Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2564/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin əmlak hüquqlarındakı paylara uyğun bölgüsü, açıq hərracın keçirilməsi ilə bağlı gələcək xərclərin də əmlak hüquqlarındakı paylara uyğun bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin əmlak hüquqlarındakı paylara uyğun bölgüsü, açıq hərracın keçirilməsi ilə bağlı gələcək xərclərin də əmlak hüquqlarındakı paylara uyğun bölgüsü tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyriyaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölgüsü, açıq hərracın keçirilməsi ilə bağlı gələcək xərclərin də əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq bölgüsü haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixinə saat 15:30-a təyin olunmuş, xx.xx.2025-ci il tarixinə saat 11:00-a təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmçinin, Mülki Prosessual Məcəllənin: 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin əmlak hüquqlarındakı paylara uyğun bölgüsü, açıq hərracın keçirilməsi ilə bağlı gələcək xərclərin də əmlak hüquqlarındakı paylara uyğun bölgüsü tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbzlə ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2564/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2564/2025
30.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver