Məhkəmə qərarları › İş №e-2(012)-3261/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3261/2024

01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3261/2024 01.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 17 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyan 247 manat pulu və ödənilmiş dövlət rüsumu 30 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus bərbərxanadan xx.xx.2023-cü il tarixində su sayğacının ogurlandığını bilmiş və Azərsu ASC-yə və DİN-nin qaynar xətti 102 -yə bu barədə məlumat vermişdir. Bununla bağlı Abşeron polis bölməsinə çağrılmış və ərizə və izahat vermişdir. Azərsu ASC-yə yazılı olaraq ona məxsus iaşə obyektinə sayğac quraşdırılmasına dair müraciət etmişdir. Lakin Azərsu ASC ona məxsus bərbərxanaya su sayğacının quraşdırılması ücün 247 manat dövlət rüsumu tələb edirki yeni sayğac quraşdırılsın. Sayğacın ogurlanması barədə Abşeron Rayon Məhkəməsi qərar qəbul etmişdir. Qərarda aşağdakılar qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cimaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasənə ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Cavabdeh dərhal məhkəmə zalından azad edilsin. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən Cavabdeh üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Cavabdeh məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Lakin ona dəymiş ziyanın ödənilməsi və ya su sayğacının quraşdırılması qərarda öz əksini tapmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. O, məhkəməyə teleqram göndərərək hərbi qulluqçu olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun şəkildə izahat verdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Sudan İstifadə qaydalarının 6.13 bəndinə əsasən hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Odur ki, sıradan çıxmış su sayğacının yenisi ilə əvəz edilməsi qanunvericiliyə uyğun qaydada hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilməlidir. Qeyd edilən məktubda iddiaçının sahibkar olduğu üçün su sayğacının quraşdırılmasının onun vəsaiti hesabına edilməli olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC nəzarət ölçü cihazları departamentinin hesabına sayğac üçün 248 manat vəsait köçürülmüşdür. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1552/2023- saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, Cavabdeh dərhal məhkəmə zalından azad edilməsi, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən Cavabdeh üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, inzibati xəta törədən şəxs Cavabdeh məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Həmçinin qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 410-da qeydiyyatda olan İddiaçı məxsus 88.58 manat dəyərində su sayğacını oğurlamaqla ələ keçirməsi qeyd edilmişdir. 19 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh təqsiri məhkəmə qərarı ilə təsdiqini tapmışdır. Hazırda iddiaçı iddia edir ki, cavabdehin ona məxsus su sayğacını oğurlaması nəticəsində ona maddi ziyan dəymuşdir. İş materiallarında olan mötəbər sübutlarla təsdiq edilir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 247 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 247 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar