Məhkəmə qərarları › İş №e-2(012)-2246/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2246/2021

02.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2246/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsi, dalan 3, ev 13-dən ibarət miras əmlakın cavabdehlə onun əmlak üzərindəki paylarına uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını, bu mümkün olmazsa onun üzərinə kompensasiya verilməsi öhdəliyinin qoyulmasını və cavabdehin həmin əmlak üzərindəki mülkiyyətinə xitam verilməsini, əks halda həmin evin açıq hərracda satılması və satış pulunun tərəflər arasında bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər ardıcıllıq üzrə icra edilməli olduğundan, habelə onların bir iddia ərizəsində birləşdirilməsi mümkün olmadığından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar