Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2215/2024 15.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayş evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayş evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 310 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X6 və orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 310 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. İddiaçı həmin fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini xx.xx.2023-ci il tarixli, AN-İ ******* saylı notarial qaydada bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Müqavilə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini satmaq məqsədilə həmin əraziyə müştəri aparan zaman orada tanımadığı şəxslərin olduğu (yaşadığı) ona məlum olmuşdur. Onlardan torpaq sahəsini və fərdi yaşayış evini tərk etmələri tələb edilsə də, Cavabdeh1 adlı şəxs həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini özünün alacağını və ona vaxt verilməsini xahiş etmişdir. Lakin bunun üzərindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh1 nə alqı-satqı etmiş, nə də ki, heç bir əsas olmadan sözügedən mənzili zəbt edən tanımadığı digər şəxslər həmin ərazini tərk etmişdir. Həmin fərdi yaşayış evində Cavabdeh1, onun arvadı digər Cavabdeh2, onun uşaqları X5, X6 və digər ailə üzvləri yaşayır. İddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda heç bir şəxs yoxdur. Belə olan halda, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində sərəncam vermək hüququnu asanlıqla realizə edə biləcəyinə baxmayaraq, orada yaşayan şəxslər həmin ərazinin müştərilərə göstərilməsinə aşkar şəkildə mane olurlar. Beləliklə həmin şəxslər İddiaçı mülkiyyət hüququnu kobud surətdə pozurlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 310 kv.metr olan əmlakdan (fərdi yaşayış evi) və onun yerləşdiyi 0,10 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladları X5 və X2 çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 310 kv.metr olan fərdi yaşayış evini və onun yerləşdiyi 0,10 ha torpaq sahəsini 249900 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 310 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev və torpaq sahəsi xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən alınmış və onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Hazırda İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 310 kv.metr olan əmlakdan (fərdi yaşayış evi) və onun yerləşdiyi 0,10 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladları X5 və X2 çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmiş İddiaçı ilə cavabdehlər arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehlərin heç bir əsas olmadan mübahisəli evdə yaşamaları mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev və torpaq sahəsi hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehlərin öz uşaqları ilə birlikdə yaşamaları onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 310 kv.metr olan əmlakdan (fərdi yaşayış evi) və onun yerləşdiyi 0,10 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, habelə onların yetkinlik yaşına çatmayan övladları X5 və X6 çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 310 kv.metr olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0,10 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, habelə onların yetkinlik yaşına çatmayan övladları X5 və X6 çıxarılsınlar. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2215/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2215/2024
15.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver