Məhkəmə qərarları › İş №e-2(012)-2359/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2359/2023

02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2359/2023 02.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(012)-2359/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(012)-2359/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1140/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(012)-2359/2023 saylı qərardadı ləğv edilmiş, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək məhkəmənin icraatında eyni tələb üzrə 2(012)-2630/2023 saylı mülki iş mövcuddur. Mülki iş üzrə məhkəmə baxış iclası təyin edilmiş və məhkəmə tədqiqatı aparılır. Bu səbəbdən də iddia ərizəsinin geri qaytarılması və 2(012)-2359/2023 saylı mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cü maddəsinə əsasən hakim iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının vəkilinümayəndəsinin ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar