Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2330/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 12.10.2009-cu il təvəllüdlü qızı X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 13 saylı evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, nikaha daxil olduqdan sonra keçmiş qaynanası X5 mülkiyyətində olan mənzilə köçmüş, 5 il orada yaşamış və 12.10.2009-cu il təvəllüdlü qızı X10 orada anadan olmuşdur. Hazırda o, atasının evində yaşayır. Keçmiş qaynanası rəhmətə getdikdən sonra qızı X8 nənəsi X4 miras olaraq ünvan 1 ünvanında yerləşən 13 saylı evin 1/6 hissəsi keçmiş və hazırda da mülkiyətindədir. Həmçinin, ünvan 1 ünvanında yerləşən 13 saylı evin 5/6 hissəsi Cavabdeh mülkiyyətindədir. Uzun illərdir ki, qızı səhhəti ilə bağlı müalicələr alır. Qızının atasının rəhmətə getməsi sonradan isə qaynanasının rəhmətə getməsi qızında böyük travmalara səbəb olmuşdur. Qızı böyüdüyü evə mənəvi cəhətdən çox bağlıdır və orada yaşamaq istəyir. Hazırda qızının 11 yaşı var. Hesab edir ki, miras olaraq birlikdə ünvan 1 ünvanında yerləşən 13 saylı ev qızı X7 mülkiyyətində olduğu üçün orada yaşamağa hüququ çatır. Həmçinin qızı hazırda yetkinlik yaşına çatmadığı üçün sözügedən məzildə tək yaşaması mümkün deyildir. Bu baxımdan, onun da qızı ilə birlikdə həmin evə köçürülmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının köçüb yaşamaq istədiyi ünvan 1 ünvanında yerləşən 13 saylı evdə iddiaçının özü və qızının yaşaması üçün heç bir şərait yoxdur. Hazırda həmin evdə o, öz qızı ilə birlikdə yaşayır. O, ünvan 1 ünvanında yerləşən 13 saylı evin hərraca çıxarılıb satılması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.12.2009-cu il tarixli AZ-İİ № 363516 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 12.10.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2045 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası İddiaçıdır. -05.10.2018-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Sumqayıt "Asan xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X9 təsdiq edir ki, AR Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən 23.03.2018-ci iİ tarixdə vəfat etmiş X2 qalmış əri (arvadı) Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak ƏMDK-nin yanında DƏDRXnin 4 saylı Ərazi idarəsi tərəfindən 20/12/2011-ci tarixdə X6 verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 13 saylı evdə yerləşən ümumi sahəsi 52.9 kv/m olan fərdi yaşayış evindən ibarətdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.10.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 13 saylı evin (Yeni qaydalarla: ünvan 2 ev 28) 5/6 hissəsi Cavabdeh, 1/6 hissəsi isə X7 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 36 saylı reyestr kitabının 2 saylı vərəqində qeydiyyata alınmışdır. -05.10.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Sumqayıt "Asan xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X9 təsdiq edir ki, AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 23.03.2018-ci iİ tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh miras əmlakdan 2/6 hissədə pay almalıdır. Qeyd: Miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə və 1/6 hissəsinə təmsilçilik hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən 20/12/2011-ci il tarixdə X6 verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 13 saylı evdə yerləşən ümumi sahəsi 52.9 kv/m olan fərdi yaşayış evindən ibarətdir. -05.10.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Sumqayıt "Asan xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X9 təsdiq edir ki, AR Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən 23.03.2018-ci iİ tarixdə ölmüş X5 vərəsəsi oğlu Ömərov Turaİ Vahid oğlu idi, lakin 31.08.2015-ci iİ tarixdə vəfat etməsi iİə əlaqədar mirasın 1/6 hissəsi onun vərəsəsi X3. Qeyd Miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə və 2/6 hissə üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən 20/12/2011-ci il tarixdə X6 verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 13 saylı evdə yerləşən ümumi sahəsi 52.9 kv/m olan fərdi yaşayış evindən ibarətdir. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı nikaha daxil olduqdan sonra keçmiş qaynanası X5 mülkiyyətində olan mənzilə köçərək yaşamış və 12.10.2009-cu il təvəllüdlü qızı X10 orada anadan olmuşdur. İddiaçının keçmiş qayınanası vəfat etdikdən sonra qızının atası əvvəl vəfat etdiyindən vərəsəlik şəhadətnaməsinə əsasən X8 nənəsi X4 miras olaraq ünvan 1 ünvanında yerləşən 13 saylı evin 1/6 hissəsi keçmiş və hazırda da mülkiyyətindədir. Həmçinin, ünvan 1 ünvanında yerləşən 13 saylı evin 5/6 hissəsi Cavabdeh mülkiyyətindədir. İddiaçı hazırda miras olaraq əvvəllər birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən 13 saylı ev qızı X7 mülkiyyətində olduğu üçün orada yaşamağa hüququ çatdığından, həmçinin qızı hazırda yetkinlik yaşına çatmadığı üçün sözügedən mənzildə tək yaşaması mümkün olmadığından qızı ilə birlikdə həmin evə köçürülmə hüququnun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. 1159.1. və 1159.1.3. maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) aşağıdsa göstərilən maddələrinə əsasən; 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. İşin araşdırılan hallarından müəyyən edildiyi kimi iddiaçının uşağı qanunvericiliyin tələblərinə uyğun nənəsinin vərəsəsi olaraq miras əmlakdan ona düşən payı qəbul edərək ünvan 1 ünvanında yerləşən 13 saylı evin 1/6 hissəsindən mülkiyyət hüququ əldə etmiş və bu Vərəsəlik şəhadətnaməsində, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 18.10.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışında öz təsdiqini tapmışdır. Hazırda X7 ünvan 1 ünvanında yerləşən 13 saylı evə mülkiyyət hüququ vardır və o qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətindəki evə dair payına uyğun olaraq istifadə, sahiblik və sərəncam vermək hüquqlarını əldə etmişdir. Yaşayış sahəsinin mülkiyyətçisinin ona məxsus olan yaşayış sahəsindən maneəsiz istifadə etməklə yaşamaq hüququ heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Ona görə də iddia tələbi əsaslıdır. Eyni zamanda doğum haqqında şəhadətnamədən görünür ki, X10 yetkinlik yaşına çatmayıb, tam fəaliyyət qabliyyətinə malik deyildir. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi kimi onun azyaşlı uşaqlarının onunla birlikdə mübahisəli evə köçürülməsini də Azərbaycan Respublikasının Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bundan əlavə Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələbləri baxımından da iddiaçının qızı ilə mübahisəli mənzilə köçürülməsini məhkəmə əsalı hesab edir. Mənzil Məcəlləsinin; 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə qanunun qeyd edilən normalarını nəzərə alaraq, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X7 ünvan 1 ünvanında yerləşən 13 saylı evə mülkiyyət hüququ olduğundan İddiaçı, azyaşlı qızı X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 13 saylı evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı qızı övladı - 12.10.2009-cu il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 13 saylı evə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(012)-2330/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2330/2021
14.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver