Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2630/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X14 Səfiyevanın sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 nümayəndəsi X5, Cavabdeh2 və Cavabdeh3 və onların vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-25/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 mart 2015-ciil tarixdə X9 ilə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 06 yanvar 2016-cı il təvəllüdlü X10 adlı övladları olmuşdur. 10 dekabr 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı X9 “Böyrəklərin respirator pozğunluq sindromu” səbəbi ilə vəfat etmişdir. 06 yanvar 2016-cı il təvəllüdlü X10 iddiaçının himayəsindəşdir. Hal-hazırda iddiaçı qızı ilə birlikdə valideynləri ilə birlikdə yaşayır. Həyat yoldaşının valideynləri Cavabdeh2 və Cavabdeh3 “uşaqla ünsiyyətdə olma ilə bağlı maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-3773/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)- 3773/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı övladının nə babası, nə də nənəsi ilə görüşməyinə heç bir hal və vasitə ilə maneə olmamışdır. Lakin, Cavabdeh2 və Cavabdeh3 nədənsə nəvələri ilə görüşmələrində hər hansı bir maneə olmamasına baxmayaraq, yenidən Cavabdeh1nə müraciət etmişlər. İddiaçı Komissiyanın iclasında iştirak edərək qızının ağır şəkərli diabet xəstəsi olmasını, gündəlik müəyyən rejimlə qidalanması, iynə-dərman qəbul etməsi barədə məlumat vermişdir. Həmçinin, bir daha vurğulamışdır ki, qızının nənə-babası ilə görüşməsinə heç bir etirazı yoxdur. Sadəcə olaraq gündəlik rejimini, qızının xəstəliyini, həftə içi 5 gün məktəbə getməsini nəzərə almalarını, həftənin yalnız bir günü olmaqla şənbə günü 4-5 saat görüş vaxtının verilməsini xahiş etmişdir. Bununla belə Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarına əsasən Komissiya Cavabdeh2 və Cavabdeh3 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsini qərara almışdır. X10 ağır şəkərli diabet xəstəsidir. İddia ərizəsinə əlavə edilmiş X1 X12 X15 X3 də görünür ki, X8 “Şəkərli diabet, 1 tip-insulindənaslı, labil gedişli və ağırlaşdırıcı hal kimi Diabetik lipodistrofiya diaqnozu” qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq Kərimzadə Xədicəyə xüsusi nəzarət olunmalı, gün ərzində xüsusi pəhrizlə qidalanmalı, günün müəyyən saatlarında (8:00, 13:00, 18:00, 20:00) qanda şəkərə və yeməkdə karbohidrata görə insulin miqdarı təyin olmaqla iynələr vurulmalıdır. Bu səbəbdən də, azyaşlı Xədicənin qərarda qeyd edildiyi kimi uzun müddət çərçivəsində nənə və babası ilə görüşün müəyyən edilməsi birbaşa olaraq uşağın səhhətində ciddi təhlükələr yarada bilər. Bundan əlavə, qərarda qeyd edilmişdir ki, həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək uşağın nənə-babası ilə ünsiyyətdə olması onun gələcək həyatına müsbət nəticələrə səbəb ola bilər. Sual yarana bilər ki, bəs Xədicə nə zaman dincəlməli, nə zaman dərsləri ilə məşğul olmalıdır? Əlbəttə ki, iddiaçı da bir ana kimi övladının öz nənə, baba qayğısı ilə böyüməsini istəyir. Lakin Xədicə məktəblidir. Cavabdeh3 da, həmin məktəbdə müəllimə işləyir, həftədə 2-3 dəfə nəvəsi Xədicəyə dərs deyir, demək olar ki, hər gün onu görür. İddiaçı özü də müəllimədir, övladının təhsili ilə özü məşğul olur, onun qayğısına qalır, onu yaxşı böyütmək, cəmiyyət və dövlət üçün layiqli vətəndaş kimi formalaşdırmaq üçün əlindən gələni edir. Uşaq atası rəhmətə getdikdən sonra çox sarsıntı keçirtmiş, mənəvi cəhətdən iddiaçıya daha çox bağlanmışdır. Xədicənin azyaşlı olması, səhhətindəki problemlərin ağır olması, gün ərzində 4 dəfə iynə vurulması, xüsusi nəzarətdə olması halları nəzərə alınmalıdır. Bu baxımından da həftə içi görüş vaxtının müəyyən edilməsi uşağın mənafeyinə ziddir. Cavabdeh1 X4 İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyası qeyd etdiyimiz halları nəzərə almadan müvafiq rəy vermişdir. Belə ki, Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K28/2-099/2t/1 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alımışdır. Qərar onunla əsaslandırılmışdır ki, Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2- 099/2- t/1 saylı qərarı inzibati akın əlamətlərini özündə əks etdirmir və inzibati akt deyildir. Həmin qərar inzibati akt olmadığından inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Həmçinin müvafiq qaydada iddiaçı Cavabdeh1nə müraciət edilmiş və məhkəməyə müraciət etmək məqsədəmüvafiq hesab edilmişdir. Bu səbəbdən də halhazırki iddia ərizəsi məhkəməyə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkilinümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdehlərin uşaqla ünsiyyətinə olan maneçiliyin aradan qaldırılması barədə məhkəmə qətnaməsi vardır. Cavabdeh1 cavabdehlərin nəvəsi ilə ünsiyyətdə olmasına dair qərarı məhkəmədə mübahisələndirilə bilməz, Həmin Qərar sübut növü kimi qiymətləndirilə bilər. Odur ki, iddia tələbi əsassızdır, təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər Cavabdeh1n nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, baba və nənəyə nəvəsi ilə görüş verilməsi barədə qərar qəbul edilərkən komissiya tərəfindən bütün hallar, eyni zamanda uşağın xəstəlikdən əziyyət çəkməsi nəzərə alınmışdır. Nənə müəllimə olduğundan uşaq ilə ünsiyyətdə olarkən onun təhsili ilə də məşğul ola bilər.Odur ki, iddia tələbi əsassızdır, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 arasında 10 mart 2015-ci ildə rəsmi nikah bağlanmış, arvada Kərimova soyadı verilmişdir. Mülki işin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 685728 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 06 yanvar 2016-cı ildə Sumqayıt şəhərində anadan olmuş, atası X9, anası İddiaçıdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci ildə “Böyrəklərin respirator pozğunluq sindromu” səbəbi ilə vəfat etmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2t/1 saylı qərarının surətindən görünür ki, Komissiya, Cavabdeh3 və Cavabdeh2 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsini qərara almışdır. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı rəy müvafiq məhkəmə tərəfindən mübahisələndirilir və hüquqi qiymət veriləcəkdir. Mülki işin materiallarında olan X1 X16 tərəfindən verilmiş X15 X3 görünür ki, 06 yanvar 2016-cı il təvəllüdlü X8 şəkərli diabet 1 tip insulindənasılı, labil gedişli diaqnozu qoyulmuşdur. Tövsiyyələr: 1. İnsulinterapiya: 8:00, Novorapid: 5 V; 13:00, Novorapid-5V; 18:00, Novorapid-5V, 20:00 Tresiba 6V Bolyus insulini (Novorapid) qanda şəkərə görə və yeməkdə karbohidrat sayına görə korreksiya olunmalıdır. 2. Pəhriz, özünənəzarət (qanda qlükozaya sutkada 4-6 dəfə nəzarət). 3. 3 aydan bir qanda HbA1c kontrolu. 4. Endokrinologun, nefrologun nəzarəti. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-3773/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı uşaqla ünsiyyətdə olma ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya M/əhkəməsinin 2(105)- 2344/2022 saylı qərardadının surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 3773/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin e-2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 06 yanvar 2016-cı il təvəllüdlü X10 ilə ünsiyyətdə olmasına cavabdeh İddiaçı tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarına əsasən Komissiya, Cavabdeh3 və Cavabdeh2 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsini qərara almışdır.İddiaçı Cavabdeh1nə 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi barədə müraciət etmiş, Lakin Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı rəy müvafiq məhkəmə tərəfindən mübahisələndirilir və hüquqi qiymət veriləcəkdir kimi məzmunda cavab verilmişdir. Hazırda iddiaçı İddiaçı Cavabdeh1nə,Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd etmişdir ki, o qızının baba nənəsi ilə ünsiyyətdə olmasına maneə yaratmır, lakin qızı şəkərli diabet xəstəsidir və xüsusi nəzarət tələb olunur, uşağın gündəlik rejimini, xəstəliyini, həftə içi 5 gün məktəbə getməsini nəzərə almaqla həftənin yalnız bir günü olmaqla şənbə günü 4-5 saat görüş vaxtının verilməsinə etiraz etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X1 X16 tərəfindən verilmiş X15 kartasından çıxarış epikrizinə əsasən 06 yanvar 2016-cı il təvəllüdlü X8 şəkərli diabet 1 tip insulindənasılı, labil gedişli diaqnozu qoyulmuşdur. Ona 1. İnsulinterapiya: 8:00, Novorapid: 5 V; 13:00, Novorapid-5V; 18:00, Novorapid-5V, 20:00 Tresiba 6V Bolyus insulini (Novorapid) qanda şəkərə görə və yeməkdə karbohidrat sayına görə korreksiya olunmalıdır. 2. Pəhriz, özünənəzarət (qanda qlükozaya sutkada 4-6 dəfə nəzarət). 3. 3 aydan bir qanda HbA1c kontrolu. 4. Endokrinologun, nefrologun nəzarəti tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların nəvəsi ilə ünsiyyətdə olmaq hüququna malikdirlər. Lakin nəvəsi 06 yanvar 2016-cı il təvəllüdlü X8 şəkərli diabet 1 tip insulindənasılı, labil gedişli diaqnozu qoyulmuş və xüsusi nəzarət tələb olunur. Beləliklə, məhkəmə uşağın hüquq və mənafelərini, səhhətinin vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarı qəbul edərkən işin qeyd edilən hallarını nəzərə almadığından qeyd edilən qərar qismən - Cavabdeh3 və Cavabdeh2 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarı qismən - Cavabdeh3 və Cavabdeh2 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2630/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2630/2023
12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver