Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2010/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC, "xxxx" MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı «müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin bina sakinlərinin istifadəsinə geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC, "xxxx" MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı «müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin bina sakinlərinin istifadəsinə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 vəkili-nümayəndəsi və İddiaçı2 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, bu mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə başqa məhkəmələrin icraatında iş olduğundan hazırki mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların vəkili-nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC, "xxxx" MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı «müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin bina sakinlərinin istifadəsinə geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 vəkili-nümayəndəsi və İddiaçı2 nümayəndəsi Nümayəndə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2010/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2010/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver