Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-283/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin əvəzsiz qaydada bələdiyyənin mülkiyyətinə verilməsi və xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin əvəzsiz qaydada bələdiyyənin mülkiyyətinə verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rаyоn Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydə alınmış (qeydiyyat tarixi xx.xx.2012, qeydiyyat nömrəsi **********) Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2,50 ha kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahəsinin Naxçıvan Muxtar Respublikası Babək rayonu, Cəhri qəsəbə bələdiyyəsinə bağışlanması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, Cavabdeh2 15000 manat pul alınıb ona ödənilməsi, ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydə alınmış, lakin faktiki olaraq Naxçıvan Muxtar Respublikası Babək rayonu, Cəhri qəsəbəsinin və Gülşənabad kənd sakinlərinin pulu ilə həmin kənd sakinlərinin qəbristanlıq ehtiyacları üçün alınmış 2,5 ha torpaq sahəsindən onun payına düşən 4200 kv.m (42 sot) torpaq sahəsinin heç bir şərt qoyulmadan, “Bağışlama müqaviləsi” ilə daimi olaraq Cəhri Bələdiyyəsinin mülkiyyətinə keçirmək vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, Bakı şəhəri 14 saylı notariusda qeydə alınmış 4Ə-2053 nömrəli, 24 noyabr 2023-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və məhkəmə xərclərinin Cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə, Cavabdeh1 əməlində dələduzluq cinayətinin əlamətləri olduğundan, onun haqqında xüsusi qərardad qəbul edilməklə prokurorluq orqanlarına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil4 iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazlarının olmadığını bildirdilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, göstərilənlərə əsasən hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin əvəzsiz qaydada bələdiyyənin mülkiyyətinə verilməsi və xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 17:13-də ödənilmiş 135 (yüz otuz beş) manat (qəbz **********) məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov