Məhkəmə qərarları › İş №e-2(012)-256/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-256/2024

14.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-256/2024 14.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X12, Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X6 və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X12, Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X6 və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-8886 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-8896 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-10218 reyestr nömrəli icra qeydlərinin; cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-3729 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-3900 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 15 faiz hesablanmaqla və 12 ay müddətinə geri qaytarmaq şərti ilə 150.000 manat kredit verilmişdir. Həmin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə borclu İddiaçı MMC, ipoteka saxlayan Cavabdeh2 ASC və ipoteka qoyan X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFİ-212 nömrəli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47 A, mənzil 17 – yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadratmetr olan mənzil, eləcə də borclu İddiaçı MMC, ipoteka saxlayan Cavabdeh2 ASC və ipoteka qoyan X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFİ- 212/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında X1 məxsus olan ünvan 2 ünvanda yerləşən 0.0615 torpaq sahəsi üzərində ümumi sahəsi 150.3 kv.m olan bağ evi və torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**- MF-*** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 15 faiz hesablanmaqla və 36 ay müddətinə geri qaytarmaq şərti ilə 250.000 manat kredit verilmişdir. Həmin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə borclu İddiaçı MMC, ipoteka saxlayan Cavabdeh2 ASC və ipoteka qoyan X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFİ-223/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47 A, mənzil 17 – yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kv.m olan mənzil, eləcə də borclu İddiaçı MMC, ipoteka saxlayan Cavabdeh2 ASC və ipoteka qoyan X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFİ-223/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında X1 məxsus olan ünvan 2 ünvanda yerləşən 0.0615 torpaq sahəsi üzərində ümumi sahəsi 150.3 kv.m olan bağ evi və torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 15 faiz hesablanmaqla və 24 ay müddətinə geri qaytarmaq şərti ilə 250.000 manat kredit verilmişdir. Həmin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə borclu İddiaçı MMC, kreditor Cavabdeh2 ASC və zamin X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFZ-316 nömrəli zaminlik müqaviləsinə əsasən zamin X10 İddiaçı MMC-nin sözügedən kredit öhdəliklərinin icrasının təmin edilməsi üçün məsuliyyəti öhdəliyinə götürmüşdür. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə borcalan və girov qoyan İddiaçı MMC və kreditor Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığı, 1 ədəd “Ford Transit” markalı avtomaşın banka girov qoyulmuşdur. Həmçinin İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 15 faiz hesablanmaqla və 2 ay müddətinə geri qaytarmaq şərti ilə 234.000 manat kredit verilmişdir. Həmin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə borclu və girov qoyan İddiaçı MMC və kreditor Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqları banka girov qoyulmuşdur. İddiaçı MMC kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və tam şəkildə icra etsə də, sonradan kredit borclarının ödənilməsində gecikmələr yaranmışdır. Buna görə də Cavabdeh2 ASC kredit borclarının tam şəkildə ödənilməsini borcludan tələb etmiş, əks halda icra qeydinin verilməsi üçün notariusa müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC isə yuxarıda qeyd olunan kredit müqavilələri üzrə bank tərəfindən ödənilməsi tələb olunan borc məbləğlərinin düzgün hesablanmadığı və həddindən artıq şişirdildiyi üçün icra qeydinin verilməsinə etiraz etmiş və bu barədə banka xx.xx.2023-cü il tarixdə rəsmi məktub göndərmişdir. Lakin icra qeydinin verilməsi barədə borcalanın əsaslı etirazlarına baxmayaraq, bank mübahisəli olduğu halda yenə də icra qeydinin verilməsi üçün notariusa müraciət etmişdir. Buna müvafiq olaraq da Abşeron rayon 1 saylı və 2 saylı notariat ofisləri icra qeydi verərək onları icra olunması üçün 8İ-3900 reyestr nömrəli icra qeydi Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə, 8İ-8886 reyestr nömrəli icra qeydi Bakı şəhəri Xətai rayon icra şöbəsinə, 8İ- 3729 reyestr nömrəli icra qeydi Bakı şəhəri Xəzər rayon icra şöbəsinə, 8İ-10218 reyestr nömrəli icra qeydi Bakı şəhəri Xətai rayon icra şöbəsinə və 8İ-8896 reyestr nömrəli icra qeydi Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Belə ki, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 8İ- 3729 reyestr nömrəli icra qeydində 1**-MF-*** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməyən 205.049,79 manat əsas borca, 13.250,46 manat faiz borcuna və 894,82 manat dəbbə olmaqla, cəmi 219.195,07 manat borca görə ünvan 2 ünvanda yerləşən 0.0615 torpaq sahəsi üzərində ümumi sahəsi 150.3 kv.m olan bağ evi və torpaq sahəsinə tutmanın yönəldilməsi tələb olunmuşdur. Həmçinin Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 8İ-3900 reyestr nömrəli icra qeydində 1**-MF-*** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməyən 70.355,04 manat əsas borca, 4.700,36 manat faiz borcuna və 2.142,41 manat dəbbə olmaqla, cəmi 77.197,81 manat borca görə ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqlarına tutmanın yönəldilməsi tələb olunmuşdur. Həmçinin Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 8İ8896 reyestr nömrəli icra qeydində 1**-MF-*** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməyən 194.309,99 manat əsas borca, 13.503,12 manat faiz borcuna və 1.516,33 manat dəbbə olmaqla, cəmi 209.329,44 manat borca görə pulun zamin X5 tutulması və bu borca görə xx.xx.2022-ci il tarixli, 113-MFG-317 saylı girov müqaviləsinə və akta əsasən İddiaçı MMC-yə məxsus 3254 ədəd avadanlıq və mal qalığına, 1 ədəd “Ford Transit” markalı avtomobilə tutmanın yönəldilməsi tələb olunmuşdur. Həmçinin Abşeron rayonu1 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 8İ-8886 reyestr nömrəli icra qeydində 1**-MF-*** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməyən 205.049,79 manat əsas borca, 13.250,46 manat faiz borcuna və 894,82 manat dəbbə olmaqla, cəmi 219.195,07 manat borca görə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47 A, mənzil 17 – yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadratmetr olan mənzilə tutmanın yönəldilməsi tələb olunmuşdur. Həmçinin Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 8İ10218 reyestr nömrəli icra qeydində 1**-MF-*** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməyən 149.999,46 manat əsas borca, 5.749,98 manat faiz borcuna və 3.020,82 manat dəbbə olmaqla, cəmi 158.770,26 manat borca görə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47 A, mənzil 17 – yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadratmetr olan mənzilə və ünvan 2 ünvanda yerləşən 0.0615 torpaq sahəsi üzərində ümumi sahəsi 150.3 kv.m olan bağ evi və torpaq sahəsinə tutmanın yönəldilməsi tələb olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən icra qeydi o halda aparıla bilər ki, bank tərəfindən tələb olunan borcun məbləği mübahisəsiz olsun. Hazırda tərəflər arasındakı borc münasibətlərinin mövcudluğu mübahisəsiz olsa da, bankın borcalandan tələb etdiyi borc məbləğləri mübahisəlidir. Çünki, müqavilələrin hər biri üzrə tələb olunan qalıq borclar şişirdilmişdir. Belə ki, 8İ-10218 reyestr nömrəli icra qeydindən görünür ki, guya 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə borcalanın banka 149.999,46 manat əsas, 5.749,98 manat faiz və 3.020,82 manat dəbbə olmaqla, ümumi 158.770,26 manat qalıq borcu var (İddiaçı bu müqavilə üzrə bankdan 150.000 manat kredit götürmüşdür). Həmçinin 8İ-8886 və 8İ-3729 reyestr nömrəli icra qeydlərindən görünür ki, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə borcalanınbanka 205.049,79 manat əsas, 13.250,46 manat faiz və 894.82 manat dəbbə olmaqla, ümumi 219.195,07 manat qalıq borcu var. (İddiaçı bu müqavilə üzrə bankdan 250.000 manat götürmüşdür. Bankın xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə tələb etdiyi məbləğlərdən belə çıxır ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ümumiyyətlə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə çox cüzi ödəmə etmişdir. Halbuki, bu, mümkün deyil. İddiaçı hər iki müqavilə üzrə kifayət qədər ödənişlər etmişdir. Bununla bağlı məhkəmənin nəzərinə çatdırırıq ki, hər iki kredit müqaviləsindən sonra, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı MMC 113-MF316 və 1**-MF-*** nömrəli kredit müqavilələri əsasında müvafiq olaraq 250.000 manat və 234.136,36 manat, xx.xx.2022-ci il tarixdə isə 113-MF375 nömrəli kredit müqaviləsi əsasında 234.000 manat bankdan kredit götürmüşdür. Əgər iddiaçı əvvəl bağladığı müqavilələr üzrə heç bir ödəniş (və ya cüzi) etməmişdirsə, nədən bank sonradan iddiaçıya ayrı-ayrı müqavilələr üzrə 700.000 manata yaxın kredit vermişdir ?! Digər önəmli bir fakt odur ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 1**-MF- *** nömrəli kredit müqaviləsi əsasında bankdan götürdüyü 234.136,36 manat krediti qısa bir zamanda tam həcmdə geri ödəmişdir. İddiaçının sonradan, xx.xx.2022-ci il tarixdə götürdüyü yüksək məbləğdə krediti qısa müddətdə banka geri qaytardığı halda, onun daha əvvəl götürdüyü kreditlər üzrə, yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə heç bir ödəniş etməməsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə çox cüzi ödəniş etməsi tamamilə absurd haldır. Bununla yanaşı 8İ-8896 reyestr nömrəli icra qeydindən görünür ki, guya iddiaçının 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 194.309,99 manat əsas, 13.503,12 manat faiz və 1.516,33 manat dəbbə olmaqla, ümumi 2209.329,44 manat (müqavilənin bağlanma tarixi: xx.xx.2022-ci il), 8İ-3900 reyestr nömrəli icra qeydindən isə görünür ki, iddiaçının 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 70.355,04 manat əsas, 4.700,36 manat faiz və 2.142,41 manat dəbbə olmaqla, ümumi 77.197,81 manat (müqavilənin bağlanma tarixi: xx.xx.2022-ci il) qalıq borcu qalmışdır. Sözügedən kredit müqavilələri üzrə də borcun böyük hissəsi iddiaçı tərəfindən qaytarılmışdır. Məhz buna görədir ki, bank iddiaçının ödəmə qabiliyyətinin müsbət olduğuna görə qısa aralarla iddiaçıya yüksək məbləğlərdə kreditlər vermişdir. Lakin nədənsə bank icra qeydlərində qalıq borclarının həcmini həddindən artıq şişirtməklə hesablama aparmışdır. Bu faktlar bir daha bankın icra qeydlərinə əsasən tələb etdiyi məbləğlərin həddindən artıq şişirdilməsini aşkar şəkildə göstərir. Həmçinin borc məbləğlərin düzgün hesablanılmaması iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə müəyyən edilə bilər. Yuxarıda qeyd edildiyi kimi qalıq borcunun məbləği barədə mübahisə olduğuna görə iddiaçı banka xx.xx.2023-cü il tarixdə rəsmi müraciət edərək icra qeydinin aparılmasına etiraz etmişdir. İcra qeydinin verilməsinə etiraz edərək məsələnin məhkəmədə həllinə çalışsa da, bank yenə də əsassız hesabladığı məbləğlər əsasında icra qeydinin verilməsi üçün notariusa müraciət etmişdir Notariuslar tərəfindən aparılan icra qeydləri qanunsuz olmuşdur, buna görə də ləğv olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və bildirdi ki, bank tərəfindən bildiriş xx.xx.2023-cü il tarxidə MMC-yə göndərilmiş, MMC isə xx.xx.2023-cü il tarixdə bildirişi almasına baxmayaraq, xx.xx.2023-cü il taridə etiraz ərizəsini banka göndərmişdir. Bununla da MMC tələb edilən 20 gün müddəti ötürmüşdür. Buna görə də bank haqlı olaraq həmin etiraz ərizəsini notariat orqanına təqdim etməmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının icra qeydinə etirazı onlara 20 günlük müddət keçdikdən sonra daxil olmuş, ona görə də müddət ötürüldüyü üçün notariusa təqdim edilməmişdir, həmçinin icra qeydinin aparılması barədə çıxarışı notariusa təqdim etməyi ehtiyac görməmişlər. Cavabdeh Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X6 məhkəmə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələrinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçı, digər cavabdehlər və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-8886 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçınə məxsus ipoteka predmeti olan Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, mənzil 17, Yeni qaydalarla: AZ142, Bakı şəh, Xətai rayonu, Qaçaq Nəbi küç, 47, M6, m1 ünvanda yerləşən ümumi sahəsi 270.40 m2 olan mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir.(öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 205049.79 manat əsas borc, 13250.46 manat faiz borcu , 894.82 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 219195.07 manat təşkil edir.) İş materiallarında olan Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ- 3729 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçınə məxsus ipoteka predmeti olan X1 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.0615 torpaq sahəsi və üzərində ümumi sahəsi 150.30 m2 olan bag evi ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir.(Öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 205049.79 manat əsas borc, 13250.46 manat faiz borcu , 894.82 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 219195.07 manat təşkil edir.) İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ- 8886 saylı xx.xx.2023-cü il tarixli, icra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə X5. "VEGA-1” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ipoteka predmeti olan 21 iyun 2022-ci il tarixli 113-MFG-317 sayli Girov Müqaviləsinə və Akta əsasən Abşeron. Xırdalan Şəh. H.Əliyev Pr. Ev.3, Döngə 4 ünvanında yerləşən VEGA-1 MMC-yə məxsus 3254 ədəd Avadanlıqları və mal qalığı 1 ədəd “Ford Transit" avtomobilinə tutma yönəldilməlidir.(Öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 194309.99 manat əsas borc, 13503.12 mant faiz borcu, 1516.33 mant dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 209329.44 manat təşkil edir.) İş materiallarında olan Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ- 3900 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçınə məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən İstehsal avadanlıqları ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir.(öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70355.04 manat əsas borc. 4700.36 manat faiz borcu , 2142.41 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 77197.81 manat təşkil edir.) İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ- 10218 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASCnin xeyrinə İddiaçınə məxsus ipoteka predmeti olan 1) Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, Menzil 17, Yeni qaydalarla: AZ1142, Bakı şəh, Xətai rayonu, Qaçaq Nəbi küç, 47, M6, m1). 2) ünvan 2 ünvanında yerləşən 0.0615 torpaq sahəsi və üzərində yerləşən 150.3 kv.m olan bağ evi əmlaklara tutma yönəldilməlidir. (Öhdəliyi müəyyən edən 1**-MF- *** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 149999.46 manat əsas borc, 5749.98 manat faiz borcu , 3020.82 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 158770.26 manat təşkil edir.) İş materiallarında olan xx.xx.2023-cü il tarxili, bildirişdən görünür ki, borclu İddiaçı MMC bank tərəfindən borcun ödənilməsi üçün xəbərdar edilmiş, borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cİ maddəsinin tələblərinə əsasən təlebkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı MMC şirkəti Cavabdeh2 ASC-ni aralarında bağlanmış kredit müqavilələri üzrə irəli sürülən əsas borc və faiz borcu düzgün hesablanmamış və əsassız olaraq şişirdilməsi, həmçinin ipoteka predmeti olan əmlakın qiyməti dəyərindən çox aşağı göstərilməsi və hazırda kredit borcu və ipoteka ilə bağlı mübahisə olduğuna dair etiraz ərizəsi göndərmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh2 ASC ilə müqavilə bağlayaraq kredit götürmüş, həmin müqavilələrin təminatı kimi müxtəlif əmlakları ipoteka ilə yüklü etmişdir. Borc vaxtında ödənilmədiyinə görə bank ilk olaraq İddiaçı MMCyə borcun ödənilməsinə dair bildiriş göndərmiş, ödənilməyəcəyi təqdirdə icra qeydinin verilməsinə dair notariat ofisinə müraciət edəcəyini bildirmişdir. Bankın bildirişinə şirkət xx.xx.2023-cü il tarxidə etiraz ərizəsi göndərmişdir. Bank ərizə ilə notariat orqanına müraciət etmiş, Abşeron rayonu 1 saylı və 2 saylı Notariat Ofisiləri tərəfindən 8İ-4035 saylı xx.xx.2020-ci il tarixli, 8İ-3729 saylı xx.xx.2023-cü il tarixli, 8İ-8886 saylı xx.xx.2023-cü il tarixli, 8İ-3900 saylı xx.xx.2023-cü il tarixli və 8İ-10218 saylı xx.xx.2023-cü il tarixli icra qeydləri verilmişdir. Hazırda İddiaçı MMC cavabdehlər Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X12, Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X6 və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-8886 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-8896 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-10218 reyestr nömrəli icra qeydlərinin; cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-3729 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-3900 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində İddiaçı MMC icra qeydinin ləğv edilməsinə əsas kimi 5 dəlil irəli sürmüşdür: 1) qanunvericiliyin tələblərinə əsasən icra qeydi o halda aparıla bilər ki, bank tərəfindən tələb olunan borcun məbləği mübahisəsiz olsun, 2) icra qeydinin aparılması üçün bank tərəfindən notariusa borcla bağlı heç bir sənəd təqdim edilməmiş, notarius isə bankın müraciətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını müvafiq sənədləri təhlil edərək yoxlamadan icra qeydi vermişdir, 3) bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə icra qeydi verəcəyinə dair iddiaçıya ümumiyyətlə bildiriş göndərməmişdir, 4) Notarius verdiyi icra qeydində səlahiyyətini aşaraq qanunvericiliyin ona verdiyi hədlərdən kənara çıxmışdır, 5) 1**-MF-*** nömrəli girov müqaviləsi 1**-MF-*** nömrəli kredit müqaviləsinin təminatı olmamışdır. Yəni 1**-MF-*** nömrəli girov müqaviləsisinin 1**-MF-*** nömrəli kredit müqaviləsi ilə heç bir hüquqi bağlılığı yoxdur. Belə bir vəziyyətdə 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə borcun onun təminatı olmadığı halda 1**-MF-*** nömrəli girov müqaviləsinə yönəldilməsi qanunsuz olmuşdur. İddiaçının dəlillərinə əsasən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Təlimatın 162-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Həmin Təlimatın 169-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunu 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, tələbkar tutmanın ipoteka predmetinə yönəlməsi ilə bağlı borcluya bildiriş göndərməmiş, məlum icra qeydləri verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilmiş, tələbkar tərəfindən işin mübahisəli olduğuna dair məlumat notariusa təqdim edilməmiş, notarius isə bununla bağlı heç bir araşdırma aparmadan icra qeydi vermişdir. İşdəki xx.xx.2023-ci il tarixli bildirişdən görünür ki, kreditor Cavabdeh2 ASC tərəfindən borclu İddiaçı MMC-yə borcunun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin borcun 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağını qeyd etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri məlum icra qeydlərinin ləğv edilməsi üçün əsasdır. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-8886 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-8896 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-10218 reyestr nömrəli icra qeydləri və Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-3729 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-3900 reyestr nömrəli icra qeydləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-8886 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-8896 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-10218 reyestr nömrəli icra qeydləri və Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-3729 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-3900 reyestr nömrəli icra qeydləri ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar