaçı, ona məxsus hasara dəymiş zərərə görə gələcəkdə iddiaçı X6 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 90000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. Bu həmçinin ondan irəli gəlir ki, iddiaçının qanunsuz tikili olmasını iddia etdiyi tikintinin qanunsuz tikinti olması öz təsdiqini tapmayıb. Əksinə qeyd edilən qətnamədən görünür ki, mübahisə yaradan həmin fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı iddia tələbində 90000 manat maddi və mənəvi ziyan tələb etsə də, bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında İddiaçı maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1965/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1965/2024
10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver