Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2349/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4də yerləşən fərdi yaşayış evinin və Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həbsdən azad edilməsi və bütün zəruri hüquqi xərclərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-80/2024 nömrəli hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş (cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmış) və X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 0,3809 kv.m torpaq sahəsi, Bakı şəhəri Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 100 ünvaında yerləşən 0,0804 ha torpaq sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 8/10(10-cu Zavod-8) ünvanında yerləşən 733.7 kv.m qeyri-yaşayış sahəsi, X1 məxsus ünvan 3 ünvanında yerləşən mənzil, İddiaçı adına ünvan 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, “Jeep Wrangler” markalı, **-EF-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz S500” markalı **-KP-*** dövlət qeydiyyat nömrəli, “Bentley Continental” markalı, **-UL-*** dövlət qeydiyyat nömrəli və “Mercedes Benz G63 AMG” markalı, **-VC-*** dövlət qeydiyyat nömrəli avtomobillər xüsusi müsadirə edilməklə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, hökm xx.xx.2023-cü ildə qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-32/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-80/2024 nömrəli hökmü dəyişdirilmiş, X3 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-4/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-32/2024 nömrəli qərarı B. G. İsmayılovaya məxsus əmlakın – ünvan 3 ünvanında yerləşən əmlakın xüsusi müsadirəsinə dair hissədə ləğv edilmiş və həmin hissəyə dair məsələyə yenidən baxılması üçün cinayət işi təkrar apellyasiya baxışına təyin olunmuşdur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbs aradan qaldırılmalıdır. Belə ki, onların heç bir əsas olmadan müsadirə edilməsi mülkiyyətçi İddiaçı anası İddiaçı da mülki hüquq və qanuni mənafelərinə ciddi ziyan vurur. Müsadirəyə yönəldilmiş müvafiq əmlakların sənədlərindən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən verilmiş ******* və1139096 nömrəli çıxarışlardan göründüyü kimi bu əmlaklar mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu xüsusat onların cinayət yolu ilə əldə edilməməsini də təsdiq edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək ona uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Abşeron rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. İşdən görünür ki, mübahisəli daşınmaz əmlaklar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-80/2022 nömrəli hökmünə əsasən xüsusi müsadirə edilməklə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilmişdir. Məhkəmə aktı iddiaçı tərəfindən hazırda mübahisə predmetini təşkil edən əmlaklara dair hissədə mübahisələndirilmiş və son nəticədə məhkəmə hökmü həmin hissədə qanuni qüvvəsini almışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdən görünür ki, İddiaçı mülkiyyətində olan yaşayış evi və torpaq sahəsinin xüsusi müsadirə edilməsi hissəsində hökmü mübahisələndirmiş və həmin əmlakların hüquqi statusu cinayət işləri üzrə icraat qaydasında məhkəmə tərəfindən həll edilmiş, bundan sonra isə o, hazırki iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Başqa sözlə, xüsusi müsadirə olunmuş əmlaklarla bağlı mübahisəyə mülki deyil, cinayət işləri üzrə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-4/2024 nömrəli qərarından da görünür ki, iddia ərizəsində qoyulmuş məsələlər artıq məhkəmə baxışının predmeti olmuşdur və buna görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından İddiaçı Cavabdehnə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə mülk iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (**********52 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı və ya onun vəkili-nümayəndəsi Nümayəndə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2349/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2349/2025
01.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver