Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2996/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2, Cavabdeh3 MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2021ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 105430 manat əsas borc, 5950,94 manat faiz borcu olmaqla, cəmi borcu 111380,94 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 401,38 manat dövlət rüsumu, habelə 0,60 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativindən iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASCninxeyrinə tutulmalı olan məbləğ xx.xx.2021-ci il tarixli, 20 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş 2, 80 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsaitin hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk edilməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 105430 manat əsas borc, 11503,60 manat faiz borcu olmaqla, cəmi borcu 116933,60 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 401,38 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün ödənilmiş 5,95 manat dövlət rüsumu, habelə 1 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTKdan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2021-ci il tarixli, 20 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 179 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 105430 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh1 və Cavabdeh3 MTK ilə xx.xx.2021-ci il tarixli, 20 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2021-ci il tarixli, 20 nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, sonuncu dəfə 2021-ci ildə ödəniş etmişdir. Hazırda ödəniş etməyə imkanı yoxdur. Həmçinin o, ekspert rəyi ilə razıdır. Bu səbəbdən ona ödəniş etmək üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 MTK-nın nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh2 179 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 105430 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 20-FŞ nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh1 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 20-HŞ nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh3 MTK bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 20 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin qiyməti 114098 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixədək 105430 manat əsas borc, 11503,60 manat faiz borcu olmaqla, cəmi borcu 116933,60 manat məbləğində borcu vardır. İş materiallarında olan «X2 Mərkəzi» MMC-nin 03 oktyabr 2022-ci il tarixli, YDQM № 012-075/2022 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzilin qiymətləndirmə tarixinə əmlakın bazar dəyəri 113500, likvid dəyəri 102160 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi, zaminlik müqavilələri və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2996/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. «X2 Mərkəzi» MMC-nin 03 oktyabr 2022-ci il tarixli, YDQM № 012-075/2022 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzilin qiymətləndirmə tarixinə əmlakın bazar dəyəri 113500, likvid dəyəri 102160 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə yuxarıda qeyd edilən normalara əsasən hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 105430 manat əsas borc, 11503,60 manat faiz borcu olmaqla, cəmi 116933,60 manat borc tutulmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsindan irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASCnin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh1 və Cavabdeh3 MTK-dan öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli, Cavabdeh2 həmin mənzili ən geci 1 ay ərzində əşyaları ilə birlikdə tərk etməli, Cavabdeh2 həmin mənzildən çıxmadıqda evdən məcburi qaydada çıxarılmalı, həmin ev boşaldılmalı və təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 20 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzil 114098 manat qiymətləndirilmişdir. Lakin məhkəmə «X2 Mərkəzi» MMC-nin 03 oktyabr 2022-ci il tarixli, YDQM № 012-075/2022 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 102160 manat müəyyən edilməlidir. İddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 401,38 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün ödənilmiş 5,95 manat dövlət rüsumu, habelə 1 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 20 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 105430 manat əsas borc, 11503,60 manat faiz borcu olmaqla, cəmi 116933,60 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 401,38 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün ödənilmiş 5,95 manat dövlət rüsumu, habelə 1 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2021-ci il tarixli, 20 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16 A, giriş 2, 80 nömrəli mənzil açıq hərracdan satılsın, mənzilin ilkin satış qiyməti 102160 manat müəyyən edilsin. Hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borc ödənilsin, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etsin, Cavabdeh2 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, Cavabdeh2 evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilsin. İddia tələbi satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-2996/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2996/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver