Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2464/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və Cavabdeh2 qarşı «mənzilə giriş-çıxış üçün maneə olaraq qoyulmuş qurğuların cavabdehlərin hesabına sökülməsi və belə qurğuların mənzil mülkiyyətçilərinin razılığı olmadan quraşdırılmasının qanunsuz hesab edilməsi» tələbinə dair ilkin iddiası, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı qarşı «kommunal xidmət borcunun ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi, ev 3, mənzil 144-də yerləşən mənzilinə giriş-çıxış üçün qoyulmuş maneələrin — liftlərə quraşdırılmış kart cihazlarının, quraşdırılmış kameraların cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hərəkətlərinin belə qurğuların mənzil mülkiyyətçilərinin razılığı olmadan kommunal xidmət haqqı adı altında quraşdırılmasının qanunsuz hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməmiş 2520 manat kommunal xidmət borcunun tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməmiş 1860 manat kommunal xidmət borcunun tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi, ev 3 ünvanında yerləşən 144 saylı mənzili türk vətəndaşı olan dostundan almışdır. Cavabdehlər "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti və onun idarəçisi olan Cavabdeh2 tərəfindən çoxmənzilli binanın ümumi istifadə sahələrinə qoyulan maneələr (liftlərin xüsusi kartlarla istifadə edilməsini təmin edən qurğular quraşdırmaqla) səbəbindən 2017-ci ildən onun mülkiyyətində olan və həmin ildən yaşadığı mənzilinə, bir neçə aydır, o və ailəsi (həyat yoldaşı və azyaşlı uşağı) daxil olmaqda çətinliklər yaşayırlar. Belə ki, çoxmənzilli binanın girişlərində geniş və dar olmaqla 2 lift mövcuddur. Cavabdehlər tərəfindən liftlərin hər ikisinə kart sistemi quraşdırılmış, geniş üçün nəzərdə tutulan liftin kart sistemi, iki aydan çoxdur, aktiv edilmişdir. Bu səbəbdən məişət üçün ehtiyac olan ləvazimatları (xüsusən market alış-verişlərini) binanın 5-ci mərtəbəsində yaşadıqlarından mənzilə apara bilmirlər. Digər dar lift isə bilərəkdən qeyri-işlək vəziyyətə gətirilərək geniş liftdən istifadə üçün kart əldə edilməsi ilə bağlı məcburi şəkildə cavabdeh şirkətə müraciət edilməsinə şərait yaradılmışdır. Bununla bağlı liftin içərisinə cavabdeh şirkət tərəfindən elan belə yerləşdirilmişdir. Cavabdehlər həmin lift kartlarını kommunal borc adı altında qeyri-müəyyən qiymətə satmaqla daha bir qanunsuzluğa da yol verirlər ki, nəticədə bu hərəkətlərin hamısı özbaşınalıq kimi qiymətləndirilə bilər. Bununla bağlı da hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir. Həmçinin liftlərə və binanın ümumi daxil olma yerlərinə quraşdırılmış kameralar vasitəsilə cavabdeh cəmiyyətin ofisindən gündəlik izlənməsi də onu narahat edir. Bu hal şəxsi həyatın toxunulmazlığının pozulmasıdır. Nəticədə Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi ərazisində sabiq "xxxx" MTK tərəfindən əvvəllər inşa edilmiş mənzilindən istifadə ilə bağlı konstitusion və digər hüquqları (yaşamaq, sağlamlıq, mülkiyyət, mənzil, ailə və s.) ciddi şəkildə pozularaq əsas hüquq və azadlıqları kobudcasına tapdanmaqdadır. Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin belə qanunsuz fəaliyyəti nəticəsində qeyd etdiyi hüquq pozuntularına rast gəlmişdir. Hazırda ona məlum deyildir ki, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti və Cavabdeh2 necə və hansı yollarla yaşadığı binanın ümumi mülkiyyətdə olan obyektlərinin idarəçisidir və cavabdehlər fəaliyyətlərində bina ilə bağlı verdikləri qərarları hansı qaydada, kimlərin iştirakı ilə qəbul edirlər. Dəfələrlə cavabdehlərdən bu barədə məlumat almaq istədikdə, ümumiyyətlə, verdiyi sualların mahiyyətini belə onlar anlamamışdırlar. Tam aydındır ki, cavabdehlərin, ümumiyyətlə, qanunvericilikdən məlumatı yoxdur ki, verdiyi bu suallarla bağlı cavab və hər hansı sənədləri ona təqdim edə bilsinlər. Cavabdehlər yalnız saxta yollarla kommunal xidmət haqqı adı ilə müqaviləsiz pul yığılması, ümumi paylı mülkiyyətdə olan sahələrdə mülkiyyətçilərin razılığı olmadan kameralar qoyularaq şəxsi həyata müdaxilə edilməsi, razılıq olmadan liftlərə kart qurğularının quraşdırılması və lift istifadəsinin hədə-qorxu predmetinə çevrilməsi fəaliyyəti ilə məşğul olmaqdadır. Ölkə qanunlarını kobudcasına pozan cavabdehlər "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti və Cavabdeh2 hələ də başa düşə bilmir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və sair) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Cavabdehlər "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə və Cavabdeh2 dəfələrlə qanuni izahlar verməsinə baxmayaraq onlar hələ də liftlərə quraşdırılmış maneələri aradan qaldırmır və əlavə olaraq qanunvericilikdə nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərarlar barədə ona məlumat vermirlər. Əlavə olaraq Cavabdeh2 hansı yollarla mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəçisi təyin edildiyi də ona məlum deyildir və bununla bağlı kimlərdən imza topladığı qeyrimüəyyəndir. O, mülkiyyətçi kimi belə bir cəmiyyətə və şəxsin idarəçiliyinə hər hansı şəkildə razılıq verməmişdir. Cavabdehlərdən o, hətta müvafiq sənədlərin təqdim edilməsini tələb etsə də cavabdehlər bununla bağlı hərəkətsizlik etmişdir. Həmçinin kommunal ödənişlər barədə ödənişləri vaxtı-vaxtında etməsi üçün sözügedən şəxs və ya cəmiyyət tərəfindən hər hansı rəsmi bildiriş də almamışdır. O, kommunal ödənişlərin tam şəkildə ödənilməsinə razıdır, lakin qanun çərçivəsində olmalıdır ki, hər hansı hüquq pozuntusu olmasın. Bu səbəbdən digər qonşularla birlikdə müxtəlif vaxtlarda pul toplanaraq liftlərin təmirini bir neçə dəfə sakinlər olaraq özləri təşkil etmişdirlər. “Lift kartlarının əldə edilməsi üçün ofisə müraciət edin” yazısı liftin içərisinə yazılmış, lakin yazının müəllifi barədə də hər hansı məlumat qeyd edilməmişdir. Bu da "xxxx"nin və ya MMMC-nin qanuni əsaslarla fəaliyyətini şübhə altına alan amillərdən biridir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırda isə belə müqavilə və ya digər sənədlər rəsmi və ya qeyri-rəsmi qaydada mülkiyyətçi kimi ona təqdim edilməmişdir. O isə 2025-ci ilin aprel ayında müqavilə bağlanması ilə əlaqədar cavabdeh şirkətə müraciət etmişdir. Bundan əlavə o, qarşılıqlı iddia tələbinə etiraz edərək bildirir ki, sözügedən qarşılıqlı iddia əsassız və qanunazidd olduğundan təmin edillməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş müqavilələrdən göründüyü kimi onunla MMMC arasında hər hansı kommunal xidmət müqaviləsi bağlanılmamışdır. O, hazırda yaşadığı mənzildə 2017-ci ildən yaşayır və həmin tarixlərdə də əvvəllər fəaliyyət göstərən "xxxx" MTK-ya bir neçə dəfə dövri kommunal ödənişləri etmişdir. Hazırda qanunsuz fəaliyyət göstərən MMMC-nin isə necə və hansı şəkildə fəaliyyətə başladığı ona məlum olmadığından və bu barədə bu günədək ona rəsmi məlumat verilmədiyindən qarşı tərəfə ödənişlər etməkdən imtina etmişdir. Qarşı tərəf ondan təxminən 7-8 il üzrə hesablanmış borc məbləğini tələb edir və bu, qanunsuz fəaliyyətdir. Göründüyü kimi həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Yuxarıda göstərilən müddəalara uyğun olaraq onunla MMMC və ya hər hansı MTK arasında müqavilə bağlanılmamış və ya belə bir müqavilənin bağlanması üçün bu günədək ona hər hansı rəsmi müraciət edilməmişdir. Əlavə olaraq belə müqavilə bağlanmadan MMMC tərəfindən qanunsuz olaraq liftlərə müvafiq qurğu quraşdırıldıqdan sonra ondan vəsait şifahi qaydada tələb edilmiş, həmin vəsaitin hansı məqsədlər üçün xərclənilməsinə dair məlumat istədikdə isə heç bir rəsmi məlumat belə bu günədək ona verilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Eyni zamanda çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idareedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Hazırda qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərə baxış keçirərkən hətta həmin MMMC-nin təsis edilməsinin qanunsuz olması və bəzi qərarların belə hüquqi əsasının olmadığı tam aşkardır. Belə ki, Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyildir. Sözügedən MMMC-nin isə fəaliyyətinin gəlir əldə etmək olduğu aşkardır. Bundan əlavə ərizəyə əlavə edilmiş “kooperativ binada ümumi təsərrüfat işləri haqqında” müqavilələrin bəzisinin tarixi xx.xx.2019-cu il göstərilmişdir. Halbuki sözügedən MMMC isə dövlət qeydiyyatına xx.xx.2020-ci ildə alınmışdır. Bu hal sübut edir ki, təqdim edilən sənədlər böyük ehtimalla saxtakarlıq edilməklə hazırlanmışdır. Əlavə olaraq "xxxx" MMMC-nin təsis yığıncağının qərarına nəzər yetirən zaman qərarın MMMC ilə əlaqəsi olmayan sahə mülkiyyətçiləri tərəfindən imzalanmadığı da müşahidə edilməkdədir. Bu da onunla izah edilir ki, həmin sakinlər də məhz onun kimi nə belə MMMC-dən, nə də saxta yığıncağından xəbərləri olmuşdır. Çünki nə belə bir elan verilmiş, nə də ki sifarişli poçt göndərilməmişdir. Hansı yolla təsis edildiyi və kimlərin qərarı ilə fəaliyyət göstərdiyi məlum olmayan MMMC-nin kommunal ödəniş tələb etməsi, hətta bu istəyinə qanunsuz şəkildə nail olmaq məqsədilə sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan yerlərə, xüsusən də liftlərə xüsusi qurğular quraşdırmaqla onların mənzillərinə giriş-çıxışa qadağa qoymağı özbaşınalıqdan başqa bir şey deyildir. Özbaşınalıq öz növbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsinə əsasən cinayət əməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında bildirdi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan mənzil, yəni Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi, ev 3 ünvanında yerləşən 144 nömrəli mənzil əvvəllər Kvanç adlı türk vətəndaşının mülkiyyətində olmuş, sonradan isə İddiaçı həmin mənzili əldə etmişdir. Bu mənzil Kvanç adlı türk vətəndaşının mülkiyyətində olduğu dövrdə, yəni xx.xx.2014-cü il tarixində həmin şəxs ilə "xxxx" MTK arasında bağlanmış olan “kooperativ binada ümumi təsərrüfat işləri haqqında” müqaviləyə əsasən mənzil mülkiyyətçisinə kommunal xidmətlər göstərilmişdir. Mənzil mülkiyyətçisi isə digər mənzil mülkiyyətçiləri kimi kommunal xidmət haqlarını vaxtlı-vaxtında tam olaraq ödəmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 19 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatıdır və mənzil mülkiyyətçilərinin çoxu sözügedən MMMC ilə müqavilə bağlamışdır. Kommunal xərclər ilə bağlı qiymət barədə qərar ümumi yığıncaq tərəfindən qəbul edilmişdir. Kommunal xidmətlər MMMC tərəfindən həyata keçirilir və kommunal haqlara görə toplanmış pullar hesabına bu fəaliyyət həyata keçirilir. Göstərilən kommunal xidmətlərə görə MMMC-yə ödəniş edilməməsi mənzil mülkiyyətçilərinin əsassız varlanmasına gətirib çıxarır. Ümumi istifadədə olan sahələrdə, o cümlədən liftlər və bloklarda müvafiq qurğuların quraşdırılması ərazidə baş verə biləcək arzuolunmaz halların aradan qaldırılmasına xidmət edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin qeyd etdiklərinin əksinə, mənzildə yaşayan 48 nəfər sakin sözügedən qurğuların quraşdırılmasının onların maraqlarına uyğun olması barədə akt imzalanmışdır. Qarşılıqlı iddia tələbi barədə bildirir ki, İddiaçı bu mənzili əldə etdikdən sonra nə həmin vaxt binaya kommunal xidmətləri göstərən kooperativə, nə də ki "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edildikdən sonra sonuncu ilə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlamamış və müqavilə bağlamaqdan məqsədli şəkildə imtina etmişdir. İşin hallarından da göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2020-ci il tarixində müvafiq orqanda qeydiyyatdan keçmiş və iddia tələbi üzrə subyektiv hüququ da həmin tarixdən yaranmışdır. Bu səbəbdən bu günə qarşılıqlı iddia üzrə cavabdehin 1860 manat kommunal xidmət borcu yaranmışdır. Qeyd edir ki, ümumi istifadədə olan liftdə kommunal xərclər ilə bağlı elan yerləşdirilmiş, həmçinin İddiaçı bu barədə xəbərdarlıq xarakterli kağız göstərilmişdir. Qarşılıqlı iddia tələbində qeyd edilən borc məbləği ilk 2 aylıq müddətə aylıq 30 manat olmaqla hesablanmışdır və hazırda ümumi borc məbləği 1860 manat təşkil edir. Bu yaxınlarda lift xarab olmuş və təşkilat tərəfindən lift bərpa edilmişdir, həmçinin liftin işləməsi üçün elektrik enerjisi sərf olunur. Ümumi ərazinin işıqlandırılması, ərazinin təmizliyi və blokların təmizlənməsi də tələb edilən məbləğə daxildir. MMMC üzvlük haqqı ilə öz işçilərinin əmək haqqını da ödəyir. Tərəflər arasında müqavilə bağlanmaması halında belə MMMC tərəfindən qarşı tərəfə kommunal xidmətlər göstərilmişdir və əsassız varlanma vardır. Odur ki, qeyd edilənlərə əsasən o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan 22 noyabr 2014-cü il tarixli Kooperativ binada ümumi təsərrüfat işləri haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MTK ilə Xırdalan şəhəri, X2 küçəsi, ev 3 ünvanında yerləşən 144 saylı mənzilin sahibi X1 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Xırdalan şəhəri, X2 küçəsi, 3 saylı binanın ümumi təsərrüfat işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüş və 144 saylı mənzilin aylıq xidmət haqqı olaraq 30 manat ödənilməli olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, 05/75-14 nömrəli qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya qurumu kimi xx.xx.2020-ci il tarixdə 1120-MM7-0163 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.2-ci madəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.3-cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması qaydaları qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.2-ci maddəsinə əsasən illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək hüququ vardır: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edlməyən halları ilə müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi, ev 3 ünvanında yerləşən 144 saylı mənzili almış və həmin tarixdən həmin mənzildə ailə üzvləri ilə birgə yaşayır.Mübahisə predmeti olan mənzilin yerləşdiyi kooperativ binada yerləşən mənzil mülkiyyətçilərinə əvvəllər mülkiyyətçilərlə "xxxx" MTK arasında bağlanmış olan “kooperativ binada ümumi təsərrüfat işləri haqqında” müqaviləyə əsasən mənzil mülkiyyətçisinə kommunal xidmətlər göstərilmiş,lakin,"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya qurumu kimi xx.xx.2020-ci il tarixdə 1120-MM7-0163 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alındığqdan sonra rəsmi qaydada kooperativ binada yerləşən mənzil mülkiyyətçilərinə kommunal xidmətlərin göstərilməsi,"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya qurumuna həvalə edilmiş, kommunal xərclər ilə bağlı qiymət barədə qərar ümumi yığıncaq tərəfindən qəbul edilmişdir və kommunal haqlara görə toplanmış pullar hesabına bu fəaliyyət həyata keçirilir.Lakin,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən kommunal xidmətlərin göstərilməsinə baxmayaraq ödənişlər etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, liftlərə quraşdırılmış kart cihazlarının, quraşdırılmış kameraların cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hərəkətlərinin belə qurğuların mənzil mülkiyyətçilərinin razılığı olmadan kommunal xidmət haqqı adı altında quraşdırılmasının qanunsuz hesab edilməsi barədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbinin əsasları məhkəmədə müyyən edilmiş işin faktii halları ilə uyğunluq təşkil etmir,əksinə olaraq ümumi istifadədə olan sahələrdə, o cümlədən liftlər və bloklarda müvafiq qurğuların quraşdırılması ərazidə baş verə biləcək arzuolunmaz halların aradan qaldırılmasına xidmət edir, mənzildə yaşayan 48 nəfər sakin sözügedən qurğuların quraşdırılmasının onların maraqlarına uyğun olması barədə akt imzalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia tələbi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi, ev 3, mənzil 144-ə giriş-çıxış (liftlərdən sərbəst istifadə) üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən qoyulmuş maneələr mənzil mülkiyyətçisi olaraq İddiaçı hüququnun pozulması ilə nəticələndiyindən həmin maneə aradan qaldırılmalıdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki,yuxarıda qeyd edildiyi kimi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 19 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə mənzil mülkiyyətçilərinə kommunal xidmətlər göstərmək və göstərilən xidmətlərə görə kommunal haqları toplamağa tam səlahiyyətli olmuş və kommunal xərclər ilə bağlı qiymət barədə qərar ümumi yığıncaq tərəfindən qəbul edilmişdir. Göstərilən kommunal xidmətlərə görə MMMC-yə ödəniş edilməməsi mənzil mülkiyyətçilərinin əsassız varlanmasına gətirib çıxarır, mənzil mülkiyyətçisinin müqavilə bağlamamsı və yaxud müqavilə bağlamaqdan yayınması sonuncunu göstərilən xidmətlərə görə ödəniş etməkdən yayınmasına əsas vermədiyindən İddiaçı ödənilməmiş 1860 manat kommunal xidmət borcu tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki,ilkin iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsi, ev 3, mənzil 144-ə giriş-çıxış (liftlərdən sərbəst istifadə) üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən qoyulmuş maneələr aradan qaldırılsın. İlkin iddia tələbi digər hissələrdə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı kommunal xidmətə görə ödənilməmiş 1860 manat borc tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2464/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2464/2025
25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver