Məhkəmə qərarları › İş №e-2(012)-2348/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2348/2025

28.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2348/2025 28.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə cavabdeh Abşeron Rayon İcra Şöbəsinə qarşı «tələbin yönəldiyi əmlakın həbsdən azad edilməsinə dair» iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə cavabdeh Abşeron Rayon İcra Şöbəsinə qarşı «tələbin yönəldiyi əmlakın həbsdən azad edilməsinə dair» iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həbsdən azad edilməsi və bütün zəruri hüquqi xərclərin ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Abşeron Rayon İcra Şöbəsi cavabdeh kimi göstərilmiş, lakin Abşeron Rayon İcra Şöbəsinin hazırkı iddia tələbində cavabdeh qismində olmasına dəlalət edən hər hansı bir hala və fakta istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********16 nömrəli qəbz barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə saat 17:03:08-də hökumət ödəniş portalında Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə cavabdeh Abşeron Rayon İcra Şöbəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həbsdən azad edilməsi və bütün zəruri hüquqi xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə cavabdeh Abşeron Rayon İcra Şöbəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həbsdən azad edilməsi və bütün zəruri hüquqi xərclərin ödənilməsi tələbinə dair e-2(012)-2348/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, **********16 nömrəli qəbzdən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar