Məhkəmə qərarları › İş №e-2(012)-2047/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2047/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2047/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı «xxxx» ASC-nin cavabdeh Cavabdeh qarşı sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı «xxxx» ASC-nin cavabdeh Cavabdeh qarşı sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumuna görə pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə MPM-nin 284- 4.1.4 maddəsinin tələblərinə görə ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə ki, iddia ərizədən göründüyü kimi, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduğundan ərizənin qəbulundan imtina edilməli, iddiaçıya isə ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 284-4.2. maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3. ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı «xxxx» ASC-nin cavabdeh Cavabdeh qarşı sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia icraatı qaydasında məhkəməyə müraciət etməsi iddiaçıya izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar