Məhkəmə qərarları › İş №e-2(012)-2214/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2214/2024

14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2214/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 qarşı «torpaq sahəsindən və evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 ,X6, Cavabdeh2 və orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixli, AN-İ №1186328 saylı notarial qaydada bağlanılmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə X3 almış, həmin müqavilə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-1241 № ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmişdir. Bildirir ki, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur və həmin ev qanunsuz tikilidir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq məqsədilə həmin əraziyə müştəri aparan zaman orada tanımadığı şəxslərin olduğu və yaşadığı ona məlum olmuşdur. İddiaçı həmin şəxslərdən torpaq sahəsini və fərdi yaşayış evini tərk etmələri tələb etsə də X7 adlı şəxs həmin torpaq sahəsini alacağını və bunun üçün vaxt verilməsini xahiş etmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq X7 nə alqı-satqı etmiş, nə də ki heç bir əsas olmadan həmin sahəni zəbt edən tanımadığı şəxslər həmin ərazini tərk etmişdir. Əldə etdikləri məlumata görə sözü gedən fərdi yaşayış evində Cavabdeh5, onun arvadı digər Cavabdeh3, atası Cavabdeh2, anası Cavabdeh1, qardaşı Cavabdeh4, qardaşı Cavabdeh4 arvadı Cavabdeh6 və uşaqları X6, Cavabdeh2 yaşayırlar. Daha sonra məlum olmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evində yaşayan həmin şəxslərdən biri - Cavabdeh2 vəfat etmişdir. Hazırda İddiaçı burada deyil, Türkiyə Respublikasında yaşayır. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu asanlıqla realizə edə biləcəyinə baxmayaraq orada yaşayan şəxslər həmin ərazinin müştərilərə göstərilməsinə aşkar şəkildə mane olur. Beləliklə həmin şəxslər İddiaçı mülkiyyət hüququnu kobud surətdə pozurlar. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh5 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, onun xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq, qardaşı Cavabdeh4 isə rayona ezamiyyətə getdiyinə görə iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iyun ayına qədər təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 ilə alıcı İddiaçı əvəzinə onun nümayəndəsi X8 arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı X2 rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0,3938 ha olan torpaq sahəsini tam hissədə alıcı İddiaçı mülkiyyətinə vermiş, alıcı İddiaçı isə satıcı X1 torpaq sahəsini ondan 187000 manat qiymətinə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,3938 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 17 avqust 2023cü il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 ilə alıcı İddiaçı əvəzinə onun nümayəndəsi X8 arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı X2 rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0,3938 ha olan torpaq sahəsini tam hissədə alıcı İddiaçı mülkiyyətinə vermiş, alıcı İddiaçı isə satıcı X1 torpaq sahəsini ondan 187000 manat qiymətinə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,3938 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin bununla belə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini tərk etməmələri iddiaçının mülkiyyət hüququnun pozulması ilə bərabər, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun da pozulması ilə nəticələnir. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və onun üzərindən inşa edilmiş fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmamışdır və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin, yəni cavabdehlərin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehlərin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin iddia tələbi İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin onların əşyaları ilə birlikdə boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində konkret olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəm qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılsın, həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi digər şəxslərə aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar