Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2663/2023 27.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə Qurbanəli oğlunun, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi, maddi və mənəvi ziyan tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı hasarın sökülməsi, maddi və mənəvi ziyan tələbinə qarşılıqlı iddia tələbinə dair mülki işə 27 dekabr 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkləməyə müraciət edərək ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ona məxsus evinin həyətyanı torpaq sahəsinin sərhədində ortaq divara bitişik tikilmiş 15 metr uzunluğunda daş divarın tikinti normalarından artıq hissəsinin və həmin daş divarın üzərində metal konstruksiyadan quraşdırılmış uzunluğu 15 metr, ümumi hündürlüyü 4.5 metr təşkil edən divarın cavabdeh X3 tərəfindən öz vəsaiti hesabına sökülməsi, bütün həyətyanı torpaq sahəsinin sərhədi boyu ortaq divara bitişik əkilmiş 20 şam ağacının yerinin cavabdehin öz vəsaiti hesabına dəyişdirilməsi, ona vurmuş olduğu 6000 (altı min manat maddi və 2000 (iki) min manat mənəvi ziyan ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı hasarın sökülməsi, maddi və mənəvi ziyan tələbinə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsini, Abşeron rayonu, Fatmayı kəndində ona məxsus evin qonşuluğunda cavabdeh İddiaçı evinin həyətində- ortaq divara bitişik yaya mətbəxinin, ortaq divara bitişik tikilmiş (besedka) istirahətgahının tikilməsi ilə bağlı qüvvədə olan tikinti normaları kobud şəkildə pozulduğuna görə və onun evi üçün real yanğın hadisəsinə səbəb ola biləcək təhlükəli mənbə kimi cavabdehin hesabına sökülməsi, həmçinin cavabdehin evinin həyətində- ortaq divara bitişik vəziyyətdə əkilmiş müxtəlif ağacların cavabdehin hesabına çıxarılaraq yerlərinin dəyişdirilməsi, 3500 manat maddi ziyan və 2500 manat məbləğində mənəvi ziyanın İddiaçı tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə Qurbanəli oğlu və cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili-nümayəndəsi Vəkil2 tərəflər arasında mübahisənin könüllü həll olunduğunu, bu əsasda barışıq sazişi bağladıqlarını və məhkəmədən tərəflər arasında bağlanan barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Tərəflər arasında bağlanan barışıq sazişinin məzmunu aşağıdakı kimidir. .1 .1 X5 öhdəlikləri: 1.1.1.ünvan 2 ünvan 17-də yerləşən İddiaçı məxsus evinin yerləşdiyi həyətyanı torpaq sahəsini onun, yəni cavabdeh R.Məsimova məxsus həyətyanı lorpaq sahəsindən ayıran uzunluğu 15 metr, hündürlüyü isə 2 metr 40 sm təşkil edən daşla hörülmüş hasarın üstündən quraşdırılmış uzunluğu 15 metr, ümumi hündürlüyü isə təxminən 4.5 metr olan metal konstruksiyanın üzərindən axan yağış sularının İddiaçı evinin divarlarını rütubətləndirməsinin qarşısını almaq məqsədilə həmin konstruksiyanın aşağı hissəsindən 15 metr uzunluğunda nov quraşdırmasını öhdəsinə götürür. 1.1.2. ünvan 2 ünvan 17-də yerləşən İddiaçı məxsus evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə qonşuluqda həmsərhəddə yerləşən, yəni cavabdeh R.Məsimova məxsus həyətyanı torpaq sahəsində əkilmiş çoxillik şam ağaclarının qurumuş budaqlarının, yarpaqlarının və digər qırıntılarının İddiaçı həyətinə tökülərək zibillənməsinin qarşısını almaq məqsədilə mövsümü olaraq ağacların budaqların budanmasını öhdəsinə götürür. 1.1.3 Hazırda Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-2663/2023 nömrəli mülki iş üzrə qarşılıqlı iddia ərizəsindən imtina edir. 1.1 İddiaçı oğunun öhdəliyi: 1.1.1 Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-2663/2023 nömrəli mülki iş üzrə cavabdeh X1 qarşı daş hasarın üzərində inşa edilmiş metal koııstruksiyalı divarın cavabdehin ö/ vəsaiti lıesabma sökülməsi, daş hasarın dibində əkilmiş ağacların cavabdehin öz vəsaiti hesabına yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbindən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlandığından və bu barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmadığından barışıq sazişi sazişdə göstərildi qaydada məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia üzrə tərəflərin ödəmiş olduqları dövlət rüsumu özlərinə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci bərabər qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi, maddi və mənəvi ziyan tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı hasarın sökülməsi, maddi və mənəvi ziyan tələbinə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ilkin iddiaçının və qarşılıqlı iddiaçının iddia tələbindən imtinaları qəbul edilsin. Tərəflər arasında bağlanan barışıq sazişi aşagıdakı qaydada təsdiq edilsin. “.1 .1 X5 öhdəlikləri: 1.1.1.ünvan 2 ünvan 17-də yerləşən İddiaçı məxsus evinin yerləşdiyi həyətyanı torpaq sahəsini onun, yəni cavabdeh R.Məsimova məxsus həyətyanı lorpaq sahəsindən ayıran uzunluğu 15 metr, hündürlüyü isə 2 metr 40 sm təşkil edən daşla hörülmüş hasarın üstündən quraşdırılmış uzunluğu 15 metr, ümumi hündürlüyü isə təxminən 4.5 metr olan metal konstruksiyanın üzərindən axan yağış sularının İddiaçı evinin divarlarını rütubətləndirməsinin qarşısını almaq məqsədilə həmin konstruksiyanın aşağı hissəsindən 15 metr uzunluğunda nov quraşdırmasını öhdəsinə götürür. 1.1.2. ünvan 2 ünvan 17-də yerləşən İddiaçı məxsus evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə qonşuluqda həmsərhəddə yerləşən, yəni cavabdeh R.Məsimova məxsus həyətyanı torpaq sahəsində əkilmiş çoxillik şam ağaclarının qurumuş budaqlarının, yarpaqlarının və digər qırıntılarının İddiaçı həyətinə tökülərək zibillənməsinin qarşısını almaq məqsədilə mövsümü olaraq ağacların budaqların budanmasını öhdəsinə götürür. 1.1.3 Hazırda Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-2663/2023 nömrəli mülki iş üzrə qarşılıqlı iddia ərizəsindən imtina edir. 1.1 İddiaçı oğunun öhdəliyi: 1.1.1 Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-2663/2023 nömrəli mülki iş üzrə cavabdeh X2 qarşı daş hasarın üzərində inşa edilmiş metal konstruksiyalı divarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, daş hasarın dibində əkilmiş ağacların cavabdehin öz vəsaiti hesabına yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbindən imtina edir.” İddiaçı 25 manat və Cavabdeh 25 manat məbləğində pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2663/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2663/2023
27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver