Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2239/2022 18.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh X2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və.s tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh X2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və.s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən “İnfiniti M-35” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı onun vurulması nəticəsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları”nın V Fəslinin 37-ci maddəsinin İV-Hissəsinin 1-ci və 2-ci bəndinin pozulması ilə Azərbaycan Respublikası CM-nin 143-cü (min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə) və 263.1-1-ci maddələri ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsini (üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), bunun nəticəsində səhətimə dəymiş zərərin ödənilməsi və bu səbəbdən keçirdiyi stressin, mənəvi zərərin ödənilməsi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153.2.1 maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 31.01.2022-ci il tarixdə DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək, 27.01.2022ci il tarixdə piyada hərəkətdə olan zaman «İnfiniti» markalı avtomobil tərəfindən vurulması nəticəsində döş qəfəsi və onurğasından xəsarət alması barədə məlumat vermiş, həmçinin 31.01.2022-ci il tarixdə ərizə ilə Abşeron RPİ-yə müraciət edərək, 27.01.2022-ci i! tarixdə Xırdalan şəhəri, Qalubiyyə küçəsində piyada hərəkətdə olan zaman X1 idarə etdiyi «İnfiniti» markalı, **-ZE-*** d.q.n avtomobillə onu vurması nəticəsində xəsarət aldığını bildirmiş və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. 23.02.2022ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla onun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı qeyd olunan qərardan şikayət ilə məhkəməyə müraciət etmək əvəzinə, hazırki iddia lələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində cavabdeh X1 “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları”nın V Fəslinin 37-ci maddəsinin İV-Hissəsinin 1-ci və 2-ci bəndinin pozulması ilə Azərbaycan Respublikası CM-nin 143-cü (min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə) və 263.1-1-ci maddələri ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsini (üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) xahiş etmişdir ki, həmin hissədə məhkəməyə deyil, aidiyyəti orqanlara müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və.s tələbinə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2239/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2239/2022
18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver