Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-24/2025 04.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X3 nümayəndəsi Nümayəndə6 iştirakı ilə, İddiaçı cavabdehlər "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 və Cavabdeh1nə qarşı torpaq sahəsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan torpaq sahəsinin yararsız hala düşməsinin səbəbinin çəkilmiş su-boru xətləri olduğu nəzərə alaraq, keçiriləcək ekspertizanın nəticəsinə əsasən müvafiq kompensasiya məbləğinin, dövlət rüsumunun və hüquqi xidmət üçün çəkilmiş xərcin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərindən onu yarıya böləcək şəkildə çəkilmiş su-boru xətləri nəticəsində tam yararsız hala düşmüş torpaq sahəsinə adekvat olan torpaq sahəsinin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X3 nümayəndəsi Nümayəndə6 izahatında hazırki mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq hazırki işin baxılmamış saxlanılmasına etiraz etməmiş və iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasına etiraz etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 və Cavabdeh1nə qarşı torpaq sahəsinin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçınun iddia ərizəsi verilərkən xx.xx.2022-ci il tarixdə ********* saylı qəbzlə ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov