Məhkəmə qərarları › İş №e-2(012)-2833/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2833/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2833/2021 08.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı "xxxx" ASC-nin X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş “subroqasiya hüququ üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə 08 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 530 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 11 sentyabr 2020-ci il tarixdə idarə etdiyi "Mercedes Benz E220 CDİ" markalı ** CA *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə "Vaz 21074" markalı ** BE *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron DYPŞ-də tərtib olunmuş 20 sentyabr 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin Cavabdeh hadisə baş verən zaman avtomobili nikah şəhadətnaməsi əsasında idarə etdiyi qeyd olunmuşdur. Beləliklə, göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "Vaz 21074" markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə 500 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə, 24 sentyabr 2020-ci il tarixli İAS 200942 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 500 (beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Qeyd olunan müddəadan aydın olduğu kimi, nikah şəhadətnaməsi yol hərəkətinin iştirakçıları üçün idarəetmə hüququnu təsdiq edən sənəd hesab olunmur. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. 11 sentyabr 2020ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərinda yaşadığı evin yaxınlığında "Mercedes Benz E220 CDİ" markalı ** CA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Avtomobili idarə edərkən onun həyat yoldaşı yanında olmuşdur. İdarə etdiyi "Mercedes Benz E220 CDİ" markalı ** CA *** dövlət nömrə nişanlı avtomobil həyat yoldaşının adına olmuş və onun həmin avtomobili idarə etmə hüququ olmuşdur. Lakin avtomobili idarə edərkən həyat yoldaşı onun yanında olduğundan etibarnaməyə ehtiyac olmamışdır. Hadisə baş verdikdən 1,5 saat sonra yoldaşının vəziyyəti pisləşdiyindən yoldaşını evə göndərmiş, özü isə hadisə yerində qalmışdır. Bu zaman yol polis əməkdaşı ona törətdiyi hadisəyə görə protokol tərtib etmiş və 40 manat cərimə yazmışdır. Odur ki, avtomobili etibarnaməsiz idarə etdiyi üçün ona heç bir protokol tərtib edilməmişdir. Bu səbəbdən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon Polis İdarəsi Yol Polis Şöbəsinin 20 sentyabr 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh "Mercedes Benz E220 CDİ" markalı ** CA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 11 sentyabr 2020-ci il tarixdə idarə etdiyi "Mercedes Benz E220 CDİ" markalı ** CA *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə "Vaz 21074" markalı ** BE *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman Abşeron rayon Polis İdarəsi Yol Polis Şöbəsinin 20 sentyabr 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə 11 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh "Mercedes Benz E220 CDİ" markalı ** CA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir.Lakin, iddiaçı təşkilat "xxxx" ASC iddia tələbində subroqasiya hüququnun əsası kimi Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyini və bu barədə inzibati tənbehvermə haqqında qərar tərtib edildiyini göstərsə də, iş materiallarında cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin tələblərinin pozulmasını təsdiq edən inzibati tənbehvermə haqqında qərar müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsi AR MPM-nin 77-ci maddəsnin tələblərinə əsasən iddiaçı şirkətin üzərinə düşdüyündən, lakin bununla bağlı mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Cavabdeh 500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 530 manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar