Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2734/2021 01.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1 ASC-nin vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh Abşeron Rayonu Məmmədli Bələdiyyəsinin nümayəndəsi X3, Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Abşeron Rayonu Məmmədli Bələdiyyəsi, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, 1 saylı Notariat Ofisi və X6 qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC-dən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Maliyyə Nazirliyindən və Abşeron rayonu Məmmədli Bələdiyyəsindən müştərək qaydada 65200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı 11 noyabr 2011-ci il tarixində notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə X5 Abşeron rayonunun Məmmədli kəndində yerləşən ölçüsü 0,06 ha olan torpaq sahəsi almışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon notariusu tərəfindən təsdiq olunmuşdur. Həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən 10.03.2012-ci il tarixli MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı yaşayış məntəqələrinin torpaqlarına aid olduğuduna görə həmin torpaqda tikinti normalarına uyğun olaraq yaşayış sahəsi tikmək istəmişdir. Lakin bir müddətdən sonra Cavabdeh1 ASC tərəfindən torpaq sahəsinin yaxınlığında “brat” yarımstansiyası elektrik verilişi xətləri tikilmişdir. Buna görə də torpaq sahəsində yaşayış sahəsi tikmək mümkün olmamışdır. Bu fakt Cavabdeh1 ASC tərəfindən də təsdiq olunmuşdur. Belə ki, Cavabdeh1 ASC-dən göndərilən 10.02.2014-cü il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 saylı Sərəncamı ilə təsduq edilmiş “Azərbaycan Respublikasının yanacaqenerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqram” çərçivəsində 1 kV-luq “Zabrat” yarımstansiyasının və 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sənaye Qovşağı YS, mqayıt ES” elektrik verilişi xətlərinin layihə əsasında tikintisi işləri planlaşdırılmışdır. 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisi üçün Abşeron rayonun Məmmədli bələdiyyəsi ərazisində 5,15 ha torpaq əsinin Cavabdeh1 ASC-nin mülkiyyətinə ayrılması barədə 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı imzalanmış, 220 kV-luq hava xətlərinin trassası rayon icra hakimiyyətləri, respublikanın digər müvafiq orqanları razılaşdırılmışdır. Həmin dövrdə yarımstansiyanın tikintisi üçün ayrılmış ərazinin ətrafında həva xəttinin tikintisi üçün müəyyənləşdirilmiş hissədə heç bir tikili olmamışdır. Lakin sonradan qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq, 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisi üçün ayrılmış sahəyə bitişik ərazilərin, yarımstansiyaya birləşdirilən 220- 110 kV-luq hava xətləri üçün nəzərdə tutulmuş koridorun vətəndaşların xüsusi mülkiyyətinə ayrılmasına başlanılmışdır. Cavabdeh1 ASC-nin 14.09.2020-ci il tarixli və 26.09.2019-cu il tarixli məktublarında mübahisəli torpaq sahəsinin 220 kV-luq “Zabrat” yarımstansiyasının divarına yaxın məsafədə 220 kV-luq 1,2-ci “Zabrat” elektrik xəttinin mühafizə zonasında yerləşməsi qeyd olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən elektrik şəbəkələrinin mühafizəsi zolağında tikinti işləri aparılması qadağandır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.5-ci bəndinə əsasən istehlakçı "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları"na və "Gərginliyi 1000 voltdan çox olan elektrik ləkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst istifadə etməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. O cümlədən elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti aparılarkən «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları» və «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»na əməl olunmalıdır. Göründüyü kimi hazırda çıxarışla İddiaçı qanuni mülkiyyətində olan torpaq sahəsi Abşeron Rayonu Məmmədli Bələdiyyəsinin ərazisindən 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı ilə Cavabdeh1 ASC-nin mülkiyyətinə ayrılmış ərazidə tikilmiş yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin yaxınlığında yerləşir. Bununla da İddiaçı mülkiyyət hüququ Cavabdeh1 ASC və digər cavabdehlər tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli ektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci ddəsinə görə alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş məhdudiyyətlər də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə müvafiq olaraq torpağın və ya onun müəyyən edilməsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağın və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə anlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisinə məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmasının təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi rəsmiləşdirilir. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 36.1.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 36.12. torpaqla bağlı hüquqların dövlətə verilməsi üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 36.1.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Göstərilən qanunvericilik aktları mülkiyyət hüququndan məhrum etmənin əsaslarını müəyyən edir və göstərilən təsir tədbirlərindən heç biri tətbiq edilməmişdir. Lakin faktiki olaraq iddiaçı əmlakı mülkiyyət hüququndan məhrum olub, torpağında heç bir tikinti apara bilmir, digər mülkiyyət hüququna olan hərəkətləri edə bilmir. İddiaçı torpaq sahəsini müqavilə ilə alan zaman torpaq sahəsi elektrik mühafizə zonalarında yerləşmirdi. İkincisi, qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq torpaq sahəsi ayrılmışdırsa, bu zaman cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti buna yol verməməlidir. Çünki həmin ərazinin "Azərenerji” ASC-nin mülkiyyətinə ayrılması barədə 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı var idisə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti iddiaçının mülkiyyət hüququnu qeydiyyata almamalı, ümumiyyətlə həmin ərazi üzərində yüklülük tətbiq etməli idi. Digər tərəfdən isə "Azərenerji” ASC-də həmin ərazi üzərində yüklülüyün qoyulması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli idi. Üçüncüsü, digər cavabdeh bələdiyyə torpaq sahəsini ilkin mülkiyyətçi X1 idi. Buna baxmayaraq göstərilən torpaq X2, o da öz hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Göründüyü kimi cavabdehlər öz qanunsuz hərəkətləri ilə iddiaçının hüquqlarını kobud şəkildə pozaraq iddiaçını faktiki olaraq mülkiyyət hüququndan məhrum ediblər. Ona görə də iddiaçıya dəymiş maddi və mənəvi ziyan ödənilməlidir. Hazırda Məmmədli kəndində 1 sot torpaq sahəsi 5000 manatdır. Digər tərəfdən iddiaçı torpaq sahəsini aldığı 2012-ci ildən başlayaraq qadağan olunduğu üçün orada ev tikib yaşaya bilmir. Belə ki, 2014-cü ildən başlayaraq iddiaçı hər ay 300 manat kirayə haqqı ödəyir. 2014-cü ildən cavabdehlərin təqsiri ucbatından öz evində yaşaya bilməyən cavabdeh hər ay 300 manat olmaqla indiyədək 25200 manat kirayə haqqı ödəmişdir. Bundan başqa isə iddiaçı ciddi mənəvi zərərə məruz qalaraq 10000 manat zərər çəkimişdir. Beləliklə iddiaçı indiyədək sotu 5000 manata olmaqla 30000 manat maddi ziyan çəkmiş, hər ay kirayə haqqı ödəməklə 25200 manat kirayə haqqı ödəmiş, 10000 manat mənəvi zərərə məruz qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 ASC-nin vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ASC-dən, Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətindən, Maliyyə Nazirliyindən və Abşeron rayonu Məmmədli bələdiyyəsindən müştərək qaydada 65200 manatın tutularaq ödənilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbləri Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə tam olaraq əsassızdır və təmin edilməməlidir. Belə ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 04 saylı 12.08.2004-cü il tarixli qərarı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin yazılı müraciəti əsasında 220 kv-luq “Bakı- İİİ” yarımstansiyasının tikintisi üçün cəmi 5,15 hektar örüş torpaq sahəsi alqı-satqı qaydasında ayrılmışdır. Bununla bağlı müvafiq sənədləşmə işləri aparılmış, lazımi qurumların rəyləri alınmaqla razılaşdırılmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-0716 saylı Kod 30800108 saylı Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Sonrakı illərdə tikinti işləri gedən zaman Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ayrılmış torpaq sahəsinin perimetri boyunca xəttin mühafizə zolağında ayrıayrı şəxslərə bələdiyyə tərəfindən yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması ilə bağlı məlumatlar daxil olmuş, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin 01.02.2006-ci il tarixli, 102- 17/16 saylı məktubu ilə (məktubun surəti iş materiallarına əlavə edilmişdir) Abşeron rayonu Məmmədli Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin başqa torpaq sahələri ilə əvəz edilməsi xahiş edilmişdir. İddiaçının 2011-ci il tarixdən üzərində mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahəsi yarımstansıyanın hasarına bitişik ərazidə, 220 kv-luq çıxış hava xəttinin altında yerləşir və bununla bağlı Cavabdeh1 ASC-nin müvafiq məktubu ilə ona torpaq sahəsindən yaşayış evinin tikintisi üçün istifadə edilməsinin mövcud texniki sənədlərin tələblərinə zidd olduğu bildirilmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 ASC tərəfindən ona fərdi yaşayış evinin tikintisinə icazə verilmədiyini, bununla da iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu və nəticə olaraq ona kompensasiya ödənilməli olduğunu qeyd etmişdir. Qeyd edilən tələblərlə bağlı ilkin olaraq onu bildirir ki, fərdi yaşayış evinin tikintisinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikintisinin tələblərinə əsasən Cavabdeh1 ASC deyil, müvafiq icra hakimiyyəti orqanı verir. Digər tərəfdən, torpaq sahəsi Cavabdeh1 ASC-nin mülkiyyətinə 2004-cü ildə ayrılmış, iddiaçının mülkiyyətinə isə 2011-ci ildə, yəni iddiaçının mülkiyyət hüquqlarının Cavabdeh1 ASC tərəfindən pozulmasından söhbət gedə bilməz. Belə olan halda, pozmadığı hüquqlarına görə Cavabdeh1 ASC-nin iddiaçıya kompensasiya ödəməli olmasına dair tələb də əsassızdır. Qeyd edilənlərə əsasən, İddiaçı iddia tələblərinin Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, analoji halla bağlı vətəndaşlar tərəfindən Cavabdeh1 ASC-yə əvvəlki illərdə müraciət edilən zaman, tərəflərindən Məmmədli kənd bələdiyyəsinə məktub yazılmış və bələdiyyə mühafizə zonasına düşən torpaqlarla bağlı vətəndaşların siyahısını tərtib etmişdir. Bu zaman vətəndaşlara başqa ərazilərdə torpaq sahələri ayrılsa da, iddiaçının adının həmin siyahıda niyə olmaması barədə məlumatı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh Abşeron Rayonu Məmmədli Bələdiyyəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 2004-cü il tarixdə, ünvan 1i ərazisində Cavabdeh1 ASC-yə 5.5 hektar torpaq sahəsi ayrılmış və 2006-cı il tarixindən etibarən isə cavabdehə ayrılan torpaq sahəsinin kənarında yerləşən həyətyanı torpaq sahələri alqı-satqı müqaviləsi ilə satılmağa başlanmışdır. Cavabdeh1 ASC-yə torpaq sahəsi ayrıldıqdan sonra sonuncu Abşeron Rayonu Məmmədli Bələdiyyəsinə elektrik naqillərinin giriş-çıxış nöqtələri və mühafizə zonası barədə layihə təqdim etmədiyindən həyətyanı torpaq sahələri satılmışdır. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə tərəfindən 2007-ci il tarixdə 600 manata Elşən adlı şəxsə satılmış və torpaq sahəsinə Əmlak Komitəsi tərəfindən çıxarış verilmişdir. Cavabdeh1 ASC-nin mühafizə zonası barədə layihə Əmlak Komitəsində mövcud olmuşdur.Qeyd olunanlara əsasən iddia tələbinin Abşeron Rayonu Məmmədli Bələdiyyəsinəaid hissədə rədd edilməini məhkəmədən xahiş edir. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, hazırki iş üzrə Abşeron Rayon İcra Hakimiyyəti bilavasitə cavab deyildir və mülki işin həllini məhkəmənin mülahizəsinə buraxır. Üçüncü şəxs 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi və üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.06 ha ölçülü torpaq sahəsi 10.03.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin təmin olunmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Mülki Məcəllənin 157.9-cu maddəsinə və Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun iddia ərizəsində göstərdiyi müvafiq maddələrinə istinad etmiş, lakin məhkəmə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddiaçının göstərdiyi hallar işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən hazırki vəziyyətdə iddia təmin oluna bilməz. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li, 10.03.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı adına qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən 0.06 ha ölçülü torpaq sahəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ayrılmış torpaq sahəsinin perimetri boyunca xəttin mühafizə zolağında yeləşməsinə baxmayaraq, 0.06 ha torpaq sahəsi tam olaraq iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan 0.06 ha torpaq sahəsi üzərində iddiaçı özünün mülkiyyət hüququnu saxlamaqla kompensasiya tələb etməsini məhkəmə iddiaçının istinad etdiyi hüquq normaları ilə uzlaşmadığı qənaətinə gəldiyindən iddianın təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Abşeron Rayonu Məmmədli Bələdiyyəsi, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, 1 saylı Notariat Ofisi və X6 qarşı cavabdehlər Cavabdeh1 ASC-dən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Maliyyə Nazirliyindən və Abşeron rayonu Məmmədli Bələdiyyəsindən müştərək qaydada 65200 manat pulun tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2734/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2734/2021
01.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver