Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2656/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Məhkəmənin əvvəlki iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1,Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC-yə qarşı kredit müqaviləsi borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC-yə qarşı kredit müqaviləsi borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 6846.83 manat faiz borcu olmaqla, cəmi borcu 51148.73 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 231 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASCninxeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 2 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 oğluna 108 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 55909.00 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi ilə xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 2 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh1 Banka 44301.90 manat əsas borc, 6846.83 manat faiz borcu olmaqla, cəmi borcu 51148.73 manat təşkil edir. Cavabdeh1 oğluna kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 oğlu borc öhdəliyini icra etmir, buna görə də borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Sonradan, iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 231 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün 17.51 manat dövlət rüsumu, habelə 0.80 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 2 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzil boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını iştirakı olmadan keçirərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, lakin maddi imkanı aşağı olduğundan ödəniş edə bilmədiyini bildirərək, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 saylı Təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” "xxxx" ASC “Borcalan”a Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında imzalanmış 29 iyun 2017-ci il tarixli 7981 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 46770 (qırx altı min yeddi yüz yetmiş) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29 iyun 2017-ci il tarixli, 7981 №-li Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Həmin müqavilənin 5.3, 5.4 və 7.3-cü bəndlərinə əsasən “Borcalan”a kredit 227 ay müddətinə verilir, kreditin müddəti 29 may 2036-cı il tarixdə bitir və kredit üzrə əsas borc və faizlər aylıq 459.70 manat məbləğində bərabər hissələrlə ödənilir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29 iyun 2017-ci il tarixli, 7981 №-li Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 29 iyun 2017-ci il tarixli, 7981 №-li Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29 iyun 2017-ci il tarixli, 7981 №-li Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. İş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2036-cı il tarixinə kimi hər ay banka 459.70 (sonuncu ay 402.92 manat) manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 arasında bağlanmış 667-xx-xx-2017-AF-X3 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə 44301.90 manat əsas borc, 6846.83 manat faiz borcu olmaqla, cəmi borcu 51148.73 manat kredit borcu vardır. İş materiallarında olan 25 iyul 2019-cu il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC «Binəqədi» filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 38.9 kv/m, yaşayış sahəsi 19.8 kv/m, yardımçı sahəsi 39.3 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 52000 (əlli iki min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanı "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 181 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən Azərbaycan Beynəlxalq Bankı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli ərizəniz Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuşdur. Bununla bağlı bildirilmişdir ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 18 ünvanında yerləşən **********21- 05301-093053 reyestr nömrəli 66 saylı mənzil üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat kredit borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cıı məhəllə, 18 saylı evin 66 saylı mənzilinin bazar dəyəri 45000.00 (qırx beş min) manat, likvid dəyəri 43000.00 (qırx üç min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 bank qarşısında, digər borclu Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar, ona görə də, iddia tələbi hər iki cavabdehlərə münasibətdə əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi kredit borcu hissəsində təmin edilərək cavabdehlər Cavabdeh1, cavabdehlər Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan ünvan 2 ünvanına yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, hərracdan satılandan bir ay sonra Cavabdeh1 əmlakları ilə birlikdə həmin evdən çıxarılmalıdır. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, əmlakın likvid dəyəri mütəxəssis rəyi ilə müəyyən edilmiş 43 000 (qırx üç min) manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə istifadə hüquqlarına xitam verilməsinə və alıcıya təhvil verilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, tələb ipoteka predmetinə yönəldildiiyindən və bu hissədə iddia təmin edildiyindən iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 231 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün 17.51 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 46.45 manat dövlət rüsumu, habelə 0.80 manat xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 248,51 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün 17.51 manat dövlət rüsumu, habelə 0.80 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaiti tutulmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 2 ünvanı açıq hərracdan satılmalı, mənzilin likvid dəyəri 43000 manat müəyyən edilməli, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməli, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməli, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməli, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılmalı, mənzil boşaldılaraq təhvil verilməli, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. "xxxx" MMC-nin məhkəmə xərcinə görə 300 manat məhkəmə xərci vardır. İddia təmin edildiyindən həmin məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən bərabər qaydada hər birindən 100 manat olmaqla tutulub qiymətləndiriciyə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 248,51 manat dövlət rüsumu, habelə 0.80 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 2 ünvanı açıq hərracdan satılsın, mənzilin likvid dəyəri 43000 manat müəyyən edilsin, nəticədə əldə olunacaq vəsait hesabına ödənilsin. İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüququna xitam verilsin, yaşayış sahəsindən ən geci bir ay ərzində əmlakları ilə birlikdə çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" MMC-nin hər birindən 100 manat olmaqla , cəmisi 300 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin Kapital Bank ASC-nin İnşaatçılar filialı H/h AZ37NABZO**********00000C**********226 SAYLİ hesabına köçürülsün. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2656/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2656/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver