Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-25/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə 30 aprel 2024-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1140 manat əsas borcun, 130 manat faiz, 20 manat cərimənin (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq)hesablanmış məbləğ olmaqla, cəmi 1290 AZN manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-4071/2021 saylı məhkəmə əmrinə əsasən 1290 manat məbləğində əsas borc– cəmi 1290 manat məbləğində Azərbaycan Respublikası manat məbləğində pulun xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh alınaraq ünvan 2 ünvanında yerləşən kreditor "xxxx" MMC-yə ödənilməsi müəyyən edilmişdir. Cavabdeh həmin məhkəmə əmrinə qarşı etiraz verərək, Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(012)-4071/2021 saylı məhkəmə əmrini ləğv edib iddia icraatına keçirilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4903/2023 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(012)- 4071/2021 saylı məhkəmə əmri ləğv edilməsi, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru X1jlə borclu Cavabdeh arasında 03 oktyabr 2019-cu il tarixdə hissə-hissə şərti ilə WTCN-004200 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 2039 (iki min otuz doqquz) manat olan İphone Xs 64 (İMEİ **********10051) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 03-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 199 (yüz doxsan doqquz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 1140 (min yüz qırx) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasını iştirakları olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib,qeyd etdi ki, o "xxxx" MMC ilə heç bir kredit müqaviləsi bağlamamış, heç bir əşya almamış, sözü gedən kredit müqaviləsindəki imza ona aid deyildir. İş üzrə ekspertiza keçrilməsini, dəqiq və şəffaf araşdırılma aparıldıqdan sonra qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2019-cu il tarixdə hissə-hissə şərti ilə WTCN- 004200 nömrəli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında WTCN-004200 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, cavabdehə "xxxx" mağazasından ümumi nisyə dəyəri 2039 manat olan İpone Xs 64 (İMEİ **********10051) markalı mobil telefon almışdır. Mülki işin materiallarında olan 31 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə "xxxx" MMC-yə 1140 manat əsas borcun, 130 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 1270 manat borcu vardır. Məhkəmənin 30 oktyabr 2023-cü il tarixli e-2(012)-4903/2023 №-li qərardadı ilə mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1883 №-li ekspert rəyindən məlum olur ki, ekspertizaya təqdim olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsində “Alıcı Cavabdeh İmza” qrafasındakı imza, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş təhvil təslim aktında “Alıcı Cavabdeh İmza” qrafasındakı imza- Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, işdə olan digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin verdiyi izahatdan, iş materiallarından və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1883 №-li ekspert rəyindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsində “İmza” qrafasındakı imza- Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi əsassızdır təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyindən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsində “Alıcı Cavabdeh İmza” qrafasındakı imza "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş təhvil təslim aktında “Alıcı Cavabdeh İmza” qrafasındakı imza- Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Odur ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası əsassız hesab edilib təmin edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə hesablanmış 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Həmçinin iş üzrə ekspertiza xərci cəmisi 126 manat məbləğində pul da iddiaçıdan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərci olan iddia ərizəsinin verilməsinə görə hesablanmış 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. "xxxx" MMC-nin vəsaitiləri hesabından məhkəmə ekspertizası xərci olaraq 126 manat məbləğində pul alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-25/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-25/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver