Məhkəmə qərarları › İş №e-2(012)-3267/2024

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-3267/2024

15.10.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3267/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 30 noyabr 2022-ci il tarixli M-9649 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 26 saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.m olan, 2 otaqdan ibarət 3A saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumuna görə 100,40 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzilin alqı-satqı müqaviləsinə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF- PARK” yaşayış massivindəki 26 saylı küçənin, 1 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.metr olan, mərtəbə1, 2 otaqdan ibarət, ümumi dəyəri 69.660 (altmış doqquz min altı yüz altmış) manat olan 3A saylı mənzil hər bərabər məbləğdə ödənilmək şərti ilə 120 (bir yüz iyirmi) ay müddətinə cavabdehə satılmışdır. Belə ki, 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzilin alqı-satqı haqqında müqavilənin 1.1, 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini ödəməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Hazırda Cavabdeh 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc 34.467 (otuz dörd min dörd yüz altmış yeddi) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2, 464.1, 462.1-ci maddələrinin tələblərinə, xüsusilə müqavilə müddəalarına görə, 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzil alqı-satqı haqqında müqaviləsi üzrə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindək 26 saylı küçənin, 1 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.metr olan 2 otaqdan ibarət, 3A saylı mənzilin Cavabdeh boşaldılaraq Cəmiyyətə təhvil verilməsinə, sözügedən müqavilə üzrə hesablanmış cərimə borcunun onların xeyrinə tutulmasına əsas verir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 26 saylı küçənin, 1 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.metr olan, mərtəbə 1, 2 otaqdan ibarət, ümumi dəyəri 69.660 (altmış doqquz min altı yüz altmış) manat olan 3A saylı mənzili alıcıya verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada mənzilin dəyərini ödəməyi və nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 26 saylı küçənin, 1 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.metr olan, mərtəbə 1, 2 otaqdan ibarət, 3A saylı mənzilin satışına dair 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə cəmi 35193 manat ödəniş edilmişdir. 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə borc 34467 manat təşkil edir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, MMC-nin alıcıdan müqavilə öhdəliklərini, o cümlədən, "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən, yaranmış aylıq annuitet ödəniş və digər öhdəliklər daxil olan bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 900 manat olmaqla müqavilənin qiyməti cəmi 69660 manat müəyyən edilmişdir, müqavilə qiymətinin 33693 manat məbləği alıcının şəxsi vəsaiti hesabına, qalan 35967 manatlıq məbləği isə 120 ay müddətinə ödənilməlidir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, MMC alıcıya müqavilə üzrə borc 7 gün müddətində ödənilmədiyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və mənzilin təkrar satışa çıxarılacağı barədə xəbərdarlıq etmişdir. -Çıxarışın surətindən görünür ki, "xxxx" MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, qanuni təmsilçi X1 olmasına dair xx.xx.2023-cü il tarixli, **********659800 nömrə ilə çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 30 noyabr 2022-ci il tarixli “M- 9649” saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivi 21 saylı küçədə inşa edilən 5 saylı binanın 1-ci mərtəbə, ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 7 saylı mənzili almışdır. Sözügedən mənzilin 1 kv.m sahəsi 900 manat müəyyən edilmiş, müqavilənin qiyməti cəmi 69660 manat müəyyən edilmiş, müqavilə qiymətinin 33693 manat məbləği alıcının şəxsi vəsaiti hesabına, qalan 35967 manatlıq məbləği isə 120 ay müddətinə ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli M-9649 nömrəli Mənzilin alqısatqı müqaviləsi üzrə cəmi 35193 manat ödəniş edilmişdir. 30 noyabr 2022-ci il tarixli M- 9649 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə borc 34467 manat təşkil edir. Hazırda, "xxxx" MMC cavabdeh ilə bağladığı müqavilənin ləğv edilərək mənzilin boşaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin: 14.2.1. maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1. maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarına əsasən, tərəflər arasında 30 noyabr 2022-ci il tarixli M-9649 saylı mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilə iki tərəfin azad iradə ifadəsini əks etdirdiyi şərtlərə uyğun bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq hər bir tərəf öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, iddiaçı "xxxx" MMC müqavilə şərtləri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, yəni, mənzili təhvil versə də Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə, müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş 34467 manat borcu yaranmışdır. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsində məhkəmə qeyd edir ki, tələb müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğundur, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən 30 noyabr 2022-ci il tarixli M-9649 saylı mənzilin alqı-satqısı müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının bankla bağladığı kredit müqaviləsinə əsasən, götürdüyü kredit vəsaiti hesabına mənzil alması müəyyən edilmiş, həmin mənzil üzrə ödənişləri isə tələb hüququ ötürülmüş hazırki iş üzrə iddiaçı "xxxx" MMC-yə ödəmədiyi öz təsdiqini tapmışdır. Başqa sözlə, müqavilə üzrə ödənişlərini 90 gün müddətində ödəmədikdə mənzili tələbkarın müraciəti ilə boşaltmağı öz üzərinə götürmüş cavabdehin öhdəliyini icra etməməsi öz təsdiqini tapdığından iddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli M-9649 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 26 saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.m olan, 2 otaqdan ibarət 3A saylı mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməli, ödənilmiş dövlət rüsumuna görə 100,40 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsi ləğv edildiyindən və mənzil satıcıya təhvil verildiyindən mənzilin dəyərinə görə cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair cavabdehin banka qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli M- 9649 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 26 saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.m olan, 2 otaqdan ibarət 3A saylı mənzil Cavabdeh tərəfindən boşaldılmaqla mənzil iddiaçı "xxxx" MMC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,40 (yüz manat qırx qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar