Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-258/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin sığorta qaydasında tutulması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı «xxxx» ASC-nin xeyrinə dəymiş ziyana görə 21636,66 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh tərəfindən idarə olunan ** RE *** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixində «xxxx» ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** HN *** dövlət qeydiyyat nişanlı «Mazda 6» markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar sürücü Cavabdeh təqsirli bilinmiş və X3 327.1-ci maddəsinə uyğun olaraq cərimə edilmişdir. «xxxx» ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** HN *** dövlət qeydiyyat nişanlı «Mazda 6» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 26497,66 manat müəyyən edilmişdir. «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 26497,66 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığota edən “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə məbləğdən 4861,00 manat məbləğində sığorta ödənişi «xxxx» ASC –nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 21636,66 manat məbləğində vəsaitin «xxxx» ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Həmçinin o, iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, ekspertizanın rəyini nəzərdən keçirərkən aşkar şəkildə ona məlum olmuşdur ki, ekspert dəymiş zərərlə bağlı rəy verərkən birmənalı olaraq "xxxx“ ASC-nin maraqlarını nəzərə almadan qərəzli mövqedən çıxış edərək zərər dəymiş nəqliyyat vasitəsinin dəyişdirilmiş ehtiyat hissələrini bazar dəyərindən aşağı, demək olar ki, bazarda mövcud olmayan qiymətlərlə qiymətləndirmişdir. Belə ki, xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisə nəticəsində ** HN *** dövlət qeydiyyat nişanlı Mazda 6 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın miqdarı 22540,00 manat zərər dəymişdir.(görülən işlər 3192,72 manat+ehtiyyat hissələri 19347,67 manat). Ekspert qarşısında qoyulmuş sual nəqliyyat vasitəsinin təmirinə və ehtiyat hissələrinə nə qədər ziyan dəyməsi ilə bağlıdır. Belə ki, ekspert nəqliyyat vasitəsinin ehtiyat vasitələrinə dəymiş zərəri ümumilikdə 22540,00 manat qiymətləndirməklə, sonra həmin nəticəyə 4% faiz olmaqla 4 il köhnəlmə tətbiq etmişdir. Halbuki, zərər dəymiş avtonəqliyyat vasitəsinin buraxlış ili 2015-ci il olmaqla istismar müddəti 4 il olmuşdur. Qanunvericiliyin tələbinə əsasən isə avtonəqliyyat vasitəsinə 2 il müddətinə köhnəlmə faizi tətbiq edilə bilməz. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları" nın təsdiq edilməsi haqqında qərarına əsasən, köhnəlmə əmsalı sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Bu hallarda isə sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: avtomobilin tam məhvi və avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Köhnəlmə əmsalı bu qaydada hesablanır: bu Qavdalann 35.4-cü bəndinə uyğun olaraq, avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı (hər keçilmiş 1000 kilometrə görə faizlə); istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki keçilmiş məsafə (min kilometrlə), bu Qaydaların 35.5-ci bəndinə uyğun olaraq, avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı (hər istismar ilinə görə faizlə); L - istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki istismar müddəti (ili). Həmçinin ekspert rəy verərkən hansı detala köhnəlmə tətbiq olunduğuna diqqət yetirmədən bütün detallara, köhnəlmə tətbiq etmişdir. Ekspert rəyində qeyd olunur ki, “Aparılmış ekspert Tədqiqatı zamanı Mərkəz tərəfindən işləni hazırlanmış “"Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi"nə dair metodik vəsaitdən istifadə edilmişdir”. Lakin istifadə olunmuş qeyd olunan “metodik vəsait'' in hansı qanunvericilik əsasında tərtib olunması və nəyə əsaslanması qeyd olunmamışdır. Buradan aydın görünür ki, ekspert yalnız öz mülahiələrinə əsasən qiymət müəyyənləşdirmişdir. Nəticədə 2915,00 manat azalma müşahidə edilmişdir. Bundan əlavə, ekspert tərəfindən çıxarılmış qiymət ƏDV-siz olaraq göstərilmişdir. Yəni zərərçəkmiş avtonəqliyyat vasitəsinin təmiri zamanı ödənilməli olan dövlət vergisi nəzərə alınmamışdır. Beləki çıxarılmış yekun məbləğ üzərinə 18 faiz ƏDV hesablanmalıdır. Göründüyü kimi ekspert rəyinində köhnəlmə faizi 2 ilə münasibətdə yanlış olaraq 4 ilə tətbiq olunmuş, həmçinin ƏDV hesablanmamışdır. Həmçinin zərər dəymiş detallara köhnəlmə tətbiq etmədən ilkin bazar qiymətini müəyyənləşdirməli idi. O halda ekspertizanın rəyi əsaslı hesab edilə bilərdi ki, ekspertizanın özü zərər dəmiş və dəyişdirilmiş ehtiyat hissələrini bazar qiyməti ilə qiymətləndirib köhnəlmə tətbiq edərdi. Buradan aydın şəkildə görünür ki, ekspertin rəyi həqiqəti əks etdirməməklə yanaşı qanunu və əsaslı deyildir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 904-cü maddəsinə (Sığorta məbləği) əsasən, Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği qanunvericiliklə və ya sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2-cu maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır O cümlədən həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rə\i məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur) müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən o, ekspertizanın gəldiyi nəticəyə əsaslanmadan iddia ərizəsinə əlavə olunmuş sübutlara qiymət verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, ekspert rəyində qiymətlər şişirdilmişdir. Hətta dəyişilməsi vacib olmayan detalların qiyməti də rəydə qeyd edilmişdir. Turbo.az saytında maşının qiymətinə nəzər salarkən görünür ki, maşının təmiri üçün nəzərdə tutulan məbləğ maşının öz qiymətindən bahadır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5158 №-li ekspert rəyindən görünür ki, «xxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Mazda 6» markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19625,0 manat müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-2535/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5158 saylı ekspert rəyindən məlum olur ki, «xxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Mazda 6» markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrimnə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19625,0 manat müəyyən edilir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh idarə etdiyi «Opel Astra» markalı, ** RE *** qeydiyyat nişanlı avtomobili sığortalayan “xxxx” ASC tərəfindən «xxxx» ASC-yə dəymiş ziyana görə 4861,00 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 19625,0 manat, “xxxx” ASC tərəfindən ödənilmiş 4861,00 manat çıxılmaqla, qalan 14764,00 manat məbləğində pul Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməlidir. "Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüquqi (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə almaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalanmış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə «digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi çəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası cıranı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar «niəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki hüquq pozuntusu (delıkt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd ənəli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Miiiki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə’hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx xxxxxx 2021-ci il tarixli, 9/5158 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 68,23 manat Cavabdeh, 31,76 manat isə «xxxx» ASC-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30,40 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 20,47 manat cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında iddaçı«xxxx» ASC-in xeyrinə dəymiş ziyana görə 14764,00 manat və iddia qaldırılması üçün ödənilmiş 20,47 manat dövlət rüsumu tutulsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx xxxxxx 2021-ci il tarixli, 9/5158 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib 68,23 manat Cavabdeh, 31,76 manat isə iddiaçı «xxxx» ASCndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-258/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-258/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver