Məhkəmə qərarları › İş №e-2(012)-3317/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3317/2023

05.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3317/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin hasarının və tikililərin Cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması, hasarın və tikililərin bərpa edilməsilə bağlı maneənin aradan qaldırılması, cavabdehin hesabına tikilmiş hasarın və darvazanın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, cavabdehdən onun xeyrinə maddi zərər kimi 5.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(008)- 513/2023 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən qərardadda mülki işin aidiyyətlə göndərilməsinə əsas kimi qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına X3 02 yanvar 2002-ci il tarixli, 14 saylı qərarı ilə qeydə alınmış, 24683 nömrə ilə reyestr kitabında yazılmış ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 51,7 kv.m, köməkçi sahəsi 11,8 kv.m olan 2 (iki) otaqdan ibarət fərdi yaşayış evinin və Abşeron rayon Aqrar-sənaye birliyi Maştağa “Zəfəran” Sovxozunun 41 №-li, xx.xx.1988-ci il tarixli əmrindən çıxarışa və tərəflər arasında bağlanmış müqavilənaməyə əsasən cavabdeh X2 ayrılmış 0,1 ha torpaq sahəsinin, ümumilikdə hər iki torpaq sahəsinin Sabunçu rayonu ərazisində yerləşsə də, vahid kadastr baza məlumatlarına əsasən göstərilən sahənin Abşeron rayon inzibati sərhədləri daxilində yerləşməsi göstərilmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə istinad edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçıya məxsus torpaq sahəsinin hasarının və tikililərinin cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş maneənin aradan qaldırılması, hasarın və tikililərin bərpası ilə bağlı maneənin aradan qaldırılması, cavabdehin hesabına tikilmiş hasarın və darvazanın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və hasarın dağıdılması nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə bağlıdır. Mülki iş materiallarında olan Abşeron rayonlararası X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyata vəsiqəsinin və aprel 2015-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına X3 02 yanvar 2002-ci il, 14 №-li qərarı əsasında qeydə alınmış, 24683 № ilə reyestr kitabında yazılmış, yaşayış sahəsi 51,7 kv.m, köməkçi sahəsi 11,8 kv.m olan 2 (iki) otaqdan ibarət yaşayış evi ünvan 1 ünvanında yerləşir. Abşeron rayon Aqrar-sənaye birliyi Maştağa “Zəfəran” Sovxozunun 41 №-li, xx.xx.1988-ci il tarixli əmrindən çıxarışın və müqavilənamənin surətindən görünür ki, cavabdeh X4 ayrılmış 0,1 ha torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşir. Göründüyü kimi iddiaçı torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsini və bununla əlaqədar dəymiş ziyanı cavabdehdən tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri, tərəflər arasındakı mübahisə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan və bu qəbildən olan işlərə əmlakın yerləşdiyi ərazi üzrə məhkəmələr tərəfindən baxılmalı olduğundan iş müstəsna aidiyyət qaydalarına uyğun olaraq əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda mülki iş materiallarından görünür ki, iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına düzgün qəbul edilmiş və iş üzrə məhkəmə iclasları keçirilmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin tələblərinə əsasən daşınmaz əmlak Sabunçu rayonunda yerləşdiyindən mübahisənin həlli ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı olduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 45.5-ci maddəsinə görə işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar