Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1417/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin hasarının və tikililərin Cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması, hasarın və tikililərin bərpa edilməsilə bağlı maneənin aradan qaldırılması, cavabdehin hesabına tikilmiş hasarın və darvazanın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, cavabdehdən onun xeyrinə maddi zərər kimi 5.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(008)- 513/2023 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına X3 02 yanvar 2002-ci il tarixli, 14 saylı qərarı ilə qeydə alınmış, 24683 nömrə ilə reyestr kitabında yazılmış ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 51,7 kv.m, köməkçi sahəsi 11,8 kv.m olan 2 (iki) otaqdan ibarət fərdi yaşayış evinin və Abşeron rayon Aqrar-sənaye birliyi Maştağa “Zəfəran” Sovxozunun 41 №-li, xx.xx.1988-ci il tarixli əmrindən çıxarışa və tərəflər arasında bağlanmış müqavilənaməyə əsasən cavabdeh X2 ayrılmış 0,1 ha torpaq sahəsinin, ümumilikdə hər iki torpaq sahəsinin Sabunçu rayonu ərazisində yerləşsə də, vahid kadastr baza məlumatlarına əsasən göstərilən sahənin Abşeron rayon inzibati sərhədləri daxilində yerləşməsi göstərilmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə istinad edilmişdir. Adıçəkilən maddəyə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3317/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Elçin Kazımov) İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaçıya məxsus torpaq sahəsinin hasarının və tikililərinin cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş maneənin aradan qaldırılması, hasarın və tikililərin bərpası ilə bağlı maneənin aradan qaldırılması, cavabdehin hesabına tikilmiş hasarın və darvazanın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və hasarın dağıdılması nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə bağlıdır. Mülki iş materiallarında olan Abşeron rayonlararası X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyata vəsiqəsinin və aprel 2015-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına X3 02 yanvar 2002-ci il, 14 №-li qərarı əsasında qeydə alınmış, 24683 № ilə reyestr kitabında yazılmış, yaşayış sahəsi 51,7 kv.m, köməkçi sahəsi 11,8 kv.m olan 2 (iki) otaqdan ibarət yaşayış evi ünvan 1 ünvanında yerləşir. Abşeron rayon Aqrar-sənaye birliyi Maştağa “Zəfəran” Sovxozunun 41 №-li, xx.xx.1988-ci il tarixli əmrindən çıxarışın və müqavilənamənin surətindən görünür ki, cavabdeh X4 ayrılmış 0,1 ha torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşir. Göründüyü kimi iddiaçı torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsini və bununla əlaqədar dəymiş ziyanı cavabdehdən tələb edir. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri, tərəflər arasındakı mübahisə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan və bu qəbildən olan işlərə əmlakın yerləşdiyi ərazi üzrə məhkəmələr tərəfindən baxılmalı olduğundan iş müstəsna aidiyyət qaydalarına uyğun olaraq əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Abşeron Rayon Məhkəməsi məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı olduğuna görə aidiyyət məsələsinin həll edilməsi üçün MPM-in 45.4-cü maddəsinə istinad edərək, mülki işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı) Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsasını daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi təşkil edir və bu növ iddia tələbinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılır. Hazırkı iş üzrə mübahisəli daşınmaz əmlak Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşdiyindən işə daşınmaz əmlakın yerləşdiri yerin məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazaların sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(105)-1417/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-1417/2023
23.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver